18/11/2019 05:51
728 x 90

İran ABŞ konqresmenlərinə viza verməkdən niyə imtina etdi...

img

İran hökuməti seçkiləri izləmək istəyən üç respublikaçı konqresmenə viza verməkdən imtina edib. Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bu barədə "Washington Free Beacon” xəbər dərc edib.

"İran tərəfi üç Amerika qanunvericisinə 26 fevral tarixində bu ölkədə keçirilən parlament seçkilərini izləmək üçün viza verməkdən imtina edib”- xəbərdə deyilir. Bildirilir ki, Tehran bir neçə həftə onların viza ilə bağlı müraciətini qulaqardına vurub. Konqresmenlər eyni zamanda nüvə obyektlərinə baxış keçirmək və İran həbsxanalarında saxlanan amerikan məhbuslarla görüşmək niyyətində olublar. Xəbərdə o da bildirilir ki, İran imtinanın səbəbbini hələ də izah etməyib.

Dah öncə İRNA agentliyinə danışan İranın xarici işlər naziri Məcid Taxt-Rəvançı bəyan edib ki, konqresmenlərin viza müraciəti əslində təbliğati səs-küy qoparmaq məqsədi daşıyıb. O eyni zamanda deyib ki, "İran heç kimsəyə özünün daxili işlərinə qarışmaq imkanı verməyəcək”.

Son xəbərlər