Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan qazı üçün Avropada çəkilən kəmərlərin sayı artır

Image


Aparılan hesablamalar göstərir ki, cari ildə “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP ilə Avropaya 2,3 milyard kubmetr təbii qaz ixrac edilib. Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanıb. Lakin Avropada baş verənlər bu kəmərlə daha çox qaz nəqlini istisna etmir.

Energetika məsələləri üzrə rus ekspert Sergey Savçuk bunu belə şərh edir: “Hollandiya tərəfinin verdiyi rəsmi məlumata görə, artıq bu ilin yay aylarında Qroninhen hövzəsi daxilində təbii qaz istehsalı tamamilə dayandırılacaq. Başqa sözlə, Hollandiyanın şimalından tədarük olunan 25 milyard kubmetr qaz əldən çıxacaq. Belə böyük qaz həcmini yalnız bir şərtlə əvəzləmək mümkündür – digər mənbələrdən qaz idxalı ilə”. Ekspert bildirir ki, Ukrayna tranziti də daxil olmaqla, Rusiyadan qaz tədarükünü saxlamaq və artırmaq və digər mənbələrdən qaz alışı ilə Avropa mavi yanacağa tələbini ödəyə bilər: “2021-ci ilin iyun ayındayıq, anomal temperaturun müşahidə olunmadığı adi yay fəslidir. Bununla belə, Avropada təbii qazın qiyməti sabit şəkildə min kubmetr üçün 300 dollardan aşağı düşmür. Bu rekord olmasa da, kifayət qədər yüksək rəqəmdir. Oktyabrın 15-də Avropada növbəti istilik mövsümü başlayanda mavi yanacağın qiymətinin nə qədər olacağını proqnozlaşdırmağa heç kim cəsarət eləmir, ancaq mütəxəssislər bu fikirdədir ki, dünya iqtisadiyyatının pandemiyadan sonrakı bərpa ilində qiymətlər kifayət qədər yüksək olacaq. Avropa bazarı bununla daha cəlbedici olacaq”. Məhz belə bir vaxtda o da bəlli olub ki, Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikinti işləri də 2021-ci ilin sonuna qədər razılaşdırılmış müddətdə başa çatdırılacaq. Bolqarıstanın energetika naziri Andrey Jivkov boru kəmərinin Bolqarıstan-Yunanıstan sərhədində yerləşən Lozenqratsı kəndində aparılan inşaat işləri ilə tanışlığı zamanı bildirib ki, boru kəmərinin sərhəd bölgəsində yerləşən Lozenqratsı kəndindən keçən hissəsi də artıq inşa edilir: “Bura ümumi uzunluğu 182 km olan bütün boru kəməri marşrutunun ən çətin və mürəkkəb hissəsidir. Sərt geologiya, dik dağ yamacları və sıx meşə sahələri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun mürəkkəb hissəsində işi uğurla başa çatdırmaq üçün inşaat qruplarının çox qısa zamanda yerinə yetirməli olduqları təbii problemlərdən yalnız bir neçəsidir”. Podratçı şirkət isə naziri əmin edib ki, bu tip dağlıq ərazilərdə uyğun tikintinin aparılması üçün ən yaxşı qaynaq qruplarını, çoxlu sayda xüsusi ağır texnikanı və bu sahədə uzun illər təcrübəsi olan mütəxəssis idarəetmə heyətini səfərbər edib. Belə ki, bugünə qədər birləşdirici marşrut tamamilə təmizlənib, çatdırılan boruların 90 %-dən çoxu gələcək fəaliyyətlərə hazırlamaq üçün sahələrə yerləşdirilib. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun bütün 182 kilometrlik yolunun qaynaqlanmasına 30 km-dən az qalır. Mürəkkəb coğrafi ərazi nəzərə alınmaqla qaynaq prosesi sürətlə davam edir. Xatırladaq ki, interkonnektorun inşası üçün müqavilə 2019-cu ilin son rübündə imzalanıb. Ancaq bütün dünyanı bürümüş koronavirus pandemiyasının yayılması üzündən əsas tikintinin həyata keçirilməsi daha yavaş templə aparıldığından, müqavilənin müddəti uzadılıb və inşaat işlərinin tamamlanması 2021-ci ilin sonuna təyin edilib. Tikinti işləri uğurla başa çatdıqdan sonra kommersiya istismarına başlamazdan əvvəl bütün qanuni prosedurlar, lisenziyaların verilməsi, qaz boru kəmərinin sınanması və sertifikatlaşdırılması üçün 4-6 ay müddət tələb olunur. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun kommersiya əməliyyatının 2022-ci il iyulun 1-dən gec olmayaraq baş tutacağı nəzərdə tutulur. Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının ikinci mərhələdə istismarı çərçivəsində hasil edilən mavi yanacağın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. Bu fonda digər Avropa ölkələri üçün də Azərbaycandan daha çox qaz almaq prioritet məsələlərdən birinə çevrilib. Belə ki, Avropa İnvestisiya Bankı Serbiyaya Bolqarıstanın qaz paylama sistemi ilə birləşdiriləcək Nis-Dimitrovqrad boru kəmərinin inşası üçün 25 milyon avro kredit ayırıb. Adıçəkilən kəmər TAP ilə nəql edilən qazın da Serbiyaya çatmasına şərait yaradacaq. Serbiyanın infrastruktur naziri Zorana Mihajloviç bu xüsusda bildirir: “2023-cü ildə işə düşəcək və bu il inşasına başlanacaq Nis-Dimitrovgrad qaz kəməri Serbiyaya digər tədarükçülərdən - Yunanıstandakı LNG terminallarından, “Cənub Qaz Dəhlizi” nin bir hissəsi olan TAP və TANAP kəmərlərindən təbii qaz tədarük etməyə imkan verəcək”. Özü də Azərbaycanın Avropaya daha çox qaz nəql etməsi ABŞ-ın da maraq dairəsindədir. ABŞ dövlət katibi Entoni Blinken də bildirir ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji diversifikasiyasına əhəmiyyətli töhfələr verir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ