Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə təmasların yaxın aylarda reallaşacağına ümid edir.
Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 dekabr 2022-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Rusiyanın köməkliyi ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri, ekspert birlikləri və dini liderləri arasında dialoqun davam etdirilməsi, həmçinin iki ölkənin xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası təmasların başladılması üçün müsbət atmosfer yaratmaq lazımdır.
Ermənistan-Azərbaycan normallaşması asan getmir, lakin sülhə alternativ yoxdur. Bununla əlaqədar məsələlər xüsusən dünən Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşündə müzakirə olunub. Qeyd olunan təmasların yaxın aylarda reallaşacağına ümid edirik", - o deyib.