Yerevandakı İran səfirinin gopu və ya məşhur kinoda Xanın pioner Rəşidə ironiyası... - Aydın QULİYEV yazır...

img

İran rejiminin Ermənistandakı səfiri Abbas Bədəxşan bu ölkənin baş prokuroru ilə görüşdə elə bir fantastik "elm yalanı" danışıb ki, bunun üstündən keçmək nəinki mümkün deyil, hətta məşhur "Sehrli xalat"da Xanın pioner Rəşidə ironiya ilə dediyi "Səni sarayımda baş gopçu təyin edəcəyəm" sözlərini Bədəxşan Abbasa da adamın deməyi gəlir...

Mən şəxsən İranda hansı rejimin mövcudluğundan asılı olmayaraq, bu ölkənin Azərbaycanla sülh ritorikasında olmasını istəyirəm. Qonşuyuq, kimsə köçüb getməyəcək, qonşularla sülh içində olmaq beynəlxalq münasibətlərin əlifbasıdır. O başqa mövzudur ki, İranda şiəliyi geosiyasi hegemonluq və əlahiddəlik alətinə çevirmiş teokratiya və fars şovinizmini qeyri-rəsmi ideologiya kimi işlədən indiki kimi rejimlərlə davamlı sülh ritorikasında olmaq nə qədər mümkündür…

Gələk səfirin söhbətinə... Deyib ki, İranla Ermənistanın 3 min illik əlaqələr tarixi var. 3 min il deyəndə yəqin ki, 2 min il bizim, min il isə bizim eradan əvvəlki min ili nəzərdə tutur. Bu 3 min ildə bölgəmizdə hansı dövlətlər olub? Heç "İran" adlı dövlət olubmu? Ermənistan dövləti deyilən bir şey olubmu? Səfir ağaye Abbasın tarix bilgilərinə əlavə edim ki, bu 3 min ildə bölgəmizdə tarixi ardıcıllıqla -Assuriya, Urartu, Manna, Midiya, Əhəmənilər, Makedoniyalı İskəndər, Parfiya, Selevkilər, Misir Ptolomeyləri, Sasanilər, Atropatena, Albaniya, Ərəblər, Şəddadilər, Rəvvadilər, Sacilər, Salarilər, Şirvanşahlar, Atabəylər, Qaraxanilər, Misir Fatimiləri, Xarəzmşahlar, Hülakülər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Osmanlılar, Azərbaycan xanlıqları, Qacarlar, Əfşarlar, Zəndilər, 1925-ci ildən Pəhləvilər və 1936-cı ildən İran dövləti...

Cənab Abbas Bədəxşan, bu saysız dövlətlərin arasında Ermənistan dövləti gördünmü? Görə bilməzsiniz, çünki olmayıb...

İndi isə sözüm öz tarixçi alimlərimizədir, AMEA-nın prezidentinədir, cənablar, niyə buyurub bu tarix saxtakarlarının cavabını vermirsiniz? Elə bu Bədəxşanın məhz həmin sözlərinin üstündə samballı bir beynəlxalq elmi tarix konfransı düzənləmək olmazmı?..

Aydın QULİYEV

Peşə etikası

Son xəbərlər