"120 min ermənini Qarabağdan köçürmək fikrimiz yoxdur. Məqsədimiz onlar üçün lazımi şəraiti onların öz ölkəsində yaratmaqdır"...
Bu bir daha o deməkdir ki, ermənilərin Azərbaycanın tərkibində qalmaqdan başqa yolları yoxdur.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Digər bəyanat - 44 günlük müharibədə erməni dövlətçiliyini böyük çətinliklə xilas etdik...
Bu bir daha o deməkdir ki, Şuşanı azad edəndən sonra ermənilər müharibəni davam etdirəcəkləri təqdirdə nələr görəcəklərini yaxşı başa düşürlər...
Başqa bəyanat - Ermənistanı daimi münaqişədə saxlamaq istəyənlər ölkəni məhvə aparır.
Bu, o deməkdir ki, Paşinyan odla su arasında qalıb. Azərbaycanla barışığın qaçılmazlığını görür, lakin revanşistlərə hələ tam üstün gələ bilmir...
Tahir TAĞIYEV