şənbə günü, 03 oktyabr 2026
     

Bankların problemli kreditlər düyünü yenidən qabarır...

Image


Bank sektoru üçün ciddi təhdid mənbəyi hesab edilən problemli kreditlərlə bağlı vəziyyət yenidən kəskinləşir. Hər halda, açıqlanan rəsmi məlumatlar da bunu təsdiq edir. Həmin məlumatlardan belə bəlli olur ki, Azərbaycanda problemli kreditlərin həcmi son dönəmlər hər ay artmağa davam edir.

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918.2 milyon manat təşkil edib. Mərkəzi Bankdan verilən məlumata görə, bu da son bir ayda 0.1 faiz artım deməkdir. Qurum bildirir ki, bu göstərici ilin əvvəlindən 2.8 faiz artıb. Buna səbəb kimi milli valyutada olan uzunmüddətli vaxtı keçmiş kreditlərin 0.94 faiz artmaqla 575.7 milyon manata yüksəlməsi göstərilir. Halbuki, Prezident İlham Əliyevin 2019-cu ilin fevralında fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərmanı onun azalmasına səbəb olmuşdu. Həmin fərmanla 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödənildi. Onda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verildiyi açıqlandı. Beləliklə, 2019-cu ilin sonuna ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273.1 milyon manata qədər azalmışdı. Halbuki, bu məbləğ devalvasiyalardan sonra 1.8 milyard manata qədər yüksəlmişdi.

Amma indi Azərbaycanda problemli kreditlərin yenidən artması müşahidə edilir. Bunun ilk səbəbi odur ki, kreditlərin faizi çox yüksəkdir. Bank sistemində kredit faizləri yüksək olduğu üçün sahibkarlar və fiziki şəxslər onu vaxtında qaytara bilmir. Bununla da problemli kreditlərin həcmi artır. Bir vaxt onların miqdarı azalmaya doğru getmişdi, amma indi yenə artım var. Ekspertlər qeyd edir ki, əmanətlərin faizi də burada rol oynayır. Məlumdur ki, bank vəsaitinin üç mənbəyi var. Bunlardan birincisi vətəndaşların depozitləri və əmanətləridir. İkincisi Mərkəzi Bankdan müəyyən məbləğdə götürülmüş kreditlər, üçüncüsü isə beynəlxalq maliyyə qurumlardan götürülmüş vəsaitlərdir. Amma indiki halda bir çox bankların vəsaitlərinin 80-90 faizi məhz vətəndaşların əmanətləridir. Əmanətlərin faizi yüksək olanda da kredit faizləri yüksək olur. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, problemli kreditlərin həcminin artması koronavirus pandemiyası ilə əlaqədardır: "Bu yalnız Azərbaycanda deyil, bütün dünyada problemli kreditlər artan xətlə gedir".  Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ildə verdiyi fərmanla problemli kreditlər azalmağa doğru getdi, amma 2020-ci ildə başlayan pandemiya vətəndaşların və sahibkarların kreditlərinin həcmini artırdı. Onun sözlərin görə, ötən ilin aprelində Mərkəzi Bank banklara tövsiyə edib ki, pandemiya ilə bağlı sentyabrın axırına qədər sadə vətəndaşların, sahibkarların gecikdirdiyi kreditləri problemli kredit kimi tanımasın və cərimə hesablamasın: "Daha sonra Mərkəzi Bank bu moratoriumun müddətini bu ilin əvvəlinədək uzatdı. İndiki problemli kreditlər, əslində, keçən il əmələ gəlib. Sadəcə, banklar Mərkəzi Bankın tövsiyəsinə uyğun bunları problemli kredit kimi tanımırdı. Amma bu il Mərkəzi Bank müddəti artırmadı və banklar yavaş-yavaş başlayıblar problemli kreditləri tanımağa". Ekspert vurğulayıb ki, bu çox ciddi problemdir: "Çünki pandemiya ilə əlaqədar kimsə iş yerini itirdi, kiminsə maaşı, sahibkarların gəlirləri azaldı. Turizm sahəsində, ümumiyyətlə gəlir yoxdur. Təbii ki, onlar kreditləri qaytara bilmir". O bildirib ki, ötən ilin aprelində dövlət müəyyən tədbirlər planı tutdu: "Amma görünən odur ki, bu kifayət deyil". Ekspert ümid edir ki, pandemiyadan sonra dövlət bu məsələ ilə bağlı müəyyən güzəştlər tətbiq edəcək: "Bütün məsələləri tam müşahidə edəndən, məbləği tam müəyyən edəndən sonra ən çox ziyan çəkənlərə, ən aztəminatlılara və bank sisteminə, yəqin ki, kömək ediləcək".

İndilikdə isə görünən budur ki, ölkənin bank sektorunda tədricən yeni kredit böhranı yaranır. Banklara olan borcların portfelinin artması həm əhalinin vəziyyətinin pisləşməsinə, həm də banklarda müəyyən qədər inkişafa mane olur. Araşdırmalar göstərir ki, Azərbaycanda problemli kreditlər yenə daha çox istehlak kreditlərinin hesabına artır. İstehlak kredit faizlərinin biznes kreditlərə baxanda daha yüksək olması, qazanılma müddəti və prosedurunun nisbətən asan olması bu sahəyə daha çox bankları meylləndirir. Bu hal da nəticə etibarı ilə problemli kreditlərin miqdarının artımına gətirib çıxarır. Dövlət bankların istehlak kreditləri əvəzinə real sektora daha çox vəsait ayırmasını gözləsə də, hələ də əks vəziyyət müşahidə olunur. Elə bu səbəbdən məsələnin həlli üçün müəyyən radikal addımların atılması vacibdir. Hesab edilir ki, Mərkəzi Bankın istehlak kreditləri üzrə ehtiyat normasına yenidən baxması və bu norma ilə bağlı şərtləri daha da ağırlaşdırması məqsədəuyğundur. Bankların faiz dərəcələrini azaltması və çox sayda real sektora yönəlik kreditlər verməsi olduqca vacibdir.

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ