22/11/2019 23:58
728 x 90

Yeni senator açıq-saçıq geyimi ilə Braziliyanı şoka saldı

img

Braziliyanın yeni senatoru, 44 yaşlı Anna Paula da Silva andiçmə mərasiminə qatılacağı Hökumət evinə gəldiyi geyimlə görənləri şoka salıb.

Baki-xeber.com-un xəbərinə görə, yeni senatorun tərəfdarları tənqidçilərə onun Bombinyas bələdiyyəsinin meri vəzifəsində işləyərkən xalqa nə qədər xeyir verdiyini xatırlatmağa çalışsalar da, internet trolları geninə-boluna onun “daha maraqlı özəlliklərindən” yazmaqda davam edib.

Xəbərə görə, da Silva törənə cəlbedici al qırmızı kostyumda gəlib, arada çıxardığı pencəyin altından geydiyi topik isə az qala simvolik xarakter daşıyıb, belə ki, qadının sinəsi də, kürəyi də həddindən artıq açıq olub ki, bu da müşahidəçilər arasında fikir ayrılığı yaradıb. Bir qism onu daha cəsarətli kimi xarakterizə etsə də, digərləri qeyri-ciddi adlandırıb.

Senator özü isə daha sonrakı açıqlamasında bildirib ki, bu cür geyinməsi əslində tamamilə feminist xarakter daşıyıb. Yəni ətrafındakı kişilərə bununla azad qadın seçimi ilə bağlı mesaj vermək məqsədi güdüb. Mətbuatın sərt tənqidinin ardından isə senator da Silva özünün instaqram səhifəsində rəsmi bəyanat yerləşdirib. Özünün idman geyimində fotosunun altından xidmətdə əldə etdiyi nailiyyətləri sadalayan da Silva onu da yazıb ki, bu onun həyatının qısa xronikası idi, lakin o, bəzənməyi sevir və bunun onun işi ilə heç bir əlaqəsi yoxdur. “Heç bundan sonra da deputat olduğuma görə həyat tərzimi dəyişmək fikrim yoxdur”- deyə sonda o bildirib.

Son xəbərlər