şənbə günü, 10 oktyabr 2026
     

Məhəmməd Nərimanoğlunun "Qala dərdim" kitabı - Kəlbəcər ağrıları...

Image


Söz adamı haqda yazmaq, onun qələmindən süzülənləri saf-çürük etmək həqiqətən də çətindir. Həqiqi söz adamları üçün söz ucadır. Onlar söz oynatmırlar, sözü yaradırlar, sözdən doğulduqları üçün onu özlərinə daimi dost sayırlar. Tarix də göstərir ki, söz oynadanla şair arasında dağla dərə qədər fərq var.
Birincilər sözün qüdrətindən öz məqsədləri üçün istifadə edir, ikincilər isə onun əzəmətindən təsirlənib qeyri-adi dərəcədə gözəl bədii külliyyat yaradır. Təəssüf ki, yaşadığımız cəmiyyətdə meydanı daha çox söz oynadanlar tutur və bir çox hallarda səhv olaraq onları söz yaradıcıları kimi təqdim edirlər. Faktlar göstərir ki, belələrinin yazdıqları gücsüz olduğu üçün zamanın daş divarlarını aşa bilmir və yazıldığı yerdəcə qalır.
"Qala dərdim" şeirlər kitabının müəllifi sözün doğma övladlarındandır. Uzun illərdir tanıdığım, aramızda isti bir mehr olan, qəzetimizin, baş redaktorumuzun yaxın dostu, şair-publisist, jurnalist Məhəmməd Nərimanoğlunun ədəbiyyat və mətbuat aləmində imzasını tanımayan yoxdur. Sözə dəyər verməyi bacaran və sözdən kəsərli silah kimi yerində, vaxtında istifadə edən Məhəmməd Nərimanoğlu bir az utancaqdır. O, yaratdığı şeir nümunələrini elə də geniş səviyyədə təbliğ etmir. Düşünür ki, yaxşı şeirin oxucusu o şeirin harada gizlənib qalmasından asılı olmayaraq tapıb oxuyacaq. Ədəbiyyatda bütün şairlərin boyu uca görsənmir. Bir qisminin boyu ona görə qısa görünür ki, söz mərtəbəsinə ucala bilmir, bu da onun sözünün kəsərsiz olmasından irəli gəlir. Məhəmməd Nərimanoğlu kimi şairlər isə sözə hədsiz məsuliyyətlə yanaşdığından, özünü hər addımbaşı irəli çıxarmır. Deyir ki, onsuz da Tanrının verdiyi şair ömrümü sakit-səssiz yaşayıram. Əslində, səssiz yaşanan şair ömrü daha çox fayda verir ədəbiyyata. Zərgər dəqiqliyi və şair həssaslığı ilə yanaşır poeziyaya belələri. Məhəmməd müəllim yazmağı şan-şöhrət ünvanı yox, özünə bir borc sayıb həmişə.
Yağı kəməndində vurnuxan, xilasını Tanrıdan diləyən başıbəlalı Kəlbəcərin boynubükük balasıdır Məhəmməd Nərimanoğlu. Ürəyində Kəlbəcər boyda bir yara var, o yara da ki, qurdla qiyamətə qədər qan verəcək, əgər Kəlbəcər qayıtmasa...
Qurban olum torpağına, daşına,
Arazı göz yaşı olan Vətənin.
Sulayıram gözlərimin yaşına,
Yayında da qışı olan Vətənin.
Bu şeir ictimai məzmundadır, şairin narahatlığını ifadə edir. Yaralı Arazın göz yaşına şəhidlərimizin, yağı zindanında çürüyən əsirlərimizin ah-naləsini də qatır. Bax, onda yaman dəhşətli olur şairin dünyası.
Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları!
Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları!
Ələsgər, Ağdabanlı Qurban, Dədə Şəmşir bulağından su içən şair Dədə Şəmşirə xitabən dağların məlalını görün necə yanğı ilə dilləndirib. Dağlar dərdə düşüb, şair bu dərdi ilmə-ilmə çözmək istəyir. Amma vahiməli yuxu kimidir bizim dağların qüssə yükü, yozulmur ki, yozulmur. Məhəmməd Nərimanoğlu işğal olunan torpaqlarımızdan, qaçqın düşən həmvətənlərimizdən, pərən-pərən düşən ellərimizdən nə qədər yazsa da, bu yazılar o yaralara dərman ola bilmir. Ola da bilməz! Söz yaraları sağaltmır, bir azca keyidir, o da müvəqqəti.
İllərdir elliləri kimi Məhəmməd Nərimanoğlu da qaçqın-köçkün həyatı yaşayır. Əslində, şair eldən ayrılsa, onun sözünün qüvvəti də, dayağı da olmaz. Şair el-obası ilə böyükdür.
Məhəmməd Nərimanoğlunun "Qala dərdim" kitabı "Araz" nəşriyyatında işıq üzü görüb. Kitabın ədəbi redaktoru əməkdar jurnalist, tanınmış şair Eldar İsmayıl, bədii redaktoru isə AЖB üzvü, şairə Gülnarə Sadıqdır.
Kitaba "Yurd həsrətli, millət qayğılı..." sərlövhəli ön söz yazan Eldar İsmayıl Məhəmməd Nərimanoğlunu yeni nəsil oxuculara belə təqdim edir":...Bu torpağın yetirmələrindən olan, Kəlbəcər dərdini sinəsində gəzdirən qələm sahiblərindən biri də Məhəmməd Nərimanoğludur. Əvvəllər publisist, jurnalist kimi tanıdığım və qələminə hörmətlə yanaşdığım Məhəmməd Nərimanoğlu bu gün sənət meydanına, söz meydanına şeirləri ilə çıxıb. Mən onu 20-22 il bundan əvvəl tanımışam. O, "Şişqaya faciələri" kitabını yazırdı. Yazdığı əsər daha mükəmməl olsun deyə ətraflı məlumat toplamağa çalışırdı. Həmin vaxt mənimlə də görüşdü, bəzi məsələləri xəbər aldı. Məhəmmədin yazdığı bu əsər geniş oxucu kütləsinin rəğbətini qazandı..."
Daha sonra o, M.Nərimanoğlunun şairlik keyfiyyətindən bəhs edir. E.İsmayıl qeyd edir ki, şairin milli poetik ənənələrimizi özündə əks etdirən, bir-birindən gözəl qoşmaları diqqətini çəkib: "Göyçə və Kəlbəcər ədəbi mühitinə yaxından bələd olan Məhəmməd Nərimanoğlu klassik el ədəbiyyatından və aşıq yaradıcılığından bacarıqla bəhrələnərək, çağdaş milli poeziyamızın yeni nümunələrini yarada bilib. Məhəmməd yüzminlərlə soydaşımızdan biri kimi, yurd-yuvasını məcburi tərk etmiş yurd həsrətli didərginlərimizdən biridir. Mənə elə gəlir ki, publisist-jurnalist Məhəmməd öz dərdini, ürəyinin acısını poeziya dili ilə söyləməyə, aləmə car çəkməyə çalışıb. Məhəmmədin başlıca mövzusu vətən həsrəti, yurd yanğısı, millət sevgisi ilə bağlıdır. O, düşmən tapdağına düşmüş Kəlbəcərin işğalına heç cürə dözə, tab gətirə bilmir..."
Kəlbəcərdən soraq verin bu gecə,
Yaş tökməsin Məhəmmədi bəs necə?
Anam Güllər ruha dönüb gizlicə
Pıçıldadı:-yenə balam ağladı.
Məhəmməd Nərimanoğlunun yurd yanğılı şeirləri ilə tənlik təşkil edən, onunla eyni boyda görsənən gözəlləmələri, el gözəllərinə qoşduğu poetik nümunələri də maraqlı biçimdədir.
Gözəl desəm, qoy dəyməsin xətrinə,
Deməyiblər məgər gözəlsən gözəl?!
Gözlərimdə gülə dönüb açırsan,
Heç belə deyildin əzəl sən, gözəl.
Şair nə qədər gözəllərin könlünü açan şeirlər yazsa da, yenə onun baş mövzusu ürəklərimizin yarası yurd yerlərimizə söylədiyi ağılardır. Bu da bir taledir, şair, siz yaşayırsınız. Ömrün tufanı olmasa, şair sözü də bərkdən-boşdan çıxa bilməz. Bu da sizin və sizin kimilərin taleyinə məcburən yazılan köçkünlük illəridir-bir həyat sınağıdır.
Məhəmmədə verib dərdi,
Bircə-bircə uddu mərdi,
Başdan-başa dərddi-sərdi
Ömrümün köçkün illəri...
Həyəcansız oxumaq olmur bu misraları. Ağrı çəkmədən şairin sözünə qüvvət verə bilmirsən. Xalq olaraq bu ağrıları birgə yaşayırıq. Sağlıq olsun, o yurdlarımız qayıdar, onda Məhəmməd Nərimanoğlu da Kəlbəcərli günlərini yeni duyğu, yeni əhvalla nəzmə çəkər, biz də oxuyub şad olarıq...
Təbrik edirik, Məhəmməd Nərimanoğlu, tezliklə Kəlbəcərdə görüşək!!!




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ