Cümə günü, 16 oktyabr 2026
     

Bankların faiz siyasəti yenə problem yaradır…

Image


Bu gün hökumətin xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də bankların ölkə iqtisadiyyatında daha fəal iştirakına, kreditlər vasitəsilə iqtisadi tərəqqinin stimullaşdırılmasında yaxından iştiraklarına nail olmaqdır. Qeyd olunan məqsədlə dövlət tərəfindən banklara lazımi şərait yaradılır, onlar həm vəsaitlə təmin olunur, həm də digər müvafiq tədbirlər görülür. Amma real vəziyyət həm də onu üzə çıxarır ki, banklar onlar üçün yaradılan şəraitdən hələ də, belə demək olarsa, sui-istifadə edir. Hər halda, kredit faizlərinin hələ də yüksək həddə olması bu qənaəti gücləndirir.

Xatırladaq ki, kreditlərin aşağı düşməsini təmin etmək məqsədilə artıq Mərkəzi Bank  2018-2019-cu illərdə uçot dərəcəsini təxminən 2 dəfə azaldaraq 7,5%-ə endirib. Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə  bu məsələyə toxunaraq bildirib: “Biz bu siyasətin bank faizlərinə təsirini görürük. Məsələn, son 2 ildə biznes kreditlərinin orta illik faiz dərəcəsi 5 faiz bəndi azalaraq 11%-ə düşüb. Amma bu səviyyə bizi qane etmir və faizlərin daha da azalması istiqamətində işləri davam etdirəcəyik”. Bundan başqa, baş bankirin sözlərinə görə, ötən il dövriyyədə olan pul kütləsinin həcmi 24% artırılıb: “Pul siyasətinin yumşaldılması çərçivəsində banklara 2 milyard manatdan çox vəsait verilib ki, onlar bunu kreditləşmə üçün istifadə etsinlər. Ümumilikdə son 3 ildə aşağı inflyasiya, milli valyutanın sabit məzənnəsi, getdikcə azalan xarici borc Azərbaycanın xarici kreditor mövqeyini gücləndirib. Hazırda bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin məbləği 100 milyard ABŞ dollarından çoxdur ki, bu da öhdəliklərimizlə müqayisədə 2 dəfə çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik, dayanıqlılıq yaradılıb və bu, iqtisadi inkişafa təsir edir”.

Yuxarıda qeyd olunduğu kimi isə, bütün bunlar fonunda bankların kredit faizləri hələ də yüksək olaraq qalır. Ekspertlər də hesab edir ki, uçot dərəcəsinin enməsi barədə qərar qəbul edilsə də, bu, kreditlərin ucuzlaşmasında, iqtisadiyyata banklar tərəfindən daha çox vəsait yönəldilməsində özünü hələ də istənilən şəkildə büruzə vermir. Məlumat üçün qeyd edək ki, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Yəni burada Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Deməli, uçot dərəcəsi aşağı düşdükcə, kredit faizləri də ucuzlaşmalıdır. Bundan başqa o da faktdır ki, ölkədə inflyasiya səviyyəsi də uçot dərəcəsinin endirilməsinə imkan verir.  Belə vəziyyətdə bank kreditlərinin ucuzlaşması mütləq şəkildə həyata keçməlidir. Amma reallıq göstərir  ki, Mərkəzi Bank uçot dərəcəsini aşağı salsa da, banklar heç də kreditləri buna görə ucuzlaşdırmır. Bu səbəbdən məsələyə inzibati müdaxilə də zəruri sayılır. Ekspertlər də qeyd edir ki, əslində, kreditlərin faizlərinin aşağı düşməsi üçün bütün amillər var. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın iqtisadi inkişaf sürəti və nailiyyətlər buna imkan verir. Digər tərəfdən, problemli kreditlərin həlli ilə bağlı dövlət tərəfindən atılan addımlar banklara böyük dəstək olub. Eyni zamanda, milli valyutanın mübadilə məzənnəsi uzun müddətdir sabitdir və belə görünür, hökumət bu sabitliyi yaxın dövrdə də qorumağa çalışacaq. Rəsmi inflyasiya səviyyəsi də, yuxarıda qeyd olunduğu kimi, aşağı həddədir. Mərkəzi Bankın yumşaq pul-kredit siyasəti, yəni uçot dərəcələrinin aşağı salınması, ehtiyat normalarının minimum səviyyədə olması kimi amillər də kreditlərin aşağı faizlə verilməsini stimullaşadıran faktorlar sırasında yer alır. Bankların cəlb etdikləri resursların ucuz olması da burada mühüm rol oynayır. Amma bunlara rəğmən, kreditlərin istənilən həddə ucuzlaşması baş vermir. Hazırda Azərbaycanda kommersiya banklarının depozit portfeli ilə kredit portfeli arasında faizlər baxımından kəskin fərq var. Ekspertlər hesab edir ki, fərqin yaranmasının əsas səbəbi bankların yenə də daha çox gəlir əldə etməyə çalışmasıdır. Yəni qısa müddətə daha çox gəlir əldə etmək prinsipi banklar üçün prioritet olaraq qalır. Bundan əvvəl banklar tərəfindən belə iddialar da səslənirdi ki, ölkə iqtisadiyyatında risqlərin yüksək olması səbəbindən faizlər yüksəkdir. Amma həyata keçirilən son islahatlar bankların bu bəhanəsini də aradan qaldırıb. İqtisadiyyatda risklərin aşağı olması və bunun beynəlxalq maliyyə qurumları tərəfindən də bəyan edilməsi verilən kreditlərin geri qayıtma ehtimalının yüksək olmasını təsdiqləyir.  Bu səbəbdən belə vəziyyət də bankların kredit faizlərini aşağı salmasına təsir göstərməlidir. Lakin banklar yenə də faizləri aşağı salmaqdan imtina edir. Elə bu da iqtisadi inkşafın istənilən həddə olmasına maneə yaradan faktorlardan sayılır. Məhz bu mənada, artıq məsələyə inzibati formada hansısa təsir göstərilməsi olduqca önəmli sayılır. Çünki bankların real mövqeyi hökumətin siyasəti ilə tam şəkildə uzlaşmır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ