Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə nazirliyin tvitter hesabında məlumat verilib.
Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər - deyə paylaşıdma bildirilib.