Rusiya ilə Azərbaycan arasında möhkəm əlaqələr Cənubi Qafqazda sabitliyin mühüm elementlərindən biridir.
Trend xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Müttəfiqlik əlaqələri barədə Rusiya-Azərbaycan bəyannaməsi imzalandıqdan sonra əlaqələrimiz keyfiyyət baxımından yeni səviyyədə inkişaf edir. Bu strateji sənədin potensialının tam kəşf edilməsi üçün birgə çalışırıq, tərəfdaşlığımız isə hərtərəfli xarakter kəsb edib. Rusiya ilə Azərbaycan arasında davamlı və sıx əməkdaşlıq şübhəsiz, Cənubi Qafqazda sabitliyin mühüm elementlərindən biridir", - o deyib.