18/11/2019 04:40
728 x 90

BMT Təhlükəsizlik Şurasında Qarabağ həqiqətləri…

img

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer məşum "dondurulmuş münaqişələr” ssenarisini qəbul etmir və ATƏT-ə sədrliyi dövründə bu vəziyyətin aradan qaldırılması üçün çalışacaq.

APA-nın xəbərə görə, bu barədə ATƏT sədrinin BMT Təhlükəsizlik Şurasındakı çıxışının mətnində deyilir. "Mən tez-tez "dondurulmuş" və ya "həlli uzanmış" adlandırılan münaqişələri qeyd etmək istərdim. Hesab edirəm ki, biz bu cür fatalizmi qəbul etməməliyik", - deyə çıxışda bildirilir.

Nazir Ermənistan –Azərbaycan sərhədində və təmas xəttində ölümcül insidentlərin artmasından narahatlığını ifadə edib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə sülh səylərinin fəallaşdırılmasını təklif edib.

Bununla yanaşı, F. V. Ştaynmayer dünyanın yenidən "soyuq müharibə" dövrünü yaşaması fikri ilə razı olmadığını qeyd edib. Onun sözlərinə görə, bu gün dünya başqadır, münaqişələr daha çox toqquşan maraqları olan subyektləri ehtiva edir: "Millətlərin mövcudluğunun əsasını indi olduğu kimi, sərhədlərin təhlükəsizliyi və milli suverenlik kimi prinsiplər təşkil etməlidir. Bu prinsiplərin dəstəklənməsi üçün BMT, ATƏT kimi güclü çoxtərəfli mexanizmlər vacibdir".

Son xəbərlər