Riqa küçələrində bamperində ahu ilişib qalmış avtomobil...

Riqa küçələrində bamperində ahu ilişib qalmış avtomobilin dolaşması görənləri şoka salıb.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, hazırda Riqa polisi həmin avtomobilin sahibini axtarır. Avtomobilin fotosu isə polis idarəsinin tvitter səhifəsində yerləşdirilib. Həmin fotonun 27 fevral tarixində səhər saat 8 radələrində çəkildiyi xəbər verilir.
Volkswagen Amarok-un şəhərin mərkəzindən şəhərətrafı istiqamətə getdiyi ehtimal olunur. Lakin maşının nömrəsini təyin etmək mümkün olmayıb.
Polis faktı araşdırır.