Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişikliyi olub. "Media forum” saytının məlumatına görə, Mehman Sadıqov Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunub, redaksiya şöbəsinin rəisi, "Cəmiyyət və cəza” jurnalının baş redaktoru postlarına təyin edilib.
Hələlik Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunmayıb.
Mehman Sadıqov "Media forum” saytına açıqlamasında yeni işi ilə bağlı planlarından danışıb: "Jurnalı əvvəlki ilə müqayisədə daha keyfiyyətli dərc etməyi planlaşdırırıq. Bunun üçün işə bacarıqlı və təcrübəli əməkdaşlar götürəcəyik. Jurnalın ştatı var və işə yeni əməkdaşlar cəlb edəcəyik”.