Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan daha bir beynəlxalq qərarı dəstəkləyərək neft bazarında özünə əlverişli mövqe yaratdı…

Image


Dünya bazarlarında neftin qiymətinin yenidən artımı fonunda prosesin nə qədər davam edəcəyi indi ekspert dairələrində xüsusi müzakirə mövzusudur. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin (OPEC+) son iclasından sonra bu məsələ ətrafında birmənalı fikir səsləndirilmir. Qeyd edək ki, barəsində bəhs edilən iclasdan sonra neftin qiymətində bu ilin iyunundan indiyədək ən böyük həftəlik artım qeydə alınıb.

İndi “Brent” neftinin bir barreli London birjasında 65 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-York birjasında 60 dollara alıcı axtarır. Azərbaycan neftinin qiyməti isə 70 dollarlıq həddə çatıb. Bütün bunlara əsas səbəb OPEC+ ölkələrinin son iclasıdır. Belə ki, üzv ölkələrin sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması barədə qərarı “qara qızıl”ın qiymətinə yuxarı istiqamətli təzyiq göstərib. Bir daha xatırladaq ki, Vyanada OPEC+  üzrə gələn ilin ilk rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb. Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Ölkəmiz müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə daha 7 min barrel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvarından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır. Ölkəmiz indiyə kimi gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Hesab edilir ki, OPEC+  ölkələrinin addımı qarşıdakı dövr ərzində neftin qiymətini yüksək həddə saxlamağa xidmət edəcək. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın 2020-ci ilə dair neftin qiyməti üzrə proqnozu da bunu təsdiq edir. Bank bildirir ki, gələn il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu isə 60 dollar idi. “Goldman Sachs” bu proqnozu məhz OPEC+ üzrə sutkalıq neft hasilatının gələn ildən daha 500 min barrel azaldılmasına dair qərar qəbul ediləndən sonra verib. Neft məsələləri üzrə rus ekspert İvan Danilov isə bildirir ki,  OPEC+  formatı, xüsusən də burada Rusiya - Səudiyyə Ərəbistanının əməkdaşlığı neftin gələn il ərzində yüksək qiymət həddində qalmasını şərtləndirəcək: " OPEC+  formatı effektivlyini təsdiqləyir və bura Səudiyyə Ərəbistanı vasitəsilə ABŞ artıq əvvəlki kimi təsir göstərə bilmir. Səudiyyə dövlət neft şirkəti "Saudi Aramco"nun səhmləri ətrafında baş verənlər də bunu təsdiq etdi. Burada diqqət etməli bir vacib məqam var. "Aramco" səhmlərini London və ya Nyu-York birjalarında yerləşdirmək istəyirdi, ancaq sanksiya və Səudiyyə səhmlərinə həbs qoyulma risqləri, ABŞ qanunvericiləri tərəfindən anti-Səudiyyə qanunvericilik təşəbbüsləri və digər siyasi çətinliklər qiymətli kağızların Səudiyyə birjasında yerləşdirilməsinə səbəb oldu. Prosesdə əsasən yerli vətəndaşlar, eləcə də Fars körfəzi və Cənub-Şərqi Asiyadan olan investisiya fondları iştirak edib. Amerikalı və britaniyalı sərmayədarlar isə qıraqda qalıb. Qərb mediası bu durumda aktiv şəkildə Qərb pullarının Səudiyyə şirkətinə getməməsinə çağırışlar edib. Bunun fonunda indi Ər-Riyadın "OPEC + Rusiya" neft ittifaqının gələcək fəaliyyəti çərçivəsində düşmənlərinin məntiqinə əsaslanması qəribə olardı.

İkincisi, OPEC+ ittifaqının fəaliyyətində diplomatik nöqsanların, qalmaqalların və çətinliklərin ortaya çıxmasına ümid var idi. Bu onunla bağlı idi ki, Səudiyyə Ərəbistanında neft və Rusiya ilə danışıqlara cavabdeh olan nazir başqası ilə əvəz olunmuşdu. Rusiyaya tərəfdaş olan hər bir ölkədə baş verən siyasi dəyişikliklər isə hər zaman Qərbdəki ekspertlərin və jurnalistlərin müəyyən bir hissəsinə ümid verir: "Ura! Yeni rəhbərlər nəhayət görəcəklər ki, Rusiya ilə dost olmaq və əməkdaşlıq etmək lazım deyil". Əslində isə tərsinə alınır ki, bu da Rusiyanın "ölməsi", iqtisadiyyatının "parama-parça olması" və onun özünün "diplomatik izolyasiyada" olması haqqında "informasiya qabarcığı"nda yaşamağa öyrəşmiş insanları çox təəccübləndirir və kədərləndirir. Nüfuzlu "The Wall Street Journal" nəşri mənbələrinin Vyanadakı görüşdə Rusiya-Səudiyyə Ərəbistanı dialoqunun necə baş tutduğuna dair təəssüratlarından yazır: "Ertəsi gün şahzadə Əbdüləziz ibn Salman OPEC-ə daxil olmayan 10 ölkədən olan istehsalçılarla görüşü dayandırdı ki, rusiyalı həmkarı Aleksandr Novak ilə ikitərəfli görüş keçirsin. OPEC-ın zalında olan mənbələrdən birinin dediyinə görə, bu iki rəsmi Rusiya istehsalı olan qaz kondensatının ixtisar kvotasından azad edilməsi və onun hasilatının Rusiya tərəfindən müstəqil şəkildə qiymətləndirilməsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırdı. Onlar geri qayıdanda gülümsəyirdilər", - mənbə bildirib.

Danışıqların nəticələri birmənalı olaraq Rusiya və digər qeyri- OPEC ölkələri üçün müsbət sayıla bilər. Neft ittifaqının hasilatı sutkada daha 500 min barrel azaltmaq qərarı bir çox analitik üçün sürpriz oldu, lakin bu məntiqli idi. Səudiyyə Ərəbistanı tərəfindən hasilatın könüllü, yəni mövcud paya əlavə ixtisarı gündə 400 min barreldir. Rusiyaya gəldikdə isə, hasilatın əlavə ixtisarı 70 min barrel təşkil edəcək". İvan Danilov qeyd edir ki, məhz bütün bunlar qarşıdakı dövr ərzində neftin qiymətinin yüksək həddə qalmasını, hətta gələn ilin ilk rübündə 80 dolları keçməsini şərtləndirəcək. ABŞ-ın şist neft haslatı ilə buna mane olması isə sadəcə mümkünsüz sayılır: "Neftin bir barrelini 20 dollar dəyərində görmək və bəzi neft ölkələrinin ixracat qazancı ilə bağlı yaşayacağı problemlərdən həzz almaq istəyənlərin son ümidi belə bir tezisə bağlı idi: "Onların ixtisar edə biləcəyi hər şeyi Amerikanın şist şirkətləri hasil edəcək və onlar OPEC-in əlindən bazar payını alaraq neftin qiymətini çökdürəcəklər". Bir tərəfdən belə bir sual verə bilərik: şist nefti belə yaxşıdırsa, nə səbəbdən şist şirkətləri bir-birinin ardınca iflas edir? ABŞ-ın səhm bazarının qalan hissəsinin böyüdüyü və rekord qırdığı bir vaxtda nə səbəbdən bu şirkətlərin səhm və istiqrazlarının qiymətləri aşağı düşür? Digər tərəfdən sözü həmin şirkətlərin özlərinə verib, Texasda, "şist inqilabının" ürəyində yerləşən amerikalı şist şirkətlərinin rəhbərlərinin və səhmdarlarının dediklərinə qulaq asa bilərik.

Kanadanın maliyyə televiziya kanalı "BNN Bloomberg" xəbər verir ki, Texasın neft şirkətləri hazırda şist neftinin istehsalının ciddi zəiflədiyini deyir. Hasilatçılar maliyyə baxımından çətinliklərlə üzləşiblər, onların ehtiyatlarının səviyyəsi aşağı düşüb, şist şirkətlərinin səhm və istiqraz təkliflərinə maraq azalıb. Bu fonda xatırladaq ki, gələn il Vyanadakı OPEC+ qərargahında bir neçə dəfə görüşəcək üzv ölkələrin enerji nazirlərinin simalarında, çox güman ki, təbəssüm üçün əlavə səbəblər olacaq". Ekspert bildirir ki, belə vəziyyətdə qiymətlərin kifayət qədər yuxarı həddə olması da tamamilə gözləniləndir. Təbii ki, bu vəziyyət hasilatçı ölkələrin, o cümlədən Azərbaycanın maraqlarına tam cavab verir. Hesab edilir ki, gələn il ərzində Azərbaycan neft satışından nəzərdə tutulduğundan əlavə daha bir neçə milyard əlavə qazanc götürəcək. Bütün bunlar həm də OPEC+ formatının getdikcə artan uğurunun real təsdiqi sayılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ