Bazar ertəsi günü, 09 noyabr 2026
     

Yeniyetmə qızlar arasında taekvando üzrə ilk azərbaycanlı Avropa çempionu... - MÜSAHİBƏ

Image


“Bütün yarışlara “Zenit”in təmsilçisi kimi çıxmışam və nailiyyətlərimi bu klubun idmançısı olaraq qazanmışam”
“Demək olar ki, o dövrdə rəqiblərimin böyük əksəriyyəti oğlanlar idi”

 

2005-ci ildə onun adı nəinki Azərbaycanda, hətta Avropada belə məşhur idi. Yeniyetmə qızlar arasında Azərbaycanın taekvando üzrə ilk Avropa çempionu Fatma Əliyevanın (İbrahimova) idman sahəsində qazandığı nailiyyətlər ondan sonrakı nəslin taekvandoya maraq göstərməsinə səbəb oldu.

Müsahibimiz həm yeniyetmələr, həm də gənclər arasında 3 qat Azərbaycan çempionu, 2005-ci ildə İsveçdə keçirilən beynəlxalq turnirin qalibi, 2005-ci ildə Almaniyanın Bonn şəhərində təşkil olunan beynəlxalq turnirin ikincisi, İtaliyanın Polermo şəhərində keçirilən Avropa birinciliyinin qalibi, idman ustası Fatma Əliyevadır.

- Fatma xanım, elə idman növləri var ki, Siz idmana gəldiyiniz dövrdə həmin sahələrə qızlar nadir hallarda maraq göstərirdi. Necə oldu ki, taekvandonu seçdiniz?

- Mənim taekvandoya gəlişim çox maraqlı olub. 5 yaşımda gəlmişəm. Məni taekvandoya bibim oğlu Rəşad Əhmədov gətirib. Müəllimim bu günlərdə Əməkdar məşqçi fəxri adı alan, 4-cü qara dan Ramil Həsənovdur. Onun gərgin əməyi, zəhməti nəticəsində bir idmançı kimi uğurlar qazandım. Deyim ki, taekvandoçu kimi bütün uğurlarımı “Zenit” İdman Cəmiyyətinin təmsilçisi kimi qazanmışam. Ramil müəllim “Zenit”in məşqçisi kimi yalnız mənim deyil, bizimlə məşq edən bütün idmançıların yetişməsində böyük rol oynayıb. Mən bir neçə dəfə yeniyetmələr və gənclər arasında respublika çempionu oldum. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, uzun müddət yaşıdlarım arasında nömrə 1 olmuşam, məni məğlub edən olmayıb.

- Heç bir qız Sizi məğlub edə bilməyib ki?

- Nəinki qızlar, hətta oğlanlar da. Ümumiyyətlə, uşaq vaxtı yoldaşlıq görüşlərində, eləcə də kiçik çempionatlarda mənim çəkimdə qızlar olmadığı üçün, əsasən oğlanlarla döyüşürdüm. Bu səbəbdən də, demək olar ki, o dövrdə rəqiblərimin çox böyük əksəriyyəti oğlanlar idi. Kiçik yaşlarımda əksər yarışları oğlanlarla işləmişəm. Sonrakı mərhələlərdə yeniyetmə və gənclər arasında keçirilən Bakı çempionatında, respublika yarışlarında qızlarla döyüşürdüm. 

- Oğlanlarla döyüşmək çətin deyildi ki?

- Əksinə, mənə çox rahat idi. Düşünürəm ki, mənimlə döyüşmək oğlanlar üçün çətin olub (gülür – İ.S.).

- Fatma xanım, “Zenit” İdman Cəmiyyətinin Sizin idmançı karyeranızın formalaşmasında rolu nə dərəcədə olub?

- Bilirsiniz, sözümün əvvəlində də dedim ki, bütün uğurlarımı “Zenit”in idmançısı kimi qazanmışam. Bütün yarışlara “Zenit”in təmsilçisi kimi çıxmışam və nailiyyətlərimi bu klubun idmançısı olaraq qazanmışam. Həmişə klub rəhbərliyindən özümə böyük diqqət hiss etmişəm. “Zenit” İdman Cəmiyyətinin rəhbəri Fazil Hadıbəyov mütəmadi olaraq mənə qayğı göstərib. Onun qayğısını heç zaman unutmuram. Fürsətdən istifadə edib dəyərli Fazil müəllimə öz təşəkkürümü bildirmək istəyirəm. O, mənə hər ay maaş verirdi, qayğı göstərirdi, problemlərimlə maraqlanırdı. Çalışırdı ki, heç vaxt çətinliyim olmasın. 

- Dünyada taekvando ulduzu olan qızlar, xanımlar çoxdur. Döyüşərkən özünüzü kimə bənzədirdiniz?

- Heç vaxt hansısa bir qadın taekvandoçuya bənzəmək istəməmişəm. Ümumiyyətlə, bu barədə düşünməmişəm. Ancaq oğlan taekvandoçular arasında bənzəmək istədiklərim vardı. Bu baxımdan, düşünürdüm ki, hansısa bir güclü oğlan taekvandoçu ilə qarşılaşa bilərəm.

- O dövrdə taekvandodan da populyar idman növləri vardı. Niyə məhz taekvandonu seçdiniz?

- İdmana 5 yaşımda gəlmişdim və o dövrdə idman haqqında anlayışım yox idi. Taekvandoya gəldim və onu dəlicəsinə sevdim. Taekvandonun sirlərinə yiyələndikcə, bu idman növünə daha ürəkdən bağlandım. Yavaş-yavaş yarışlara, çempionatlara çıxdım. Düzdür, ilk döyüşlərim yadımda deyil, amma sonrakı döyüşlərimi yaxşı xatırlayıram.

- Elə döyüşləriniz olubmu ki, indiyə qədər də yaddaşınızdan silinmir?

- Bir dəfə Yevlaxda keçirilən taekvando yarışında çox maraqlı bir hadisə yaşamışam. Həmin yarışda oğlanlarla döyüşürdüm. Hamısını məğlub edib çempion oldum. Oğlanlardan birinin atası yarışda böyük dava-qalmaqal saldı ki, mənim oğlum necə ola bilər ki, qıza uduzub? Nəticə ilə razılaşmadı və biz yenidən döyüşdük, oğlanı bir daha udaraq çempionluğumu yenidən təsdiqlədim. Bu döyüşü yaddan çıxara bilmirəm.  

İdman həyatımda unudulmaz döyüşlərim çox olub. İsveçdə keçirilən beynəlxalq turnirdəki döyüşüm çox xoşuma gəlmişdi, bu döyüşüm yaddaşımda çox dərin izlər buraxıb. O yarışda çempion olmuşam. Sonra Dünya çempionatında 5-ci oldum, iki döyüşü uddum, üçüncüdə qızıl xalda uduzmuşdum. Beynəlxalq yarışlarda Almaniya, Rusiya, Portuqaliya, İsveç, Türkiyə və digər ölkələrin təmsilçiləri ilə qarşılaşmışam.

- Beynəlxaq yarışlara hazırlaşmaq üçün təlim-məşq toplantıları keçmək üçün yığma komandanın tərkibində xarici ölkələrə getmisiniz. Oradakı şərait Sizi qane edibmi? Məsələn, elə bir ölkə olubmu ki, “kaş bu şərait bizdə də ola” demisiniz?

- Xeyr. Çünki bizdə idmançıya yaradılan imkanlar, idmançıların məşq etməsi üçün mövcud olan şərait başqa ölkələrdə yoxdur. Tam səmimi deyirəm. Bilirsiniz, Azərbaycanda taekvandonun inkişafına ciddi fikir verilir. Prezident İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın idmana və idmançılara qayğı və diqqəti əvəzsizdir. Ölkəmizdə çox güclü taekvando məktəbi var, uşaq taekvandosu çox güclü inkişaf edir. Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Taekvando Federasiyası taekvandoçular üçün hər cür şərait yaradır. Bizim məşq zallarımız çox genişdir. Qəbələdə, eləcə də digər rayonlarımızda Taekvando Mərkəzləri fəaliyyət göstərir. Ölkələr var ki, heç onlarda bizdə olan şəraitin yarısı yoxdur. Bir sözlə, bizdə şərait müqayisəedilməz dərəcədə gözəldir.          

- Siz Azərbyacanda yeniyetmə qızlar arasında ilk Avropa çempionusunuz. İlk olmaq Sizə hansı hissləri yaşadıb?

- 2005-ci ildə respublika çempionu oldum, taekvando üzrə yığma komandanın tərkibinə düşdüm. O vaxt taekvando üzrə yeniyetmələrin baş məşqçisi Məmməd Abdullayev idi. İndi Məmməd müəllim gənclərin baş məşqçisidir. Mənim çempion olacağıma inananlar sırasında o da vardı. Azərbaycanda yeniyetmə qızlar arasında ilk Avropa çempionluğu sevincini 15 yaşımda İtaliyanın Polermo şəhərində yaşamışam. İnanın ki, sevincimin həddi-hüdudu yox idi. İndinin özündə də o anlar yadıma düşəndə qeyri-ixtiyari olaraq həyəcanlanıram. Sən hiss edəndə ki, hər kəsin diqqəti səndədir, səni yetişdirən müəllim də, idmançısı olduğun klub da, başlıcası isə təmsil etdiyin ölkə də sənə böyük ümid və inamla baxır, onda ancaq qələbə haqqında düşünürsən. Qələbəni qazandıqdan sonra isə sənin sevincin səndən qələbə gözləyən hər kəsin sevincinə çevrilir.

- Bu gün yəqin ki, Avropa çempionatında qazandığınız medalı və diplomu əziz bir xatirə kimi saxlayırsınız...

- Medalım da, diplomum da Ramil müəllimdədir. Düşündüm, müəllimim onu məndən yaxşı saxlayar. Ümumiyyətlə, mənim haqqımda mətbuatda çıxan bütün yazıları, məqalələri, fotoları müəllimim qoruyub saxlayır. Bütün arxivimiz ondadır. Mən də, digər idmançı dostlarım da müəllimimizin əməyi ilə bu nailiyyətləri qazanmışıq. 

- Maraqlıdır ki, Siz məğlubedilməz bir taekvandoçu xanım kimi tanınmısınız və idman karyeranızın çiçəkləndiyi bir dövrdə idmanı tərk etmisiniz. Buna səbəb nə idi?

- Əslində, heç vaxt idmandan getmək haqqında düşünmürdüm. Sözün açığı, bu indi də mənim üçün bir sirdir. İdmandan erkən getməyimin səbəbi ailə qurmağımla bağlı oldu və gördüm ki, ailə ilə yarışlar, çempionatlar, məşqlər uyğun gəlmir və Ramil müəllimə dedim ki, idmandan gedirəm.

- Müəlliminiz bu qərarınızı necə qarşıladı?

- Heç nə demədi. Erkən ailə qurmaq haqqında heç vaxt düşünmürdüm, amma belə alınmışdı. Mən o vaxt karyera haqqında düşünürdüm. Yoldaşım Vüsal Əliyev cüdoçudur. Ailə qurduqdan 3 il sonra yenidən idmana qayıtdım, yarışlara çıxdım. Amma deyim ki, idmana ikinci dəfə qayıtdıqdan sonra elə də böyük nailiyyətlərim olmadı.

- Yəqin ki, bu, taekvandoda baş verən yeni döyüş üsullarına, qaydalarına uyğunlaşa bilməməyinizlə bağlı idi, yoxsa başqa bir səbəb vardı? Bəlkə Sizi qəsdən uduzdururdular?

- Respublika çempionatlarına çıxırdım, döyüşürdüm, lakin xalda öndə ola-ola cərimələrlə uduzurdum. Mən ikinci dəfə qayıtdıqdan sonra həqiqətən də taekvandoda yeniliklər vardı və döyüşlər xüsusi qurğularla, sensorla izlənirdi.

- Elə bir yarış olubmu ki, orada qəsdən uduzdurulmusunuz?

- Xeyr, mənə qarşı heç vaxt belə bir hərəkət edilməyib. Ümumiyyətlə, əvvəllər Azəbaycanda keçirilən bütün yarışlarda udmuşam, ölkəmizdə heç zaman uduzmamışam. Ancaq xarici ölkələrdə uduzduğum olub, onda da uduzdurmayıblar, uduzmuşam.

İdmana qayıtdıqdan sonra gördüm ki, cərimələrlə uduzuram və belə qərara gəldim ki, daha yarışlara çıxmayım. Onu da deyim ki, bu il Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının məzunu olum. Bunu da özüm üçün böyük uğur hesab edirəm. Məşqçiliyə başlamağıma gəlincə, müəllimimin məsləhəti və xeyir-duası ilə “Qala” taekvando klubunun məşqçisi kimi fəaliyyətə başladım. 2016-cı ildən Ramil müəllimin dəstəyilə özümə zal açdım və məşqçiliyə başladım. Çox arzu edirəm ki, bütün nailiyyətlərimi qazandığım “Zenit” idman klubunun da məşqçisi olum. Deyim ki, məşqçilik də çox xoşuma gəlir. Bu gün mənim çoxlu yetirməm var və onların qazandığı hər bir qələbə məni ürəkdən sevindirir.

- Sizin dövrünüzdə taekvandoya gələn qızların sayı çox idi, yoxsa indi?

- Ümumiyyətlə, həmişə qızlar idmana böyük maraq göstərib. Bu gün də idmana, xüsusən də taekvandoya gələn qızların sayı çoxdur. Bu da məni çox sevindirir. Azərbaycanda qızlar bütün sahələrdə, o cümlədən də idman sahəsində öz sözlərini deyiblər, deyirlər və deyəcəklər də.

- Bu gün yetirmələriniz arasında çox istedadlı qızlar da var ki, onların döyüşləri hər kəsin diqqətini cəlb edir.

- Mən bütün tələbələrimi çox sevirəm. Tələbə qızlarım içində Tamella Musayevanın adını xüsusi çəkmək istəyirəm. Tamella həm yeniyetmələr və həm də gənclər arasında respublika çempionudur. Onun gələcəyinə böyük ümid bəsləyirəm, inanıram ki, o mənim idman sahəsindəki uğurlarımı təkrarlayacaq, daha artıq qələbələr qazanacaq. Oğlanlardan Elmir İsmayılovun gələcəyinə ümidim böyükdür. Aylin Həsənlinin də nəticələri məni qane edir. Həm uşaqlar, həm yeniyetmələr, həm də gənclər arasında nəticələr verən tələbələrim çoxdur.

- Qızınız Leyla da taekvandodadır. Balaca olmasına baxmayaraq, uğurları çoxdur. Necə oldu ki, Leylanı taekvandoya gətirdiniz?

- Məşqçilik fəaliyyətinə başladıqdan sonra onu da gətirdim. Fikrim budur ki, Leyla mənim davamçım kimi yetişsin və mənim taekvandoda əldə edə bilmədiklərimi qızım əldə etsin. Onun bu sahəyə marağı böyükdür və nəticələri də ümidvericidir.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ