Cümə günü, 16 oktyabr 2026
     

Banklar maliyyə sistemini çökdürən kursdan əl çəkmir, Elman Rüstəmovun tövsiyələri yerə düşür…

Image


Ötən ildən etibarən bankların istehlak məqsədilə ayırdıqları kreditlərin miqdarını yenidən artırması artıq rəsmi dairələrdə də ciddi narahatlıqla qarşılanır. Aydın görünür ki, indiki halda bank sektoru iş adamlarının öz bizneslərini inkişaf etdirmələri üçün borc vəsaitləri vermək əvəzinə, əhaliyə istehlak krediti verməyə üstünlük verir. Bankların bu siyasətinin təhlükəli tərəfi odur ki, onlar bununla malların idxalını və inflyasiya gözləntilərini stimullaşdırır.

Qeyd olunduğu kimi, bu vəziyyət rəsmi dairəldərdə də narahatlıq yaradır. Mərkəzi Bankın sədri Elman Rüstəmov sahibkarlarla görüşdə bu mövzuya xüsusi toxunaraq, yenidən istehlak kreditlərinin artımından narahatlığını dilə gətirib:“Azərbaycanın maliyyə sektorunda canlanma və bərpa proseslərinin getdiyini görürük. Baxmayaraq ki, sektorda kövrəklik qalıb, banklar restrukturizasiyanı başa çatdırmayıb, amma biz kreditləşmənin artdığını görürük. Lakin yenə də qeyd etmək istəyirik ki, burada başlıca drayver rolunu oynayan istehlak kreditləridir. Biznes kreditlərində əhəmiyyətli artım görmürük. Bu da əsas müzakirə mövzularından biri olmalıdır. Yəni biz necə edək ki, real sektorun kreditləşməsini artıra bilək. Çünki bu, bilavasitə iqtisadi artımla, iqtisadi dinamika ilə əlaqəsi olan seqmentdir”.

Ekspertlər bildirir ki, hökumətin bu məsələdə narahatlığı əbəs deyil. Çünki istehlak kreditlərinin artımı həm problemli kreditlərin çoxalmasına rəvac verir, həm də idxalı stimullaşdırır. Bu isə daxili istehsal üçün müəyyən problemlər deməkdir. Araşdırmalar göstərir ki, banklar istehlak kreditlərinin verilməsində artıq faiz dərəcələrinin azalmasına da gedir. Bunun əsas səbəblərindən biri odur ki, Mərkəzi Bank uçot dərəcəsini əhəmiyyətli dərəcədə azaldıb. Belə vəziyyət bankların kreditləri müəyyən qədər ucuzlaşdırmasına imkan verir. Yəni belə tədbirlər fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz dərəcələrinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Amma burada daha çox narahatlıq doğuran məsələ götürülmüş borcların artıq 50%-nin istehlak kreditlərinə yönəldilməsidir. Araşdırmalar göstərir ki, əhali borc olaraq götürdüyü vəsaitləri avtomobil, mobil telefonlar, mebel, elektrik cihazları və digər belə tələbat mallarının alınmasına xərcləyir. Azərbaycanda göstərilən bütün mal çeşidləri əsasən idxal olunur və bu da ölkədə inflyasiya gözləntilərini artıran amillərdən sayılır.

Halbuki, indiki şəraitdə əhali üçün nəzərdə tutulmuş istehlak kreditlərinə ayrılan bank-maliyyə vəsaitlərinin iş adamlarına yönəldilməsi daha məqsədəuyğundur. Əks təqdirdə, əldə olan pul kütləsi ilə bazarda olan əmtəənin uyğunsuzluğu məhsul idxalının artımına gətirib çıxaracaq ki, bu da inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Hesab olunur ki, artıq məsələyə inzibati qaydada müdaxilə də olduqca önəmlidir. Burada həm də bankirlərin iş adamları ilə dialoqunu sürətləndirən və son nəticədə ölkədə məhsul istehsalını artırmaq üçün sahibkarlıq subyektlərinə kredit verməyə stimullaşdıran addımların atılması çox önəmlidir. Bankirlərin, xüsusən bölgələrdə biznesə yatırım etməsi üçün mövcud problemlər tam aradan qalxmalıdır. Bura ilk növbədə etibarlı girov təminatının olmaması kimi problemin həlli aiddir. İndilikdə isə banklar istehlak kreditinə yönəlməyə xüsusi diqqət yetirir. Çünki istehlak krediti üzrə faiz dərəcələri real sektora yönəldilən kredit faizləri ilə müqayisədə daha yüksəkdir. Buna görə də, kommersiya bankları müştərilərinə daha çox istehlak kreditləri təklif edirlər. Ekspertlər onu da bildirir ki, bankların istehlak kreditlərinə marağının artması, əvvəlki kimi, daha qısa zamanda gəlir əldə etmək istəyi ilə bağlıdır. Yəni banklar çalışır ki, daha qısa zamanda gəlir əldə etsin. Bu da nəticədə istehlak kreditləşməsinə marağın artmasına gətirib çıxarır. Bu, eyni zamanda, real sektorun kreditlərə olan tələbinin ödənilməsinə imkan vermir və real sektor tələb olunan maliyyəni digər mənbələrdən əldə etmək məcburiyyətində qalır. Yaranmış durum bankların özü üçün də təhdid doğurur. Çünki istehlak kreditləri artan zaman banklar xarici şoklara reaksiya verə bilmir, əhalinin gəlirlərinin strukturunda dəyişiklik baş verdiyi halda problemli kreditlərin həcminin artması müşahidə olunur.

Hər halda, artıq bu hal Azərbaycan təcrübəsində müşahidə olunub. Ekspertlərin fikrincə, bu baxımdan Mərkəzi Bank tərəfindən vəziyyətin tənzimlənməsinə ehtiyac var. Eyni zamanda, bu halda real sektora daha çox kreditin təklif edilməsi üçün təşviqedici tədbirlərin gücləndirilməsi vacibdir. Əks halda, istehlak kreditləşməsi nə ölkə iqtisadiyyatı, nə də bank sektorunun özü üçün arzuolunandır. Onu da bildirək ki, bu gün bank sektorunda əhəmiyyətli dərəcədə maliyyə ehtiyatları var. Amma yenə də biznes kreditləri artmır. Bu səbəbdən baş bank tərəfindən  kompleks stimullaşdırıcı tədbirlər görmək vacibdir ki, əlavə vəsaitlər  bütövlükdə real sektora getsin və ölkədə daxili investisiya prosesini dəstəkləsin. Məhz bu halda istehsal sahəsində daha çox artımın olması mümkün sayılır. Elə hökumətin də istəyi məhz budur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ