çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycan kinosu - dünya incəsənətində şedevrlər...

Image


Kino yalnız sənət deyil, həm də tarixdir, hadisələrin, yaşamın sənədləşməsidir, eyni zamanda da təbliğatdır, dilin yayılmasıdır. Kino incəsənətin ən vacib istiqamətidir ki, bütün dünyada ona ciddi önəm verilir.

Güney Azərbaycanda incəsənətin bu əhəmiyyətli sahəsinin inkişaf edib-etmədiyi çox maraqlı olduğundan bu sahə ilə bağlı kiçik bir araşdırma aparmaq istədik. Əlbəttə, zaman-zaman ana dili, mədəniyyəti Tehran rejimi tərəfindən inkar edilən, milli haqqı tapdanan Güney Azərbaycan türklərinin bütün çətinliklərə baxmayaraq zəngin milli mədəniyyətlərini mühafizə etdikləri məlumdur. Basqı altında da olsa dilini, mədəniyyətini, folklorunu, adət-ənənələrini qoruyan soydaşlarımız, demə ki, kino sahəsində də uğurlar əldə ediblər.

Müasir İran kinosunda çox istedadlı azərbaycanlı rejissorlar, ssenaristlər, aktyor və aktrisalar var, bu öz yerində. Eyni zamanda ana dilimizdə də  filmlər çəkilib. Əvvəlcədən qeyd edək ki, Güney Azərbaycan filmləri ilə bağlı məlumatları müxtəlif saytlarda gedən yazılardan toplaşmışıq.

Məlumatlarda bildirilir ki, Azərbaycan kinematoqraflarının ana dillərində film çəkməsi elə də asan başa gəlməyib. Qeyd edilənə görə, ilk vaxtlar Azərbaycan kinematoqraflarına türk dilində film çəkməyə icazə verilmirdi. Ancaq keçən əsrin 70-ci illərində qısametrajlı filmlərin artması və gənclərin kinoya marağı ilə yanaşı, türk filmlərinin innovasiyası yeni nəsil kinematoqraflar tərəfindən istifadə edilir,  Rəhbər Qənbərinin “Ou” filmi türk dilində olan ilk film adlandırılır. O, Fəcr film festivalında nümayiş olunub və auditoriyanın diqqətini çəkmişdi.

Uzunmetrajlı filmlərlə yanaşı, son onilliklərdə İranın qısa filmləri də əhəmiyyətli dərəcədə inkişaf etdi və yalnız türk dili deyil, sosial baxış və dünyagörüşü, estetik xüsusiyyətləri Azərbaycan kinematoqrafiyasına beynəlxalq şöhrət qazandırdı. Bu axının filmlərindən biri də kinematoqraf Cəfər Pənahinin Kann festivalında ən yaxşı ssenari mükafatını qazanan türk dilində çəkilmiş “Se Rokh” filmidir. Artım o dərəcədə idi ki, artıq Qum, Xorasan və Fars əyalətlərindəki türk kinematoqrafları da türk dilində filmlər çəkməyə başladı.

Son illər kinoteatr auditoriyası ilə yanaşı, dünya miqyasında mötəbər festivalların da diqqətini çəkən çoxsaylı türk filmləri var. Bunlar arasında Niki Kəriminin “Atabay” filmi, Bəhmən və Bəhram Arkın “Poost”, İsmayıl Monsefin “Kömür” filmləri yer alır. Beynəlxalq kino arenasında iştirak etməklə yanaşı, müxtəlif nüfuzlu mükafatların qalibi olan yerli filmlər də var. Məsələn, Rəhbər Qənbərinin “Ou” filmi Fəcr film festivalının ən yaxşı rejissor və İtaliyanın “Religion Today” film festivalının ən yaxşı filmi mükafatına layiq görülüb. Nağı Nemətinin “An se” filmi İsveçrənin “Locarno” festivalının əsas hissəsinə seçilmişdi. Bununla yanaşı, rejissorun “Ba ou” adlı qısa filmi Fəcr festivalının “Kristal Simurq” mükafatının qalibi olub. Əsgər Yusifinzadın “Eo” filmi Fəcr festivalının ən yaxşı filmi mükafatına layiq görülüb, Yaponiyanın Tokio və Estoniyanın Tallin film müsabiqələrinin iştirakçısı olub.

Bunlar Azərbaycan türkcəsində çəkilən filmlərdir ki, artıq dünyada tanınır.

Ətəkyazı düşüncə portalında güney filmləri barədə maraqlı məlumatlar var, o filmlərin adları, mövzuları, yaradıcı və texniki heyəti haqda məlumat verilir. Saytda, həmçinin, Güney Azərbaycan filmlərinə baxmaq istəyənlər üçün filmlərin linkləri də paylaşılıb. Biz də bu saytın materiallarından bəhrələndik.

Qeyd edək ki, Təbrizfilmin istehsalı olan “Apardı sellər Saranı” filminə YouTube vasitəsilə çoxlarımız baxmışıq. “Apardı sellər Saranı” mahnısının yaranma tarixini əks etdirən filimdə güney azərbaycanlıların həyat tərzi, məişəti, sazımıza-sözümüzə, gələnəklərimizə bağlılıqları da geniş ifadə olunub.

Güney Azərbaycan kinematoqrafiyasının maraqlı nümunələrindən olan “Saray” filmi barədə qeyd edilir ki, bu filminin rejissor Yədulla Səmədidir. Mərhum rejissor filmlərində Azərbaycan mədəniyyətinə, xüsusilə folklora diqqət yetirirdi. Bu cür filmlərin arasında “Dədə Qorqud” mifik türk dastanının epizodlarına əsaslanan qəhrəmanlıq filmi “Domrul”(1993), quldur hücumlarına müqavimət göstərən “Savalan”(1989) və “Saray”(1997) filmləri var. O dövrdə türkcə film çəkmək qadağan edildiyi üçün bu filmlərin hər biri farsca çəkilib. Sonradan “Saray” filmi Azərbaycan türkcəsinə dublyaj olunub. Bu isə Güney azərbaycanlı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

1997-1998-ci illərdə çəkilən “Vüsal günləri” filminin də maraqlı tarixcəsi var. Filmdə baş rola Azərbaycanın xalq artisti mərhum Həsən Məmmədov çəkilib.

“Vüsal günləri” filmi Rza Siyaminin tammetrajlı filmidir. Bu film kinoteatrlarda ekrana çıxmasa da İranın bölgə televiziyalarında yayımlandı və birinci tammetrajlı Güney Azərbaycan kinosu kimi tarixə düşdü. “Vüsal günləri” filmi Azərbaycanın ikiyə ayrılmasının azərbaycanlı ailələrə təsirindən bəhs edir.

Rejissor Əsgər Yusifinejadın 2016-cı ildə çəkdiyi “Ev” adlı bədii filmi İran kino tənqidçilərinin də diqqətini çəkib. Təbrizdə Azərbaycan türkcəsində farsca altyazı ilə istehsal edilən film ənənəvi bir ailədən bəhs edir. Filmin qəhrəmanları ölən atalarını dəfn etmək istəyirlər, lakin öyrənirlər ki ataları öz cəsədini tibbi araşdırmalar üçün tədqiqat institutuna bağışlamağı vəsiyyət edib.

“Ev” filmi “NETPAC” (Asiya Kino İnkişafı üçün Şəbəkə) mükafatı ilə birlikdə İranın 35-ci Fəcr Film Festivalında ən yaxşı ssenari və ən yaxşı film üçün “Simorgh Zarrin” və “Simin” mükafatlarını qazanmışdır.  Filmin uğuru müstəqil Güney Azərbaycan kinosunda böyük səs-küyə səbəb oldu.

Rejissorlar Bəhram və Bəhmən Ərk qardaşlarının “Heyvan” adlı 15 dəqiqəlik qısametrajlı filmdə bir adamın sərhədi aşmaq üçün qoç dərisi geyinib qadağan edilmiş bölgənin sərhədini aşmağa çalışması təsvir edilib. “Heyvan” filmi 2017-ci ildə nüfuzlu Kann Film Festivalında ikinci yer də daxil olmaqla, bir neçə mükafat qazanmışdır.

“Kömür” filminin ssenaristi və rejissoru İsmayıl Münsifdir.  Azərbaycanın sərhəd kəndlərinin birində kömürçülüklə məşğul olan Qeyrətin oğlu Yaşar həbsxanadan çıxaraq Azərbaycan Respublikasına qaçır. Və  bütün hadisələr bundan sonra başlayır.

Ərk qardaşlarının çəkdikləri və türk mifologiyasına əsaslanan bu film Fəcr festivalında iki kateqoriyada: ən yaxşı film və ən yaxşı film musiqisi mükafatlarını qazanıb. İran kinosu üçün ənənəvi olmayan “Dəri” filmi qorxu janrındadır.

“Arpaçayın ayrılıq nəğməsi” filminin rejissoru isə Əli Abdalidir. Filmdə güney azərbaycanlı bir qızla quzey azərbaycanlı sərhədçi oğlanın arasında yaşanan sevgidən bəhs edilir.  Güneyli məşhur aktyor Hadi İftixarzadə ilə yanaşı Quzey Azərbaycandan olan  aktyor Əmrah Dadaşov da filmdə rol alıb. Filmin musiqisini Alim Qasımov ifa edib.

2019-cu ildə çəkilən “Qocalar ölməz” filmi də maraqlı sənət nümunəsidir.

Bu, ərdəbilli gənc rejissor Rza Camalinin ilk tammetrajli filmidir. Yaponiya Mədəniyyət Fondu tərəfindən bu filmə “Asiyanın Ruhu” mükafatı verilib. Filmdə səfalı bir kənddə uzun müddət heç kimin ölmədiyi kəndlilərin həyatından bəhs edilir.

9-cu Avstraliya İran Film Festivalının sonunda “Qocalar ölməz” filmi münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. Həmçinin Kanadanın Toronto şəhərində keçirilən 5-ci İran Film Festivalında (Kirus Film Festivalı) münsiflər heyətinin Xüsusi Mükafatını qazanıb və münsiflər heyəti tərəfindən təltif olunub. Bu film İspaniyada keçirilən Barselona Asiya Filmləri Festivalının səkkizinci sesiyasında festivalın xüsusi bölməsində ən yaxşı ssenari mükafatına layiq görülmüşdür.

2020-ci ildə isehsal edilən “Tərlan” filminə də diqqət yetirək.

2020-ci ildə onlayn olaraq yayımlanan ”Tərlan” filmi daim irəliləməkdə olan müstəqil Azərbaycan kinosunun yeni məhsullarından hesab edilir. Filmdə canavar sürüsünün təhdidini çobanlıq təcrübəsinə

görə əvvəlcədən kənd əhalisinə bildirən Tərlanın bu qabiliyyəti kəndlilərin diqqətini çəkir. Onlar Tərlanın qeyri-adi gücə malik olduğuna inanırlar. Ondan kəndlilərə də möcüzə yaratmasını istəyirlər. Filmin anonsu dünya azərbaycanlıları tərəfindən sosial mediada geniş şəkildə paylaşıldı.

2021-ci il istehsalı olan “Atabay” filmi barədə də məlumat vermək istəyirik.

“Atabay” filminin  rejissoru İranın məşhur aktirisası Niki Kərimidir. “Atabay” filmi İranda ən çox satılan filmlər sırasındadır. Filmin kinoteatrlardakı nümayişi bitdikdən sonra online satışa çıxacaq.

Gördüyünüz kimi, Güney Azərbaycanda Azərbaycan kinosu, milli kinomuz milli ruhlu rejissorların fəaliyyəti nəticəsində inkişaf edir və hətta bu filmlər dünyanın müxtəlif nüfuzlu festivallarında mükafatlar da alırlar.

Güneyimizdə milli kinonu inkişaf etdirəmn sənətkarlar burada milli koloriti, milli ruhu, milli mübarizəmizi daha çox qabartmağa çalışırlar, əlbəttə, imkan daxilində, bəzən açıq, bəzən də sətiraltı ifadələrlə...Bütün hallarda Güney Azərbaycanda milli kino var və bu kino da xalqımızın tükənməz mədəniyyətinin bir hissəsidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ