Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycanın bank kredit bazarında çoxillik ağır problem – uçot dərəcəsinin faizlərə dəxli olmur…

Image


Məlumdur ki, mərkəzi bankların uçot dərəcəsini azaldıb-artırması kredit faizlərinə təsir edən əsas faktorlardan biridir. Dünya praktikasında bunun çoxsaylı nümunələrinə rast gəlmək mümkündür. Lakin Azərbaycanda qeyd edilən istiqamətdə yürüdülən siyasət hələ ki, kredit faizlərinə hansısa ciddi təsir göstərmir.

Halbuki, dünya praktikasında vəziyyət fərqlidir. Məsələn, Qərb ölkələrində baş bankların uçot dərəcəsini azaldıb-artırmasından asılı olaraq bankların əmanətlər və kredit üzrə faiz dərəcələrində dəyişikliklər qeydə alınır. Burada baş bank uçot dərəcəsini endirdikdə, bunun təsiri ilə avtomatik olaraq kommersiya bankları da kredit faizlərini azaldır, nəticədə müxtəlif sektorlar üzrə kreditləşmə artır, bank əmanətlərinə isə maraq azalır. Kredit faizlərinin aşağı düşməsi nəticəsində insanların kredit əlçatanlığının olması və əllərində maliyyə vəsaitinin toplanması səbəbilə ölkədə infyasiyanın yüksəlməsi təmin edilir. Bank əmanətlərinə maraq azaldığı üçün banklar da əmanətlər üzrə faiz dərəcələrini aşağı salırlar. Əksinə olaraq banklar əmanətlər üzrə dərəcələri qaldırdıqda isə əhali və şirkətlər kredit götürməyə deyil, banklarda əmanət yerləşdirməyə üstünlük verirlər.

Hazırda bir sıra ölkələrdə,xüsusən MDB məkanında əmanətlər üzrə bank faizlərinin azalmasının müşahidə edilir. Bununla banklar kreditləşməni artırıb iqtisadi inkişafa nail olmağa çalışır. İndi fikirlər səslənir ki,Azərbaycan da eyni təcrübədən istifadə etməlidir.  Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bu xüsusda bildirir ki,Azərbaycanda banklara qoyulan əmanət faizləri aşağı salınmalıdır. O, “sputnik” portalına açıqlamsında məsələyə  əmanətlərin sığortalanması prizmasından yanaşıb. Ekspert bildirib ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib: "Bu, kifayət qədər yüksək faizdir, xüsusən milli valyutada. Bu da kredit faizlərinin aşağı salınmasına mane olur. Yəni banklar 12 faizlə əmanət qəbul edirsə, onlar öz növbəsində aşağı faizlə kredit verə bilməyəcəklər. Bu baxımdan əmanət faizlərinin tədricən aşağı salınmasının tərəfdarıyam. Bundan çəkinmək lazım deyil. Kimin bankda əmanət saxlamaq fikri varsa, onsuz da saxlayacaq".

O bildirib ki, hazırda Azərbaycanda əmanətlərin həcmində cüzi artım var, pandemiya dövrü olmasa idi, bu, daha çox ola bilərdi: "Pandemiya dövründə banka əmanət qoymaq bir az çətinləşib. Pandemiya dövrü olmasına baxmayaraq əmanətin qoyulmasında vəziyyət qənaətbəxşdir. Ən azından bu sahədə pisləşmə yoxdur".Əmanətlərin sığortalanması ilə bağlı strategiyadan danışan ekspert bildirib ki, artıq ölkədə əmanətlərin sığortalanması ilə bağlı strategiya müəyyənləşib: "Son 2 ildə əmanətlərin sığortalanması ilə bağlı qeyri-müəyyənlik var idi. "Əmanətlərin tam sığortalanması haqqında" qanun 4 mart 2016-cı ildə 3 il müddətinə qəbul edilmişdi. Lakin 2019-cu ildə bununla bağlı heç bir qərar verilmədi. Sonra isə bu qanunun qüvvədə olma müddətini 2020-ci ilin sonunadək uzatdılar. Yəni 2019-cu ilin martın 4-dən 2020-ci ilin dekabrınadək əmanətlərin sığortalanmasının necə olacağı ilə bağlı qeyri-müəyyənlik oldu. Əmanətçilər bilmirdilər ki, həmin dövr bitəndən sonra əmanətlər necə sığortalanacaq. Nəhayət, bu il aprelin 5-dən etibarən "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvədən düşdü və artıq əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" qanunla tənzimlənir".

O bildirib ki, bununla da əmanətlərin tam sığortalanması sistemi ləğv edildi: "Edilən dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) çatdırılıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilib. Əmanətlərin sığortalanması məsələsini bu ilin aprel ayından qanun tam müəyyən edib və heç bir müddət məhdudiyyəti də qoyulmayıb. Bu məsələ artıq həllini tapıb. Lakin burada bir məsələ var. Niyə adi vətəndaşın bir bankda pulu 100 min manatadək sığortalıdır, amma fərdi sahibkarın cəmi 20 min manatadək. Halbuki adi vətəndaş ondan faiz qazanır, sahibkar isə o puldan faiz qazanmır. Bu, sahibkarın bankdakı cari dövrü vəsaitidir. Hesab edirəm ki, ən azından bu məsələdə bərabərlik olmalıdır, yəni sahibkarın da bankdakı pulu 100 min manatadək sığortalanmalıdır". Onu da bildirək ki, Azərbaycan banklarında manat əmanətlərinin həcmi kəskin artıb. Bu ilin iyunun 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 milyard 635 milyon manat təşkil edib. Əmanətlərin 54,9%-i yerli valyutadadır və bu 4 milyard  741 milyon manata bərabərdir. Manatla olan əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artıb, xarici valyutadakı əmanətlərin həcmi isə 5,8% azalaraq 3 milyard 894 milyon manata enib. Beləliklə, əmanətlərinin dollarlaşma səviyyəsi 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqdadır. Mərkəzi Bank bildirib ki, dollarlaşmanın azalması davam edir və fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub.

Yuxarıda qeyd olunduğu kimi isə Azərbaycanda uçot dərəcəsi əmanətlərin və kreditlərin faiz dərəcələrinə təsir göstərmir. Ölkədə uçot dərəcəsinin 15%, həmçinin 2% olduğu vaxt olub. Bu vaxtlarda nə əmanət faizi dəyişib, nə də kredit faizi. Odur ki, Azərbaycanda uçot dərəcəsinin aşağı salınması bankların əmanət faizlərinə təsir göstərmir. Çünki ölkədə hələ də  banklar əmanətlərdən kredit vermək üçün resurs kimi istifadə edir. Bank əmanəti əhalidən və ya şirkətlərdən alır və kreditə çevirib yenidən əhaliyə və ya şirkətlərə verir. Amma əksər xarici ölkədə  uçot dərəcələri aşağı salınan kimi bankın əmanətə marağı azalır. Azərbaycanda da bu praktikanın tətəbiqi vacib hesab edilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ