Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elxan İsayev saxlanıb.
Polis əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində isə “Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurladığı da müəyyən edilib.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı