çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Türkmənistan, İsrail, İran, İraq qazını da Avropaya Azərbaycanın çatdırması aktuallaşır...

Image


Avropada təbii qazın qiyməti rekord həddə bahalaşmaqda davam edir. Qiymətlər artıq min kubmetr üçün 800 dollara yaxınlaşmaqdadır. Belə ki, Niderlanddakı TTF habı üzrə qazın oktyabr sövdələşmələrinin qiyməti 1000 kubmetr üçün 772,5  dollara çatıb. Bu gedişlə sentyabrın sonuna kimi qiymətlərin 1000 dollara çatması istisna olunmur.

Artıq bəlli olduğu kimi, yüksək qiymətlər Azərbaycan kimi Avropaya qaz nəql edən ölkələr üçün sərfəlidir. Amma məsələnin ölkəmiz üçün daha bir üstünlüyü də var. Bu da Azərbaycan vasitəsilə Avropaya qaz çatdırmaq istəyən ölkələrlə bağlıdır. Söhbət, təbii ki, ilk olaraq Türkmənistandan gedir. Avropada yüksək qiymətlər türkmən tərəfini öz qazını Azərbaycan vasitəsilə Avropaya nəql etməyə daha çox həvəsləndirir. Qeyd edək ki, nəhəng qaz ehtiyatlarına malik Türkmənistan müstəqilliyini bəyan etdikdən sonra Qərb üçün böyük maraq kəsb edən bir dövlətə çevrilib. Türkmənistanda hasil edilən qazın böyük hissəsi Sovet İttifaqı zamanında inşa edilmiş Orta Asiya-Mərkəz qaz boru kəməri ilə Rusiyaya çatdırılır, oradan isə əsas alıcı “Qazprom” şirkəti tərəfindən Avropaya ixrac edilirdi. Yeni müstəqillik dövründə də bir müddət türkmən qazı “Qazprom” tərəfindən alındı. Lakin sonradan qiymət üzündən bu sövdələşmə dayanıb. Türkmən qazının az hissəsi də 90-cı illərin sonlarında İran ərazisinə çəkilmiş qaz kəməri ilə ixrac edilib. Lakin artıq bu da dayanıb. İndi türkmən qazı Çin istiqamətində inşa edilən və ildə 30 milyard kubmetr türkmən qazını bu ölkəyə nəql edən boru kəməri ilə xaricə satılır. Amma bu, xaricə qaz satışı üçün yeganə bazardır. Nəhəng qaz ehtiyatları fonunda Çin türkmən qazı üçün yetərli bazar deyil.

Hələ ötən əsrin 90-cı illərində ABŞ-ın dəstəyi ilə Türkmənistanda hasil edilən təbii qazın Türkiyəyə ixrac edilməsi məqsədilə “Transxəzər “qaz boru kəməri layihəsi gündəmə gətirilib. Amma layihə uzun illər Xəzərin hüquqi statusu, Azərbaycan və Türkmənistan arasında yaranan fikir ayrılıqları səbəbindən həyata keçməyib. Nəhayət illər sonra Xəzərin hüquqi statusu həllini tapıb, Azərbaycan və Türkmənistan arasında problemlər də çözülüb. "Dostluq" yatağı bunun real nümunəsidir.

Qeyd edək ki, əvvəllər mübahisəli olan və Xəzərdə ən iri neft yataqlarından olan “Kəpəz” (Türkmənistan variantında “Sərdar”) məsələsi artıq uğurla həll edilib. Onun  adı "Dostluq" olaraq dəyişdirilib. Müxtəlif mənbələrin məlumatına əsasən, bu yataqda ən azı 30 milyard kubmetr təbii qaz və kommersiya nefti mövcuddur ki, bu da Azərbaycan və Türkmənistan tərəfindən birgə hasil edilələcək. İki ölkənin dəniz sərhədində yerləşən yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geoloji-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həllinə etibarlı zəmin yaradıb. Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov qeyd edir ki, Azərbaycanın Türkmənistanla sərhədində yerləşən “Dostluq” yatağında 3-5 il sonra hasilat başlaya bilər: "Hesab edirəm ki, tərəflər (Azərbaycan və Türkmənistan) arasında yekun razılaşmanın imzalanmasından 3-5 il sonra hasilat başlayacaq". O vurğulayıb ki, bundan başqa, “Abşeron”, “Ümid-Babək”, “Qarabağ”, “Şəfəq-Asiman” yataqları və digərləri hazırda müxtəlif inkişaf mərhələlərindədir: “Gözlənilən bazar tələbatına əsaslanaraq bu sahələr üçün planlar hazırlayırıq”. Qeyd edək ki, bu qaz yataqlarının 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olduğu güman edilir. Yəni Azərbaycan uzun illər təkbaşına Avropaya qaz nəql edə biləcək. Lakin Avropada yüksək qiymətlər Türkmənistanı da öz qazını Azərbaycan vasitəsilə Avropaya çatdırmağa həvəsləndirir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”  imzalandıqdan sonra Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli daha asan hala gəlib. İndi İsrail qazı üçün də bu mümkün sayılır. İsrailin Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinin “Cənub Qaz Dəhlizi” ilə Avropaya nəqli mümkün hesab edilir. Beləliklə, Azərbaycanın böyük paya sahib olduğu “Cənub Qaz Dəhlizi” vasitəsilə Şərqi Aralıq dənizindən hasil edilən qaz da Avropaya çatdırılacaq. Bundan əvvəl də İsrail öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlı olduğunu bəyan edib. Rəsmi Təl-Əviv bildirir ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. Bu ölkə Türkiyə ərazisindən keçən Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazını Avropaya nəql etməkdə maraqlıdır.

İsrail indiyədək 1 trilyon kubmetr təbii qaz ehtiyatı kəşf edib. Dənizdə əlavə 2,2 trilyon kubmetr ehtiyat olduğu təxmin edilir. Beləliklə, bir neçə il ərzində İsrailin ümumilikdə 3 trilyon kubmetr təbii qaz ehtiyatı olacaq. Bu həcmdə təbii qaz İsrailin öz istehlakından çoxdur və bunu nəzərə alaraq, ölkə qazın ixracını planlaşdırır. Bu təbii qazın da Avropaya Azərbaycan, Türkiyə vasitəsilə nəqli əsas seçimlər arasındadır. Burada xatırladaq ki, ABŞ da Avropa üçün Rusiya qazına alternativ variant kimi İsrail qazını təklif edir. Hazırda İsrail qazını Misirə və İordaniyaya nəql edən boru kəməri fəaliyyət göstərir. Bu qazın potensial olaraq Avropaya da nəql edilməsi ABŞ üçün də maraqlıdır. Bunun üçün isə “Cənub Qaz Dəhlizi”ndən istifadə mümkündür. Ekspertlər bildirir ki, gələcəkdə İran, İraq kimi ölkələr də öz təbii qazını Azərbaycanın infrastrukturu ilə Avropaya nəql edə bilər. Bakı bunun üçün lazımı şərait yaratmağa hazır olduğunu artıq bəyan edib.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ