Cümə günü, 09 oktyabr 2026
     

Dollar kəskin ucuzlaşacaq, qızılın qiymətində fantastik artım olacaq

Image


ABŞ-da gözlənilən defolt təhlükəsi dünya iqtisadi müstəvisində hazırda ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Çünki defolt olarsa, qlobal iqtisadiyyatda yeni böhranın olma ehtimalı yüksəkdir. Hadisələrin inkişaf axarı ABŞ-da defoltun artıq gələn ay olmasının mümkünlüyünü göstərir.

ABŞ-ın maliyyə naziri Canet Yellen qeyd edir ki, ABŞ-da borc tavanının qaldırılması ətrafında yaranan vəziyyət səbəbindən baş verə biləcək defolt beynəlxalq arenada Vaşinqtonun iqtisadi liderliyinin sonunu gətirəcək: “Defolt ABŞ-ın qlobal iqtisadi liderliyinin sona çatması risqini artırır. O, həmçinin milli təhlükəsizlik sahəsində fəaliyyətimizi də sual altında qoyur”. Defolt ssenarisini faciə adlandıran nazirin sözlərinə görə, bu, milyonlarla amerikalının iş yerlərini və dövlətin vəd verdiyi maliyyə dəstəyini itirməsinə səbəb ola bilər. Qeyd edək ki, bundan əvvəl ölkənin borc limiti 2021-ci ilin dekabrında 2023-cü ilə qədər 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmış və ABŞ-ın defoltunun qarşısı alınmışdı. İndi bu həddə çatıldığından borc həddinin yenidən qaldırılması vacib hesab olunur. Onu da qeyd edək ki, ki, 2001-ci ildən, yəni Əfqanıstan müharibəsindən sonra ABŞ xəzinəsi hər il orta hesabla təxminən 1 trilyon dollarlıq kəsirlə üzləşib. Başqa sözlə, hazırda mövcud olan 32 trilyon dollara qədər borc bir və ya bir neçə ilin içində formalaşmayıb, federal hökumət tərəfindən tarix boyu yığılaraq ödənilməmiş borcların ümumi məbləğini göstərir. Hər dəfə borc tavanı qaldırılmaqla bu məslə həll edilib. İndi də federal borc üzrə defoltun fəlakətli nəticələrə səbəb olacağını vurğulayan prezident Cozef Baydenin administrasiyası ABŞ Konqresini dövlət borcu tavanını qaldırmağa çağırır. Nümayəndələr palatasına nəzarət edən respublikaçılar isə ənənəvi olaraq borc limitinin qaldırılması ideyasına skeptik yanaşır və dövlət xərclərinin ixtisarında israr edir. Onu da qeyd  edək ki, ilk dəfə 1917-ci ildə borc tavanı barədə Konqres tərəfindən qəbul olunan qanun hökumətin fəaliyyətinin müəyyən müddətə qədər maliyyələşməsi üçün Maliyyə Nazirliyinə yeni dövlət istiqrazları çap etməyə imkan vermir. Bu səbəbdən Bayden administrasiyası Konqresi təcili olaraq  31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanını artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası bununla razılaşmır. Ağ Ev xərclərin azaldılmasını müzakirə etməyə hazır olsa da, borc tavanı ilə bağlı respublikaçılarla məsləhətləşməyəcəyini vurğulayıb. Co Bayden etiraf edir ki, Konqres borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, ABŞ-ın defoltu bütün dünyada iqtisadi problemlərə gətirib çıxaracaq: “Əgər borcumuzu yerinə yetirməsək, bütün dünyada problemlər olacaq. Amerikanın etibarlı tərəfdaş kimi zəhmətlə qazandığı reputasiyasının qorunması ilə bağlı çoxlu müzakirələr gedir”. O qeyd edib ki, defolt Amerika iqtisadiyyatı, həm də dünya üçün çox risklidir: “İndi tənəzzülə imkan vermək, milyonlarla iş yerini, Amerikanın dünya səhnəsindəki statusunu riskə atmaq vaxt deyil”. Beynəlxalq Valyuta Fondunun sözçüsü Culya Kozak da ABŞ-ın federal borcunun mümkün defoltunun qlobal iqtisadiyyat üçün çox ciddi nəticələri olacağını söyləyib: "Defolt halında, bizim hesablamalarımıza görə, bu, təkcə ABŞ üçün deyil, həm də qlobal iqtisadiyyat üçün çox ciddi nəticələrə səbəb olacaq”. Bundan əvvəl Ağ Ev ABŞ Xəzinədarlığı və Konqresin Büdcə Bürosunun ölkədəki iqtisadi vəziyyətə dair məlumatları əks etdirən, mümkün defolt halında fəlakətli nəticələri göstərən hesabat dərc edib. Sənəddə bildirilir ki, defolt 8 milyon iş yerinin itirilməsinə, ÜDM-in 6% azalmasına, fond bazarının 45% azalmasına və dolların qlobal iqtisadiyyata təsirinin azalmasına səbəb ola bilər. CNN telekanlı bildirir ki, 66 milyon təqaüdçü, əlilliyi olan amerikalı və digər sosial cəhətdən həssas qrupların üzvləri büdcə ödənişlərində gecikmə riski altındadır. 2 milyondan çox dövlət qulluqçusu və 1,4 milyona yaxın hərbi qulluqçu da maaşlarını vaxtında ala bilməyəcək. Amerikalı analitiklər hesab edirlər ki, ABŞ-da defolt iyun-avqust aylarında baş verə bilər.

Defoltun nəticələrinə gəlincə, bu xüsusda aşağıdakılara xüsusi diqqət edilir. Əvvəla, defolt halında bütövlükdə ABŞ iqtisadiyyatına mənfi təsir göstərən dövlət xərclərinin avtomatik azaldılması baş verəcək. ABŞ ÜDM-də dövlət xərclərinin payı 37%-dir. Dövlət sifarişlərinin payının böyük olduğu bəzi sektorlar, məsələn, müdafiə sənayesi defolt halına çökəcək. Defolt zamanı ABŞ-ın bank sektorunda problemləri daha da dərinləşdirəcək, kreditləşməni ləngitəcək və iqtisadiyyata mənfi təsir edəcək. İqtisadi yavaşlama əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Söhbət burada ilk növbədə neft və metallardan gedir.  Bu halda dolların kəskin ucuzlaşması da gözlənilir. Eyni zamanda  investorlar ABŞ dövlət istiqrazlarından, bankların və sığorta şirkətlərinin səhmlərindən qurtulmağa çalışacaqlar.  Bu halda qızıla yatrımlar yenidən artacaq. Nəticədə qızılın yenidən sürətlə baghalaşması qaçılmaz olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ