Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş xarici işlər naziri Vardan Oskanyanın bəyanatlarına münasibət bildirib. “Panoram.am” saytının yazdığına görə, Vardan Oskanyanın xarici işlər naziri olduğu dövrdə (2008-2018-ci illər) Ermənistanın apardığı siyasətə və danışıqlar prosesinə qiymət verən N.Paşinyan onu uğursuz xarici işlər naziri adlandırıb: "Bəyanatlara gəldikdə, bütün bəyanatları diqqətlə izləyirəm, onlarda faydalı heç nə görmürəm, heç olmasa, həyata keçirilməyən heç nə görmürəm. Vardan Oskanyan bəyan edir ki, Dağlıq Qarabağın sovet dövründə muxtar vilayət statusu olduğu vurğulanmalıdır. Oskanyanın bəyanatından əvvəl, Avropa Şurasının sədri Şarl Mişelin Azərbaycan Prezidenti ilə görüşlərimizin yekunlarına dair bəyanatlarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən bəhs edilirdi. Bu, hələ Oskanyanın bəyanatından əvvəl qeydə alınıb", – Paşinyan belə deyib.
Mətləb Salahov