Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dolların dünya hegemonluğuna son qoyulur... ABŞ tarixin ən böyük büdcə kəsiri qarşısında…

Image


Dünya iqtisadiyyatı üçün pandemiya təhdidinin böyüməkdə davam etdiyi bir vaxtda ABŞ dolları ilə bağlı da vəziyyət dəyişir. Xüsusən ABŞ-da yaşanan iqtisadi çətinliklər fonunda dolların mövqeyinin sarsılacağına dair xəbərdarlıqlar artır. Hadisələrin inkişafı isə ABŞ-ın iqtisadi müstəvidə ciddi çətinliklər yaşamaqda olduğunu və bunun da dollara təsirsiz ötüşmədiyini göstərir.

Qeyd edək ki, ABŞ-da maliyyə sahəsində vəziyyət sürətlə pisləşir. Hətta bu ilin iyun ayında ABŞ-ın 864 milyard dollar həcmində tarixin ən böyük aylıq federal büdcə kəsiri qeydə alınıb. Maliyyə Departamentinin açıqlamasına görə, bunun səbəbi koronavirus pandemiyasının yaratdığı resessiya üzündən milyonlarla iş yerinin bağlanması və nəticə olaraq büdcə mədaxilinin kəskin azalmasıdır. Bundan əvvəlki ən yüksək federal büdcə kəsiri 738 milyard dollar həcmində aprel ayında qeydə alınmışdı. Bununla yanaşı, oktyabrın 1-də başlayan hazırkı maliyyə ilinin ilk 9 ayında qeydə alınmış 2,74 trilyon dollarlıq büdcə kəsiri də sözügedən müddət üçün rekorddur. Konqres Büdcə Ofisinin proqnozuna görə, il ərzində büdcə kəsirinin 3,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir. İllik büdcə kəsirinin 2009-cu ildə qeydə alınmış 1,4 trilyon dollar həcmindəki əvvəlki rekord göstəricisi hökumətin 2008-ci ilin maliyyə böhranından doğan resessiyanın nəticələrini aradan qaldırmaq üçün gördüyü təcili tədbirlərin nəticəsidir.

İyun ayının rekord büdcə kəsirini ortaya çıxaran amillər arasında hökumətin həyata keçirdiyi bir sıra yardım proqramları, o cümlədən işsizlik müavinətlərinə hər həftə sakinlər üçün 600 dollarlıq əlavə ödənişlər, sahibkarlara işçilərini saxlamaları üçün dəstək tədbirlərini ehtiva edən Əməkhaqqının Qorunması Proqramı göstərilir. Belə ki, iyun ayında həmin proqrama 511 milyard dolların sərf olunduğu bildirilir. Bu halda keçmiş maliyyə naziri Henri Polson dövlət borcunun və büdcə kəsirinin ifrat artması nəticəsində ABŞ dollarının dünyada əsas ehtiyat valyutası statusundan məhrum ola biləcəyini bildirib. O xatırladır ki, ABŞ-ın dövlət borcu rekord həddə çataraq 26 trilyon dolları ötüb. Təkcə may ayı ərzində ölkənin dövlət borcu 1 trilyon dollar artıb. Henri Polson bildirib ki, dövlət borcunun belə nəzarətsiz şəkildə artması ABŞ dollarının dünyanın əsas ehtiyat valyutası statusunu sarsıda bilən daha bir faktordur. Rusiyanın Hesablama Palatasının rəhbəri Aleksey Kudrin də bu mövqeni bölüşür:"ABŞ-ın dövlət borcunun artması dollar və inkişaf etməkdə olan bazarların valyutaları üçün risq təhlükəsi yarada bilər. Təkcə ilin əvvəlindən ABŞ-ın dövlət borcu ÜDM-in 108%-dən 123%-nə qədər artıb. ABŞ üçün bu kritik deyil, lakin tendensiya əhəmiyyətli dərəcədə dəyişməzsə, dollar və dünya bazarı üçün təhlükə yarana bilər". Kudrin əlavə edib ki, inkişaf etmiş ölkələrin təminat səviyyəsi və bazar sabitliyi nəzərə alınaraq, onlar bu borcları cəsarətlə cəlb edib:"Lakin bir daha deyirəm, bu tendensiya davam edərsə, inkişaf etməkdə olan bazarlar da risqlərə məruz qalacaq, çünki biz onlarla çox bağlıyıq".  Kudrin onu da bildirib ki, 2020-ci ilin əvvəlində ümumi dünya borcu qlobal ÜDM-in 322%-nə çatıb. Sözügedən borcun həcmi 2008-2009-cu illərdən bəri 40% artıb. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ABŞ-ın dövlət borcu 2020-ci ildə ölkə ÜDM-nin 131,1%-dək artacaq.  ABŞ-ın Federal Ehtiyatlar Sisteminin proqnozuna əsasən, bu il ölkə iqtisadiyyatı 6,5% azalacaq. Bu da dollara təsirsiz ötüşmür.

Belə vəziyyətdə ABŞ-ın digər dünya ölkələri, xüsusən də Çin və Avropa ilə ticarət sahəsində kəskinləşən münasibətləri dollara qarşı onların yeni gedişinə səbəb olur. Rəsmi Pekin də qlobal iqtisadiyyatdakı risqlərdən qaçmaq üçün maliyyə bazasını dollardan qızıla çevirir. Çin bu istiqamətdə təkcə cari ilin ötən dövründə 500 milyon dollarlıq qızıl alıb. Çin Dövlət Valyuta İdarəsi bildirib ki, ölkənin Mərkəzi Bankı 79 milyard dollar olan qızıl aktivlərini artıq 79 milyard 498 milyon dollara çatdırıb. Mütəxəssislər Çinin bu addımı ABŞ-la yaşanan ticari gərginliyə görə atdığını deyir. Vuhan Universiteti Maliyyə və Qiymətli kağızlar İnstitutunun direktoru Donq Denqksin qeyd edir ki, qlobal sistemdə hegemoniya qurmağa çalışan ABŞ-ın etibarlılığı azalır. Bunun nəticəsində bir çox dünya ölkələri maliyyə bazasını dollarla saxlamağa çəkinir. Buraya Yaponiya, Hindistan və Almaniya kimi ölkələr də daxildir. Ekspertlər hesab edir ki, Avropa İttifaqı, Çin, Rusiya, Hindistan, Türkiyə  kimi böyük ölkələr və iqtisadi güc sahiblərinin dollara qarşı indiki fəaliyyəti davam edərsə, ABŞ valyutasının hegemonluğuna son qoyulması qaçılmaz olacaq. Əslində, dünya ticarətində dolların payının getdikcə azalması artıq bu prosesin başlandığını göstərir.  Digər tərəfdən bəllidir ki, hazırda ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdə qərarlaşıb. Ölkənin virusdan iqtisadi müstəvidə də böyük zərər görməsinin davam edəcəyi proqnozlaşdırılır. Məhz bu fonda iqtisadiyyat sürətlə zəifləyir və buna paralel olaraq da dollara etimad azalır. Belə vəziyyətdə hesab edilir ki, Azərbaycan da, digər ölkələr kimi, bu gedişlə valyuta ehtiyatlarında dolların payını azaltmalı olacaq. Xatırladaq ki, ölkəmiz son dövrlərdə dollar ehtiyatının bir hissəsini qızıla çevirib və bu prosesin daha da genişlənməsi gözlənir. 

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ