Cümə axşamı günü, 15 oktyabr 2026
     

Neftin qiymətində sıçrayış gözlənilir - böyük hasilatçıların razılığına bağlı...

Image


Yaxın tezlikdə dünya neft bazarında qiymətlərlə bağlı mühüm dəyişikliklər yaşanması proqnozlaşdırılır. Məsələ burasındadır ki, OPEC+ formatından kənar hasilatçı ölkələr, o cümlədən ABŞ neft istehsalını məhdudlaşdırmağa hazır olduğunu bildirir. Buna qədər böyük istehsalçılardan biri olan Rusiya bildirirdi ki, hasilatı azaltmağa hazırdır, amma bir şərtlə ki, ABŞ da analoji addımlar atsın. “Bloomberg” agentliyi bildirir ki, bu halda Kreml gündəlik neft hasilatını 1,5 milyon barrel ixtisar edə bilər. Agentlik Səudiyyə Ərəbistanının da ABŞ-ın hasilatı azaltmağa razılaşmasını gözlədiyini yazır. Ağ Evin rəhbəri Donald Tramp artıq  bu istiqamətdə mühüm açıqlama verib: “ABŞ, lazım gələrsə, gələcəkdə neft hasilatını azaltmaq barədə qərar qəbul edə bilər”. Tramp belə bir qərar üçün müraciətin edilmədiyini də qeyd edib: “Bunun avtomatik olaraq baş verəcəyinə inanıram. Çünki bazarda, sadəcə olaraq, tələb yoxdur”. İraqın neft naziri Tamer əl-Qadban bildirib ki, ABŞ neft hasilatını azaltsa, qiymətlər böyük sürətlə yüksələcək. O vurğulayıb ki, İraq qlobal bazarda neft tədarükünün azalması üçün OPEC və qeyri-OPEC ölkələri arasında yeni sazişin əldə olunması imkanlarına optimist yanaşır. İraq naziri qeyd edib ki, istənilən yeni saziş üçün əvvəlki OPEC+ sazişində iştirak etməyən ABŞ, Kanada və Norveç kimi əsas neft hasilatçılarının dəstəyi vacibdir.

İndi hesab edilir ki, ABŞ-ın prosesə müsbət yanaşması neft qiymətlərini sürətlə yüksəldəcək. Bu xəbərlər fonunda artıq Londonun ICE  birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1 dollar artaraq 34,05 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,87 dollar bahalaşaraq 26,95 dollar təşkil edib. Azərbaycan nefti də yenidən bahalaşaraq  27 dollarlıq həddə çatır. Amma bahalaşmanın davam edəcəyi, hətta ayın sonuna kimi 60 dollarlıq həddə çatacağı proqnozlaşdırılır. Bunu neft məsələləri üzrə rus ekspert İvan Danilov da xüsusi vurğulayır.  O, məsələ ilə bağlı bildirir: “Donald Trampın açıqlamaları ABŞ-ın dünya neft bazarında qiymətlərdən ciddi narahat olduğunu və bahalaşma istədiyini göstərir. Bundan başqa, Tramp ABŞ-da iş yerlərinin xilası naminə neft idxalına (yəqin ki, Səudiyyə Ərəbistanı və Rusiyadan gələn neftə) qarşı rüsum tətbiq etməyə hazır olduğunu da deyib. Lakin o, eyni zamanda, hasilatın gündə 10 milyon barrel ixtisarına dair "əsrin sövdələşməsi" ehtimalını istisna etməyib.

Amerikalı liderin narahatlığını tamamilə iki faktorla əlaqələndirmək olar. Birincisi, neft bazarı iştirakçılarının konfransını tez bir zamanda təşkil etmək mümkün olmayıb. İkincisi, neft hasil edən ölkələrin az qala hamısının təmsilçiləri Vaşinqtona işarə edirlər ki, hasilatın misilsiz şəkildə azaldılması ilə bağlı ciddi bir sövdələşmə yalnız Amerika tərəfinin iştirakı ilə baş verə bilər. Cəsarətlə demək olar ki, Vaşinqton özü öz hasilatından üç və ya dörd milyon barrel "kəsəcəyini" bildirsəydi, heç bir mübahisə də olmazdı: hamı sazişlərin imzalanması və gəlirlərin hesablanması ilə məşğul olardı. Qarşılıqlı iradlara, ittihamlara və məhsuldar dialoqun qurulmasındakı mürəkkəbliklərə baxmayaraq, elə bir neft bazarı arxitekturası qurmaq mümkündür ki, orada, ABŞ da daxil olmaqla, neft hasil edən hər bir ölkə qiyməti artırmaq naminə hasilatı azaltmaqla bağlı öz üzərinə müəyyən öhdəliklər götürə biləcək. Donald Tramp Amerikanın neft şirkətlərindən hasilatı azaltmağı əmr şəklində tələb etməz və bu cür öhdəliyi öz üzərinə götürdüyünü, yəqin ki, açıq şəkildə etiraf etmək istəməz. Lakin iki vacib məqam var: Tramp üçün neftin qiymətini (sırf siyasi maraqlardan) qaldırmaq həqiqətən də çox vacibdir və onun administrasiyasının kimlərəsə hasilatla bağlı əmr vermədən lazımi nəticəni əldə etmək yolları var. İşə neft bazarının tənzimlənməsi üzrə Texas komissiyası qoşulsa, şist hasilatını iki-üç milyon barrel "kəsmək" asan olacaq. Üstəlik, ən böyük şist şirkətlərinin rəhbərlərinin özləri də Texas ştatının hökumətindən məhz bu cür tədbirləri tələb edirlər. Amerikanın neft hasilatının böyük bir hissəsi isə Meksika körfəzindəki platformaların payına düşür,  federal hökumət onları sadəcə (texniki xərclər üçün müvafiq kompensasiya olmaqla) bağlaya bilər. Bu, danışıqların asan olacağı, onların mütləq uğurla bitəcəyi və xüsusilə də uğurun tezliklə əldə olunacağı anlamına gəlmir. Lakin hazırda Vaşinqtonun neft bazarının yeni kartelində iştirakda maraqlı olması artıq irəliyə doğru atılan yaxşı bir addımdır və mühüm nəticədir”. Ekspert onu da vurğulayır ki, yaxın OPEC+ görüşünün nəticələrindən asılı olmayaraq, hasilatın ciddi şəkildə ixtisarı belə neftə tələbatın azalmasını kompensasiya edə bilməyəcək. Çünki koronavirus planetin neft və neft məhsullarına tələbatını köklü şəkildə azaldıb: “Əsas məsələ isə artıq koronavirusdan sonra neft bazarlarının gələcəyidir. Epidemiya bitəcək, amma neftdən pul qazanmaq istəyi və dünya iqtisadiyyatının “qara qızıl”a olan tələbatı qalacaq. Neft hasil edən ölkələrin qlobal sazişi əldə edilsə, onlar faktiki olaraq qiymətlərə nəzarət edəcəklər. Dünya epidemiyadan belə bir yeni neft bazarı arxitekturası ilə çıxa bilsə, bu, hazırkı böhranın az sayda müsbət nəticələrindən biri hesab edilə biləcək”.

Qeyd edilənlərdən bir daha bəlli olur ki, böyük hasilatçıların razılığı ilə neft qiymətlərində sıçrayış mümkündür. Bu isə, digər hasilatçılar kimi, Azərbaycan üçün də olduqca mühümdür.

Tahir TAĞIYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:44
Ümumi təhsil müəssisələrində nə baş verir?

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ