şənbə günü, 31 oktyabr 2026
     

Baqramyanın Həzi Aslanova sui-qəsdi beynəlxalq araşdırma komissiyasında...

Image


Faşizm üzərində Qələbənin 75 illiyi tamam oldu. Bayram ərəfəsində ən çox canfəşanlıq edən İkinci Dünya Müharibəsində digər ittifaq respublikaları ilə müqayisədə daha az itki verən, qələbənin qazanılmasında elə də böyük rolu olmayan Ermənistandır.

Bu ölkə gah faşist əlaltısı Njdeyə heykəl qoyması ilə fəxr etdiyini bəyan edir, gah İvan (Hovannes) Baqramyanın “əməyini” şişirdib dağ başına qoyur, gah da Babacanyanın, eləcə də digər erməni müharibə iştirakçılarının “fövqəladə döyüş qabiliyyəti”ndən dəm vurur. Son günlər ermənilər Baqramyanı daha çox gündəmə gətirirlər, onun “qəhrəmanlığını” gözə soxmağa cəhd edirlər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan marşal Baqramyan, əslində, qəhrəman yox, bir cani idi. Əli yüzlərlə sovet insanının qanına batan Baqramyanın bu gün “qəhrəman” kimi təbliğ edilməsi onunla bağlı insanlara qaranlıq qalan bəzi məqamların araşdırılaraq üzə çıxarılmasına zəruri edir.

Baqramyanla bağlı bir sıra faktların gizlin qalmasında sözsüz ki, sovet tarixşünaslarının da günahı az deyil. Sovet tarixşünasları Baqramyanın bioqrafiyasının bir sıra xoş olmayan faktlarını gizlədiblər.

Məlum olduğu kimi, Orlovsk Dövlət Universitetinin 2011-ci ildə dərc edilən “Marşal İ.X.Baqramyanın karyerasının saxtalıqları” adlı araşdırmasında onun bioqrafiyasının bir çox detalı nəzərdən keçirilir. Orada Rusiya imperiyasının süqutundan sonra daşnak ordusunda xidmət göstərən Baqramyanın bolşeviklərin Ermənistanı sovet respublikası elan etdiyi 1920-ci ilin noyabrında deyil, daşnak hökumətinin hakimiyyətdən imtina etdiyi 1920-ci ilin dekabr ayında Qızıl ordunun sıralarına qoşulduğu vurğulanır. O, sovetlərə təslim olmağa məcbur idi, çünki əsgərlər belə bolşeviklərin tərəfinə keçmişdilər.

“1930-cu illərdə Baqramyanın öldürülməməsinin səbəbi İ.V.Stalinin onu təhlükəli hesab etməməsi ilə əlaqədar idi. Həqiqətən də Baqramyan ideoloq deyil, icraçı olub. O, daim çoxluğa tabe olub və gözə çarpan bir fiqur olmadığına və iki ali hərbi təhsil aldığına görə sağ qala bilib. Stalin Baqramyan haqda hər şeyi bilirdi və onu “qarmaqdan asılı” vəziyyətdə saxlayırdı”, - deyə araşdırmanın müəllifi Lazarev yazır.

1938-ci ildə Baqramyan ordudan qovulub, bir il sonra isə o, tədris proqramına bərpa olunub.

Yazıçı V.T.Şükin Baqramyanın işdən çıxarılan digər bir komandirlə birlikdə Qızıl meydanda K.E.Voroşilovla görüşərək, bəraət almağa çalışmaları haqqında yazıb.

Məqalədən aydın olur ki, Böyük Vətən Müharibəsinin ilk aylarında Qızıl ordunun düçar olduğu fəlakətə görə Baqramyanın üzərinə böyük pay düşür. Şimal-qərb cəbhəsinin qərargah rəisinin müavini kimi Baqramyan düşmən ordusunun sovet sərhədlərinə çoxlu sayda qüvvə cəlb etməsi barədə məlumatlı idi. Ancaq o, 1941-ci il iyunun 22-nə keçən gecə ordunun tam şəkildə döyüş vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq etməyib. Beləliklə, 500 mindən çox Qızıl ordu döyüşçüsu və komandiri əsir düşüb, müharibənin ilk 15 günü ərzində Qırmızı orduya aid 5826 tankdan 4381-i itirilib. Mühasirədən çıxmağa çalışarkən general-polkovnik Kirponos, general-mayor Tupikov və s. həlak olublar.

Baqramyanın törətdiyi ağır cinayətlərdən biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qətlinə sifariş verməsidir. Tarixçilər yazırlar ki, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaşayış məntəqəsinin yaxınlığında (Liepay rayonu), döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin ətrafında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb, 23 saat sağ qalıb, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmrilə təyyarə işə salınmayıb və Həzi Aslanov vəfat edib. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun "Sərkərdənin taleyi” adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu… Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: ”H.Aslanov yaralananda mən orada yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”. Beqiaşvilinin fikrincə, H.Aslanov qətlə yetirilib”. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforoviç Baqramyan təşkil edib. Çünki H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olub.

Bu gün Ermənistanın “qəhrəmanlaşdırdığı” Baqramyanın cinayətlərinin araşdırılmasına başlanıb. Arxivlərdə saxlanan məxfi sənədlərdə onun əməlləri ilə bağlı yüzlərlə fakt var. Bu faktların arasında Baqramyanın faşistlərlə əlbir işləməsi, sovet əsgərlərini qırğına verməsi, H.Aslanovun qətlini sifariş etməsi və sair var. Qeyd edək ki, Baqramyanın cinayətlərinin araşdırlması üçün beynəlxalq tərkibdə komissiyanın yaradılması aktualdır. Azərbaycan alimləri hesab edirlər ki, həmin komissiya yaradılarsa, Baqramyanın bütün cinayət əməlləri üzə çıxar və hətta o, Sovet İttifaqı Qəhrəmanı adından məhrum edilə bilər.

  • “Deyərdim ki, bir komissiya da iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 1945-ci ildə müəmmalı ölümünün araşdırılması üçün yaradılmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vafiq Abışov baki-xeber.com-a bildirdi ki, belə bir komissiyanın yaradılmasına ciddi ehtiyac var. “Baqramyanın törətdiyi cinayətlərin araşdırılması üçün beynəlxalq səviyyəli bir komissiyanın yaradılması təklifi müsbətdir. Belə bir komissiyanın yaradılmasına böyük zərurət var. Hətta mən deyərdim ki, bir komissiya da iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 1945-ci ildə müəmmalı ölümünün araşdırılması üçün yaradılmalıdır. Komissiya Həzi Aslanovun vəfat etdiyi şəraiti araşdırmalıdır ki, o, necə həlak olub. Necə oldu ki, döyüş getməyən bir ərazidə atılan mərminin qəlpəsi onun həyatına son qoydu? Ona görə də bu cür təkliflər dəstəklənməlidir. Tarix gec-tez həqiqətləri üzə çıxarır və haqq öz yerini tapır”.

V.Abışov vurğuladı ki, İkinci Dünya Müharibəsi dövründə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə hansı şücaətlər göstərməsi, düşmənə layiqli cavab verməsi ilə bağlı arxivlərdə çox qiymətli sənədlər, monoqrafiyalar var. “Düşünürəm ki, Azərbaycanın İkinci Dünya Müharibəsində iştirakı ilə bağlı yeni elmi tədqiqatlara ehtiyac var. Bu məsələ təkcə Rusiya arxivlərində yox, dünyanın digər ölkələrinin də arxivlərində araşdırılmalı və ortaya yeni faktlar əsasında yazılmış əsərlər qoyulmaldır. Azərbaycanın İkinci Dünya Müharibəsində oynadığı rolun obyektiv araşdırılmasına ehtiyac var” - deyə alim bildirdi. O, hesab edir ki, Sovet dövrü Azərbaycan tarixinin bir hissəsidir və onu kəsib atmaq yox, obyektiv araşdırmaq lazımdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ