Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycanda qiymətlər azalmağa doğru gedəcək, amma idxal məhsulları...

Image


Dünya enerji bazarlarında yenidən yüksək qiymət artımı  müşahidə edilir. Neftin orta satış qiyməti 80 dollarlıq həddi keçib. İstisna edilmir ki, bu gedişlə ilin ilk rübü ərzində qiymət 100 dollarlıq həddə çatacaq. Qazın qyməti də yenidən 1100 dollarlıq həddi keçir.

Hesab edilir ki, enerji məhsullarının qiymət artımı digər istiqamətlər üzrə qiymət artımının davam etməsinə səbəb olacaq. Bunu şərtləndirən daha bir səbəb koronavirus pandemiyasıdır.

BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında da məsələyə qeyd edilən prizmalardan nəzərə salınır. Burada qeyd edilir ki, qlobal iqtisadiyyat 2020-ci ildə 3,4% azaldıqdan sonra 2021-ci ildə 5,5% artıb ki, bu da 1976-cı ildən bəri qeydə alınan ən yüksək artım tempidir. Qeyd olunur ki, ötən il istehsalın bərpasına, əsasən 2020-ci ildə məhdudlaşdırıcı tədbirlər fonunda dayanan ev təsərrüfatlarının xərcləri və investisiyalarının bərpası sayəsində nail olunub. Bildirilir ki, dünya iqtisadiyyatının 2022-ci ildə 4%, 2023-cü ildə isə 3,5% artacağı və 2010-2019-cu illər arasında qeydə alınan tendensiyaya yaxınlaşacağı proqnozlaşdırılır. Hesabatda bildirilir ki, COVID-19-un yüksək ötürücülü "Omikron" variantı yeni yoluxma dalğalarını ortaya çıxarmaqla, pandemiyanın insan və iqtisadi zərərini yenidən artıracaq: "COVID-19-u dayandıra biləcək və peyvəndlərə universal çıxışı ehtiva edən əlaqələndirilmiş və davamlı qlobal yanaşma olmadan, pandemiya dünya iqtisadiyyatının inklüziv və davamlı bərpası üçün ən böyük riski yaratmağa davam edəcək". Qurum bunlar fonunda ölkələr üzrə də qiymət artımının fərqli olacağını bildirib. Bildirilir ki, bu il Azərbaycanda illik inflyasiya 3,8 % səviyyəsində reallaşacaq. Sənədə əsasən, 2023-cü ildə isə Azərbaycanda inflyasiya bir qədər azalaraq 3,1 % səviyyəsində proqnozlaşdırılır. Hesabatda həmçinin qeyd edilib ki, MDB məkanın əksəriyyətində 2021-ci ildə illik inflyasiyanın ikirəqəmli səviyyələrə çatan güclü yüksəlişi müşahidə olunub. İnflyasiyanın yüksəlişi, təchizatın pozulması, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, tələbatın artması və bəzi hallarda keçmişdəki valyuta məzənnəsinin dəyərinin ucuzlaşmasının birləşməsindən qaynaqlanıb. Bu, həm də yüksək inflyasiya gözləntiləri və sürətlənmiş alışlardan irəli gəlir. Hökumətlər inflyasiyaya müxtəlif yollarla cavab veriblər. Region ölkələrindən Qazaxıstan ərzaq qiymətləri təzyiqlərini məhdudlaşdırmaq üçün qiymətlərə nəzarət və ixrac kvotaları tətbiq edib. Rusiya isə qiymət artımlarını məhdudlaşdırmaq üçün ixrac rüsumları, qiymətə nəzarət və istehsalçılarla razılaşmalar tətbiq edilib. 2021-ci ilin sonunda təbii qaz tariflərindəki artımın illik istehlak qiymətlərində ikirəqəmli artıma səbəb olacağı Moldova istisna olmaqla, regionun əksər ölkələrində inflyasiya 2022-ci ildə mülayimləşəcəyi gözlənilir. Pul tənzimləyiciləri, inflyasiya artımına siyasətləri sərtləşdirərək reaksiya veriblər. 2021-ci ildə faiz dərəcələrinin artımı faktiki olaraq bütün ölkələrdə silsilə şəkildə davam edib. Daha sərt pul siyasətinə baxmayaraq, pərakəndə kreditləşmə, xüsusən də ipoteka kreditləşməsi sürətlə artaraq bərpanı dəstəkləyib. Rusiyanın Mərkəzi Bankı, 2021-ci ilin sonunda kreditləşmə artımını cilovlamaq planlarını açıqlayıb: yüksək inflyasiya gözləntiləri ilə bağlı narahatlıqlar fonunda 2022-ci ildə sərt pul siyasətinin davam edəcəyi gözlənilir.

Xatırladaq ki,  Azərbaycan hökuməti 2022-ci ildə inflyasiyanı orta hesabla 4 %, 2023-cü ildə 3,3 %, 2024-cü və 2025-ci ildə isə ildə 3,2 % səviyyəsində proqnozlaşdırır. Amma idxal inflyasiya təhlükəsi qalmaqda davam edəcək. Mütəxəssislərin fikrincə, bundan sonra da dünyada enerji sektorundakı qiymət artımı inflyasiyada əsas drayver rolunu oynayayacaq.  Eləcə də, pandemiyanın səngiməsi ilə karantin rejiminin yumşaldılmasından sonra iqtisadi bərpa ərəfəsində yaranan xammal və hazır məhsul çatışmazlığı da inflyasiyaya təsir edən amillər kimi qeyd edilir. Elə bu, ötən il ərzində dünya ərzaq bazarıda qiymətləri xeyli artırıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatından məlum olurki, 2021-ci ildə dünya ərzaq qiymətləri orta hesabla 28,1% artıb. Bu son illərin ən böyük bahalaşması sayılır. Təkcə taxıl deyil, bütün əsas kənd təsərrüfatı məhsullarının maya dəyəri qalxıb. Ekspertlərin sözlərinə görə, yüksək xərclər, davam edən pandemiya və qeyri-müəyyən iqlim şəraiti səbəbindən 2022-ci ildə qiymətlərin sabitləşməsini gözləməyə dəyməz. Taxıl qiymətləri isə 2012-ci ildən bəri rekord həddə çatıb və 27,2% bahalaşıb. O cümlədən qarğıdalı və buğdanın maya dəyəri müvafiq olaraq 44,1% və 31,3% artıb. 2021-ci ildə dəyəri azalan yeganə məhsul düyü olub və 4% ucuzlaşıb. BMT nəqliyyat xərclərinin artımını istehsalçılar arasında artan rəqabətlə kompensasiya etdiyini bildirib. Digər ərzaq növləri ilə müqayisədə bitki yağları və şəkər daha çox bahalaşıb. Kərə yağının qiymətləri illik müqayisədə rekord həddə 65,8%, şəkərin qiyməti isə 37,5%   artıb. Süd məhsulları 16,9%, ət məhsulları 12,7% bahalaşıb. Ən çox bahalaşma qoyun ətində, ardınca mal əti və toyuq ətində müşahidə edilib. Dünya iqtisadiyyatında istiqamətləndirici rola malik olan ölkələrdə inflyasiya göstəriciləri son onilliklərin maksimumu həddindədir.  Bu səbəbdən Azərbaycan idxal inflyasiyasına qarşı mübarizəni daha gərgin müstəvidə davam etdirməli olacaq.

Ramil QULİYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ