Bazar günü günü, 15 noyabr 2026
     

İrəvan Bakının Zəngəzur dəhlizi şərtlərini qəbul etməli oldu... Ortada Türkiyə faktoru da var...

Image


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli bəyanatlarından irəli gələn öhdəliklərin icra olunması bu gün Qafqazda sülh, əməkdaşlıq üçün əsas şərtlərdən biri qismində çıxış edir. Məhz həmin bəyanatlara müvafiq olaraq müharibədən sonra kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın xüsusi maraq dairəsində yer alır. Sözügedən nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanın sülhə verdiyi vacib töhfələrdəndir və bu, dünya miqyasında da yüksək qiymətləndirilir. Bu mənada, Ermənistanda istər revanşist, istərsə də digər qüvvələrin kommunikasiya xətlərinin bərpasına, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsinə maneə yaratması mümkünsüz hesab edilir. Görünür, bu reallığı mövcud Ermənistan hakimiyyəti də yaxşı başa düşür. Hər halda, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya hökumət sədrinin müavini Aleksey Overçukla İrəvanda keçirilmiş görüşü zamanı səsləndirdiyi fikirlər də bunu təsdiq edir.

Paşinyan qeyd edir ki, Ermənistan 25 ildən çoxdur düşdüyü blokadanın aradan qaldırılmasını nəzərdə tutan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır: “Biz kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq. Belə ki, Ermənistanın 25 ildən çoxdur düşdüyü blokadanın aradan qaldırılması imkanını bunda görürük. Ümid edirik ki, aparılan işlərin nəticəsində konkret qərarlar olacaq”. Paşinyan Overçuka regional kommunikasiyaların açılmasını müzakirə etmək üçün yaradılan Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun fəaliyyətini təşkil etdiyinə görə təşəkkür də edib: “Nəhayət, bizim üçün vacib olan Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcəyik ki, bu da iqtisadiyyatımızın inkişafı və Avrasiya İqtisadi İttifaqına inteqrasiyamız üçün yeni imkanlar açacaq”. Aleksey Overçuk özü isə İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında qərarlıdır: “Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan son görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında qərarlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır”. Onun fikrincə, nəqliyyat marşrutlarının bərpası ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq. Yuxarıda qeyd olunduğu kimi, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın xüsusi maraq dairəsində yer alır. Rusiya rəsmilərinin  açıqlamaları isə Moskvanın da sözügedən məsələ ilə bağlı analoji mövqe sərgilədiyini nümayiş etdirir. Rusiya indiki halda sadəcə üçtərəfli razılaşmaların şərtlərinin yerinə yetirilməsini istəyir. Bu şərtlərin icrası Ermənistanın üzərinə götürdüyü hüquqi öhdəliklərdir. Moskvanın mövqeyi bundan ibarətdir ki, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması iştirakçı ölkələrin, o cümlədən də Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq. Rusiyanın sərgilədiyi bu yanaşma postmüharibə dövründə Azərbaycanın mövqeləri ilə üst-üstə düşür. Zəngəzur dəhlizinin və  digər nəqliyyat marşrutlarının işə düşməsi isə Azərbaycanın regionda geosiyasi, geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq.

Ermənistan kommunikasiya əlaqələrinin işə düşməsi fonunda Türkiyə ilə də münasibətlərini normallaşdıracağını yaxşı bilir. Hər halda, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları da təsdiq edir. Ərdoğan Paşinyanın onunla görüşmək niyyəti və Zəngəzur dəhlizi ilə bağlı deyib: “Zəngəzur dəhlizinin açılması siyasi bir məsələdir. Bir tərəfdən bunu deyib, digər tərəfdən mənimlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyib Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”. Türkiyə lideri ümid edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan da Ərdoğanın açıqlamalarından sonra məsələ ilə bağlı maraqlı açıqlamalar verib: “Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır”. Mətbuat katibi, işlər səmərələri olacağı halda, yüksək səviyyədə görüşlərə də hazır olduqlarını bəyan edib: “Baş nazir parlamentin bu günlərdə keçirilmiş iclasında Türkiyə ilə danışıqlara dair mövqeyini açıqlayaraq bildirdi ki, yüksək səviyyədə kontaktların baş tutması üçün işçi diskussiyalar olmalıdır. Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında hələlik heç bir təmas olmayıb, halbuki, Ermənistan hökuməti belə təmaslara hazırdır. Bu cür səmərəli işlər olacağı təqdirdə, Ermənistan yüksək səviyyəli görüşlərə də hazırdır”. Beləliklə, Ermənistan həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə mesajlar ünvanlayaraq regionda kommunikasiya xətlrinin bərpasına hazır olduğunu nümayiş etdirir. Bu məsələdə Ermənistan, eyni zamanda, Azərbaycanın dedikləri ilə də faktiki razılaşdığını bildirir. Prosesdə Türkiyə və Rusiya da maraqlıdır.

Gözlənilir ki, qeyd edilənlər Ərdoğanın Rusiyaya bu günlərdə reallaşacaq səfərində də əsas müzakirə predmeti olsun. Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin beynəlxalq münasibətlər üzrə mütəxəssisi  Doğacan Başaran da “axar” portalına açıqlamasında iki ölkə liderinin görüşündə Qarabağda baş verən son hadisələrin və Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirə ediləcəyini vurğulayıb: “Son zamanlar Ermənistan hökumətində Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində müsbət impulslar görünür. Lakin digər tərəfdən, Ermənistan Azərbaycan sərhədində və Qarabağda təxribatlar törətməkdən əl çəkmir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də öz həllini tapmayıb. 10 noyabr bəyannaməsinin qarantı kimi Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 10 dekabr 2020-ci ildə Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etdiyi Qələbə paradında, eyni zamanda 15 iyunda Şuşa Bəyannaməsinin imzalanması mərasimində hər iki liderin verdiyi mesajlar bütün dünyaya həm Türkiyə və Azərbaycanın birliyini, həm də bölgəyə və dünyaya əməkdaşlıqla bağlı verdikləri mesajları özündə birləşdirib. Ankara və Bakının Ermənistandan tələbi bölgədə sülhün və sabitliyinin bərqərar edilməsi, əlverişli əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində addımların atılmasıdır. Bölgədə qurulacaq yeni nəqliyyat və kommunikasiya xətləri bütün dövlətlərə fayda verəcək. Bu baxımdan, Ərdoğan-Putin görüşündə “3+3” platforması təklifi və bunun reallaşdırılması yolları müzakirə ediləcək”.

Bütün bunlar isə proseslərin məhz Azərbaycanın istədiyi məcrada inkişaf etdiyini nümayiş etdirir.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ