ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı döyüşçü, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov haqda danışıb. Sabiq ABŞ prezidenti "UFC Unfiltered"in aparıcıları Cim Norton və Mett Serra ilə müsahibəsində belə deyib.
“Fikrimcə, Həbib möhtəşəm idi. Deyəsən, o, qayıtmayacaq. Dünən gecə mən Dana Uaytdan (biznesmen, UFC-nin prezidenti - red.) soruşurdum: “Həbib haradadır? Onu geri qaytarmaq olar?”. Düşünürəm ki, o, həqiqətən də yaxşı döyüşçüdür”.
Mətləb