Bazar günü günü, 08 noyabr 2026
     

Moskvada Xocalı qurbanları anıldı

Image


Fevralın 29-da "Redisson Royal Moskva” mehmanxanasının konfrans zalında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Foyedə Azərbaycan və Rusiya məktəblilərinin, habelə RF-nin Əməkdar Rəssamı Əsgər Məmmədovun yetirmələrinin Xocalı faciəsinə həsr olunmuş rəsmləri nümayiş etdirilib.

Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və amansız səhifəsidir. O deyib: "Bu münaqişə artıq 30 ilə yaxındır ki, davam edir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Zəbt olunmuş torpaqlarda arxitektura şedevrləri, tarixi abidələr məhv edilib, bu diyarda Azərbaycan mədəniyyəti ilə bağlı bütün əlamətlər silinib”.

Heydər Əliyev Fondunun vitse-prezidenti həmin dəhşətli gecədən söz açaraq deyib: "Erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. Gələcək həkimlərin, mühəndislərin, müəllimlərin, Azərbaycanı daha yaxşı, işıqlı və maraqlı edə biləcək insanların həyatı yarımçıq qaldı. Beynəlxalq ictimaiyyət bu faciəyə ədalətli qiymət verməli, günahkarlar isə cəzalandırılmalıdır”.

Leyla Əliyeva bildirib ki, 2008-ci ildə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası start götürüb. Onun məqsədi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq və belə bir qətliamın heç vaxt və heç yerdə təkrarlanmamasına nail olmaqdır. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb. "Xocalıya ədalət!” kampaniyasını dünyanın onlarca ölkəsi dəstəkləyir. Kanada, Meksika, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Honduras parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda soyqırımı faktını tanıyırlar. Biz ən yüksək beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və Haaqa Beynəlxalq Məhkəməsinə petisiyalar təşkil edirik. Bizim səsimiz dünyanın ən mühüm konfrans və forumlarında eşidilir. Bosniyanın paytaxtı Sarayevoda Srebrenitsa və Xocalı soyqırımları qurbanlarının xatirəsinə abidə ucaldılıb. Faciə haqqında hər cür informasiyanın yer aldığı "Xocalıya ədalət” saytı açılıb. Biz bu dəhşətli faciə barədə filmlər çəkir, kitablar çap edirik. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində Xocalıya həsr olunmuş konfrans, sərgi və seminarlar keçirilir. Fəallarımız sayəsində bizim kampaniyanı 115 təşkilat və 120 mindən çox adam dəstəkləyir.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan həmişə tolerant və multikultural ölkə olub. Müxtəlif millətlərdən və dinlərdən olan insanlar burada sülh və həmrəylik şəraitində yaşayıb və yaşayırlar. O deyib: "Bütün dəhşətlərə baxmayaraq, xalqımızın ruhu qırılmadı. Xocalı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz Azərbaycan rəssamlarının və uşaqların rəsm əsərlərindən ibarət sərgi hazırladıq. Siz bu faciəni incəsənət adamlarının gözü ilə görüb duya bilərsiniz. Ola bilsin ki, bu əsərlərdə hədsiz qəm və kədər var. Amma biz səmimi qəlbdən inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz evlərinə, doğma yurd-yuvalarına qayıdacaqlar”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, dünyanın harasında yaşayırlarsa yaşasınlar, azərbaycanlıların indiki nəsilləri üçün "Xocalı” sözü ümumi ağrı-acıya çevrilib. Səfir deyib: "Bu gün burada gənclərin sayı çoxdur. Mən buna ürəkdən sevinirəm. Çünki gənclərimiz vətənpərvərlik ruhunda böyüyür və möhtərəm Prezidentimizin gənclərin qarşısına qoyduğu məqsəd və vəzifələri başa düşürlər. "Xocalı” sözü həddi-hüdudu olmayan ədalətsizliyin və vəhşiliyin timsalıdır. Azərbaycan xalqı məhz bu söz vasitəsilə müasir hüquqda bəşəriyyət əleyhinə cinayət kimi müəyyən edilən amansızlıqların ən qorxunc təzahürlərini yaşayır”.

Səfirin fikrincə, həyatın özü belə bir əbədiyaşar həqiqəti təsdiq edir: cəzasız qalan cinayətlər yeni və daha ağır cinayətlər doğurur. Diplomat deyib: "Buna görə vurğulamaq istəyirəm ki, Xocalı faciəsinin ağrı-acısını hiss etmək, onu qeyd-şərtsiz pisləmək təkcə bizim xalqın qayğısı deyil, həm də bütün xoşməramlı insanların əxlaqi-hüquqi seçimi olmalıdır. Bu baxımdan mən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük işlər görən Leyla xanım Əliyevaya "Çox sağ olun” demək istəyirəm. Bu zərif və gözəl xanım bütün fəaliyyətini bu məsələyə həsr edib və özünün qısa çıxışında bu yolda əldə edilən bir sıra nailiyyətləri sadalayıb. Artıq dünya üzünü bu faciəyə doğru çevirir və anlamağa başlayır ki, gələcəkdə belə bir qırğının dünyanın heç bir ölkəsində təkrarlanmaması üçün onu pisləmək lazımdır”.

Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, kulturologiya doktoru, professor Yuri Pompeyev bildirib ki, 24 il bir nəslin yaşıdır. O, "Xocalıya ədalət!” kampaniyasından danışaraq vurğulayıb ki, "ədalət” açar sözüdür: "Amma ədalətə nail olmaq və bu sözün miqyasını əhatə etmək də çox çətindir. Mənim bu kampaniyaya aidiyyətim var. Mən həmişə ona hay verirəm. Cənubi Qafqazdakı hadisələrə bu şəkildə cəlb olunmağım sayəsində son illər bütün maraq və gücümü həmin ağrıya sərf edirəm ki, əhali ən azı 24 il əvvəl o vaxtkı Qarabağın bu kiçik şəhərində baş verənlərdən xəbərdar olsun”.

Sərgidəki əsərlərin çoxunda tankların təsvir olunduğunu bildirən Y.Pompeyev deyib: "Tanklar 366-cı alay deməkdir. Düzdür, bu tanklar nə yaşıl, nə də qırmızı rəngdə olub. Onları ağ rəngə boyamışdılar ki, sovet ordusuna məxsus olduğunu gizlətsinlər. Ancaq o vaxt bu alay millətçi nasist qüvvələrin sərəncamında idi. Çünki Serj Sarkisyan o dövrdə Ermənistan ordusunun rəhbərlərindən biri idi. Bu, rüsvayçılıqdır. Bu fakt mütləq Rusiya Federasiyasının indiki vətəndaşlarının diqqətinə çatdırılmalıdır və mən də bunu etməyə çalışıram”.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib ki, hər bir insanın din, siyasət, mənəvi azadlıq hüququ var. Hər kəsin həm də xatırlamaq kimi alınmaz hüququ var. Xocalı faciəsinə bənzər faciələrin unudulması yeni-yeni fəlakətlərə yol aça bilər. Deputat deyib: "Vətəndaşlar yalnız dövlətləri güclü olan təqdirdə özlərini təhlükəsizlikdə hiss edə bilərlər. Müstəqil Azərbaycan Xocalı faciəsindən keçən onilliklər ərzində daha möhkəm, daha qüdrətli olub, dünya arenasında müstəqil oyunçuya və Cənubi Qafqazda sülhün qarantına çevrilib. Bu gün azərbaycanlılar əmin ola bilərlər: onların ölkəsi onları müdafiə edəcək!”

Xocalı faciəsinin şahidləri - hər iki valideynini itirmiş Həmayil Xəlilova və Murad Hüseynov tədbir iştirakçıları arasında olublar. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəliblər.

Tədbirdə Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasətçilər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri iştirak ediblər.












































VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ