Qondarma erməni qurumunun başçısı Araik Arutunyan yeni afyoraya əl atdı. Ermənistan mediasına belə bir feyk sızdırıblar ki, guya Arutunyan öz yaxın siyasi çevrəsi ilə qapalı görüşdə keçmiş Minsk Qrupunun "Minsk Qrupu - 2" adı altında öz fəaliyyətini bərpa edəcəyini deyib. Arutunyana istinadən bunu da əlavə ediblər ki, guya hansısa Avropa şəhərində həmsədrlərin görüşü də keçirilib...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Təbii ki, bu feyk sırf separatçıların indiki düşkün vəziyyətini aradan qaldırmaq üçün ortaya atılıb və heç bir real əsası, perspektivi yoxdur, ola da bilməz.
Çünki...
Əvvəla, 44 günlük müharibədən dərhal sonra Azərbaycan Prezidenti bəyan etdi ki, bölgədə Minsk Qrupuna aid bir iş qalmadı, Qrup özünü inkar etdi və bundan sonra da bölgədə fəaliyyət göstərmək istəyirsə, yeni şəraitə uyğunlaşsın və İrəvanda revanşistlərin qarşısını alsın, erməni xalqını sülhə hazırlamaq istiqamətində işlər görsün və sair. Hətta Prezident Bakıda onların üzünə dedi ki, biz sizi dəvət etməmişik, niyə gəlmisiniz?.. 2. İlham Əliyevin bu bəyanatından xeyli sonra Ukrayna müharibəsinin ardınca Fransa və ABŞ birgə bəyanat verərək Rusiya ilə həmsədrlik formatında işləməyin mümkünsüzlüyünü bildirdilər. Bu, artıq həmsədliyin və MQ-nin rəsmi buraxılması demək oldu.
Bunların ardınca Ermənistanda və Xankəndidə kimlərinsə hansısa Minsk Qrupunun yenidən fəaliyyət göstərəcəyi ilə bağlı feyklər yayması ancaq siyasi manipulyasiya xarakterlidir və sadə erməniləri növbəti dəfə aldatmaq cəhdidir.
1-ci Minsk Qrupunun rüsvayçı sonluğu onlara dərs olmayıb və mifik 2-ci Qrupdan danışmağa başlayıblar.
Tahir TAĞIYEV