çərşənbə günü, 07 oktyabr 2026
     

Naxçıvanda “yevrotəmir” adı altında məhv edilən tarix...

Image


Hər saxsı parçası, hər məzar daşı
Tarixdən tarixə bir yadigardır.

Böyük şairimiz Səməd Vurğun bu misralarla bizə onu anladır ki, ulu əcdadlarımızdan miras qalan abidələrimizə, maddi və qeyri-maddi irsimizə sahib çıxaq. Bəli, bir sıra hallarda torpaq altından tapılan kiçik bir saxsı qab da tariximiz haqda böyük məlumat verə bilir. Amma təəssüf ki, heç də hamı tarixi abidələrimizin qeydinə qalmır. Azərbaycanın elə bölgəsi, elə yeri yoxdur ki, orada qədim və orta əsrə aid abidələr olmasın. Son dövrlər dövlıət büdcəsindən tarixi abidələrin restavrasıyasına, yəni bərpasına kifayət qədər vəsait ayrılır. Heç bir maliyyə əyintisinə yol verilməsə, bu vəsaitlə həmin abidələri lazımı şəkildə restavrasiya etmək olar. Təbii ki, işə peşəkar bərpaçılar cəlb edilərsə, ortaya daha səviyyəli iş çıxa bilər. Amma təəssüf ki, bizim bir çox abidələrimiz “bərpa” adı ilə “yevrotəmir” edilib. Əlbəttə, “yevrotəmir” edilən abidələrin hələ monitorinqi aparılmayıb, aparılsaydı daha yaxşı olardı.

Abidələri ucdantutma “yevrotəmir” edilən bölgələrimizdən biri də Naxçıvandır ki, 27 ildir ki, burada abidələrə divan tutulur. 

Naxçıvanlıların verdiyi məlumata görə, Vasif Talıbov Naxçıvandakı  qədim tarixi abidələrinin böyük əksəriyyətini “bərpa” adı altında əməlli-başlı korlayıb. Naxçıvanlılar deyirlər ki, Xan Sarayından tutmuş Gülüstan, Qarabağlar türbələrinə, hətta köhnə Naxçıvan qapılarına, tarixi körpülərə qədər bir çox abidələr V.Talıbovun şəxsi göstərişi ilə  "yevrotəmir”  edilib, "müasirləşdirilib".

Ekspertlər deyir ki, tarixi abidəyə xələl gətirən hərəkətin özü cinayət tərkibi yaradır və belələri mütləq şəkildə hanısısa formada  məsuliyyətə cəlb edilir. Bildiyimiz qədər, aidiyyəti qurumlar Naxçıvan abidələri ilə bağlı hələlik hər hansı bir araşdırma aparmayıblar.

Naxçıvan abidələri ilə bağlı hər halda araşdırma aparılmalıdırmı? Ümumiyyətlə, maddi mədəni irsə toxunan, onun görünüşünü, quruluşunu dəyişən şəxslərə qarşı hansı tədbirlər görülməlidir, xüsusən də bu rəhbər işçi olubsa? Naxçıvan abidələrinin monitorinqi vacibdirmi?

  • “Təəssüf doğuran hal oldur ki, o cür qədim, unikal abidələrə belə nöqsanlı münasibət olub”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, beynəlxalq səviyyəli mütəxəssis, Avrasiya Memarlar İttifaqının və Avrasiya Memarlar Akademiyasının üzvü, tanınmış ekspert Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu çox aktual məsələdir və buna ciddi yanaşılmalıdır: “Bu məsələnin dərindən araşdırılması çox vacibdir. Faktiki olaraq söhbət Naxçıvandan gedir. Naxçıvanda tarix-mədəniyyət abidələrinin nöqsanlı və standartlara uyğun olmayan şəkildə bərpasından danışılır.  Naxçıvan abidələrinin nöqsanlı “bərpası” Vasif Talıbovun işlədiyi dövrdə respublikada hər şeydə “birinci olmaq” arzusundan irəli gəlir. Həmişə “birinci olmaq” arzusu  Vasif Talıbovu  belə yöndəmsiz hərəkətlər etməyə də sövq edirdi.  Mən 10-15 il əvvəl Azərbaycanda tarix-mədəniyyət abidələrinin qeydiyyata alınması və pasportlaşdırılması məsələsini gündəmə gətirdim, bunu ortaya çıxardım. Mənə qısa müddət sonra xəbər gəldi ki, artıq Naxçıvanda tarix-mədəniyyət abidələri həm qeydiyyatdan keçirilib, həm də pasportlaşdırılıb. Halbuki, Azərbaycanda bu sahədə standartlara uyğun pasport nümunəsi yoxdur. Yəni Azərbaycanda bu baxımdan abidələrin bərpası məsələsi də geniş müzakirə edilməli məsələdir. İlk növbədə Azərbaycanda Sovet dövründən qalan “Azərbərpa” Layihə İnstitutunun bir neçə əməkdaşından başqa bərpaçı yetişməyib. Azərbaycanda ümumiyyətlə bərpaçılıqla məşğul olan nə bir ali məktəb, nə də hansısa ali məktəbdə bir fakültə var. Bizdə bir fakültə, hətta peşə məktəbində bu sahə öyrədilmədiyi üçün bərpaçı mütəxəssislər yox dərəcəsindədir. Bu baxımdan, tikinti şirkətlərində bu sahəyə maraq olduqca güclüdür. Ona görə ki, abidələrin bərpası çox pullu bir işdir. Buna görə də tikinti şirkətləri abidələrin “bərpası”na maraq göstərirlər. Tikinti şirkətləri abidələrin “bərpa”sını öz üzərilərinə götürürlər və onları istədikləri şəkildə “bərpa” edirlər. Əgər buna “bərpa” demək olarsa. O ki, qaldı Naxçıvan abidələrinin bərpasına və bu zaman yol verilmiş nöqsanlara, ümumilikdə bu prosesin özü Azərbaycanda bu şəkildə gedib. Harada abidə “bərpa” olunubsa hamısında eyni, yaxud oxşar nöqsanlar var…Təəssüflər olsun ki, Naxçıvan da daxil olmaqla bütün ərazilərimizdə, o cümlədən də Şuşanın özündə abidələrimizin bərpası standartlara uyğun aparılmır. Əsas məsələ budur ki, bu abidələrin bərpasında yerli materiallardan istifadə olunmur, ya xaricdən gətirilmiş, ya da Bakıda istehsal edilən zavod məhsullarından istifadə edilir. Sözümün canı odur ki, Naxçıvanda abidələrə göstərilən neqativ münasibət qəbuledilməzdir. Abidələrlə bağlı bu problemi biz ölkəmizin başqa yerində də görə bilərik. Təəssüf doğuran hal oldur ki, o cür qədim, unikal abidələrə belə  nöqsanlı münasibət olub”.

O qeyd edir ki, bu gün abidələrin bərpası ilə bağlı vəziyyətin geniş müzakirəsinə ciddi ehtiyac var. O vurğulayır ki, bərpa zamanı mütəxəssislərin, Azərbaycan Memarlar İttifaqının rəyləri nəzərə alınmalıdır, planlaşdırma dövründə layihə mütləq mütəxəssislərlə razılaşdırılmalıdır, amma bunların heç biri baş vermir.

F.İsmayılov hesab edir ki, mütəxəssislərin iştirakı ilə  bərpa edilən bütün abidələrin monitorinqi aparılmalıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ