Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakıda 100 milyard dollarlıq böyük layihəyə imza atan müdhiş azəri

Image


Bu başlıqla Türkiyənin nüfuzlu "Ekovitrin" dərgisi azərbaycanlı iş adamı, Xəzərdə əfsanəvi şəhər tikintisinə start verən Hacı İbrahim Nehrəmli haqqında geniş yazı dərc edib. Həmin yazını diqqətinizə çatdırırıq. Nəhəng büdcəsi ilə dünyanın ən önəmli layihərindən biri olaraq göstərilən "Xəzər adaları"nın tikintisini həyata keçirən azəri iş adamı Hacı İbrahim Nehrəmli Qafqazda böyük səs salıb. Başda Azərbaycan olmaqla, dünyanın sayılıb-seçilən layihələrindən biri olaraq göstərilən "Xəzər adaları" 100 milyard dollarlıq maliyyəsi, dünyanın ən hündür qülləsi "Azərbaycan Tower" və digər unikallıqları ilə diqqətləri üzərinə çəkir.

Nəhəng layihənin memarı

"Avesta" Konserninin başçısı Hacı İbrahim Nehrəmli "Xəzər adaları" layihə büdcəsinin 100 milyard dollar təşkil etdiyini, ilkin mərhələ üçün 10-12 milyard, 2-ci, 3-cü və dördüncü mərhələnin hər biri üçün 30 milyard dollar sərf olunacağını açıqladı. Onun sözlərinə görə, helikopter meydançaları, idman və əyləncə mərkəzləri, restoranlar, otellər, rezidensiyalar, qolf sahələri, konsert salonları və hidrodromun yer alacağı "Xəzər adaları"nın aylıq 200 min, illik 20 milyon turist qəbul etmə potensialının olacağı gözlənir.
Azərbaycan son illərdəki iqtisadi inkişafı ilə bütün dünyanın maraqla izlədiyi ölkələrin başında gəlir. İnkişaf siyasətinin uğurla həyata keçirildiyi ölkədə azəri iş adamları tərəfindən gerçəkləşdirilən böyük layihələr diqqət çəkir. Belə layihələri həyata keçirən isimlərdən biri də Hacı İbrahim Nehrəmlidir. İş adamının paytaxt Bakıda gerçəkləşdirdiyi layihə Azərbaycan və Qafqaz üçün çox böyük önəm daşıyır. "Xəzər adaları" ilə bağlı "Ekovitrin"ə açıqlamasında "Avesta" Konserni başqanı Hacı İbrahim Nehrəmli "Xəzər adaları" 100 milyard dollarlıq büdcəsilə dünyanın sayılı layihələrindən biridir" deyir: "Layihə 4 ayrı bölümdən ibarətdir. Birinci bölümün sərmayəsi 10-12 milyard dollar təşkil edir. Bunun da təqribən 2018-2020-ci illərdə tamamlanacağı gözlənir. Layihə tamamlandığında burada 100 min ailə yaşaya biləcək. 2022-2025-ci illərdə ikinci faza gerçəkləşdiriləcək. O zaman isə burada 500 min ailənin yerləşəcəyi gözlənir. 2030-cu ildə isə üçüncü və dördüncü fazanı bitirmiş olacağıq. "Xəzər adaları" layihəsi tamamlandığında artıq burada 1 milyon ailə yaşaya biləcək. Bundan əlavə, 200 min turist üçün gündəlik qonaq evləri hazırlayacağıq. Layihənin tamamı 78 adanı əhatə edəcək. Bu adaları 150 körpü birləşdirəcək. Hazırda işlər davam edir və adalar Xəzərin üzərində qurulacağı üçün dənizin doldurulması işləri həyata keçirilir.

Türk investorları gözləyirəm

"Xəzər adaları"nı inşa edəcək Azərbaycan konserni "Avesta"nın sahibi Hacı İbrahim Nehrəmli layihəyə bu günə qədər 15 milyard sərf olunduğunu bildirir. Eyni zamanda o, "türk investorları ilə ortaqlığa hazıram" deyir.

"Dünyanın mərkəzi Xəzər adaları olacaq"

Azərbaycanın son 10 ildə çox önəmli bir inkişaf yolu keçdiyini deyən Nehrəmli sözlərinə belə davam edir: "Xüsusilə paytaxt Bakıda bir-birindən önəmli layihələr gerçəkləşdirilir. İnanıram ki, 10 il sonra Bakı tanınmayacaq dərəcədə dəyişəcək. Təbii, sadəcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də sürətli inkişaf var. Sənaye və xidmət sektorunda da böyük yatırımlar var. Turizm sektoru da bunlardan biridir".
Layihənin ilk hissəsi 2018-ci ildə bitəcək
Hacı İbrahim Nehrəmli "Layihəyə 2011-ci ilin mart ayında başladıq. 2018-də şəhərimizin inşasının ilk mərhələsi bitəcək və burada 100 min vətəndaş yaşayacaq. 2022-2025-ci illərdə şəhərin ikinci qismi, 2030-da layihənin bütünlüklə inşası tamamlanacaq" deyir.
"Xəzər adaları"nın 78 adadan ibarət olacağını deyən Nehrəmli "Ən böyük olması nəzərdə tutulan 6-cı adada binalar olacaq. Bu binalardan 3-ü 85, digərləri 50, 60, 65 mərtəbəli olacaq. 1050 metr hündürlüyündə inşa olunacaq "Azərbaycan Tower" isə 186 mərtəbədən ibarət olacaq. "Azərbaycan Tower"in inşasına 2018-ci ildə başlanacaq. İnşaatın 2023-cü ildə bitməsi planlaşdırılır. Ən gözəli isə şəhərin sahilə bitişik dörd bir yanının 150 kilometrlik ərazidə parklardan ibarət olacağıdır" deyir.
Nehrəmli "Xəzər adaları" layihəsinin 100 milyard dollara başa gələcəyini planlaşdırır. İlkin mərhələnin 10-12 milyard dollara, sonrakı mərhələlərin hərəsinin 30 milyard dollara başa gələcəyini bildirən iş adamı bu yatırımlara helikopter meydançası, idman və əyləncə mərkəzləri üçün sərf olunacaq maliyyənin də daxil olduğunu bildirir.
Restoranlar, otellər, rezidensiyalar, qolf sahələri, konsert salonları və hidrodromun olacağı "Xəzər adaları"nın gündəlik 300-400 min turist qarşılamaq potensialında olması gözlənir.
Əslində iqtisadçı olan Hacı İbrahim Nehrəmli "İnşaata hobbi kimi baxırdım. Kiçik çaplı inşaat işləri həyata keçirirdim. Bir gün kiçik oğlum məndən nə üçün böyük projelər reallaşdırmadığımı soruşdu. Oğlum məndən "Ata, beynini araşdırsaq oradan neçə şəhərlik proje çıxar" - deyə soruşdu. Onun bu sözlərindən çox təsirləndim. Bir gün səfər yolçuluğunda təyyarədə ikən "Xəzər adaları" layihəsini cızmağa başladım. Layihənin yollarına qədər bütün detallarını özüm işlədim" deyə bildirir.

"Azərbaycan Tower" 1050 metrlə rekord qıracaq

"Xəzər adaları" layihəsi çərçivəsində inşa ediləcək 1050 metr hündürlüyündə "Azərbaycan Tower" Dubaydakı 828 metrlik "Bürc Xəlifə"dən 222 metr hündür olacaq. 2018-ci ildə inşasına başlanacaq "Azərbaycan Tower" dünyanın ən yüksək və ən lüks binası olan "Bürc Xəlifə"nin birinciliyini əlindən alacaq.
Xəzər adaları üzərində yeni bir şəhər saldıqlarını bildirən Nehrəmli dənizin doldurulması işinin çox güvənli şəkildə həyata keçirildiyini, gələcəkdə hər hansı bir çökmə şansının sıfıra bərabər olduğunu açıqladı: "Bu mövzuda hər cür hesablamalar aparılıb. Firma olaraq biz bu istiqamətdə çox təcrübəliyik. Təkcə yolların 150 kilometr təşkil etməsi layihənin nəhəngliyini açıq şəkildə göstərir. Burada 55 kilometrlik tramvay xəttimiz də olacaq. Heç bir halda tıxac problemi yaşanmayacaq bütün yolların altında ikimərtəbəli avtodayanacaqlar inşa olunacaq. Adambaşına iki avtomobillik yer mövcud olacaq. 1 milyon insanın yaşayacağı bu şəhərdə ən azı 500 min avtomobillik park yeri planlaşdırılır. Yolların bir-birilə kəsişməyəcəyi səbəbindən burada tıxac problemi də yaşanmayacaq.
Şəhərin dörd ana girişi olacaq. Ticarət massivi kimi nəzərdə tutulan ərazidə avtomobil yolu olmayacaq. Ümumilikdə şəhərin ərazisi 3 min 500 hektar ərazini əhatə edəcək. Bunun 500 hektarını tikililər, 500 hektarını yollar tutacaq. Qalan 2 min 500 hektarlıq ərazini isə yaşıllıq zolaqları təşkil edəcək. Mən buranı "ekoşəhər" edirəm. Eyni zamanda, bura ağıllı şəhər olacaq. Bu yaşam mərkəzi tam hazır olanda görəcəklər ki, ortaya necə gözəl bir şəhər çıxarmışıq".

Bu layihə ilə ölkəyə 20 milyon turist cəlb edəcəyik

Layihənin Azərbaycan iqtisadiyyatı və ölkənin inkişafına ciddi töhfə verəcəyini deyən Nehrəmli "Son 10 ildə ölkəmiz çox böyük inkişaf yolu keçib. 10 il sonra Bakı sürətli bir şəkildə dəyişəcək və daha gözəl bir şəhər olaraq ortaya çıxacaq. Avropanın bir çox şəhərləri ilə müqayisədə Bakı əsas yerlərdən birini tutur.
Ölkəmizdə hər kəs dövlətin yürütdüyü inkişaf siyasətini dəstəkləməlidir. Bu açıdan dövlət başçısına dəstək verməyimiz gərəkdir. Artıq ölkənin turizm sektoruna önəmli yatırımlar qoyulur. 5 il sonra Azərbaycana gələn turist sayının 5-6 milyonu ötəcəyini düşünürəm. Layihəmiz bitdikdən sonra bizim də Türkiyədəki kimi ildə 20 milyon turist qarşalaya biləcəyimizi düşünürəm. Mən bu gələcəyi öncədən görərək bu layihəni həyata keçirirəm. Bura eyni zamanda bir istirahət məkanı olacaq. Bura gələn bir daha getmək istəməyəcək. 500 restoran tikirik. Məqsədimiz hər cür xidməti ən üstün səviyyədə göstərməkdir. Şəhərimizin 150 kilometrlik sahil gəzinti ərazisi var. Hər tərəfində parklar, yollar, avtoparklar olacaq. Burada işlədilən qranitləri xaricdən gətiririk. Lakin artıq burada bir qranit zavodu tikirik. Növbəti ildən gördüyümüz bütün işlərdə Azərbaycan istehsalı qranitdən istifadə edəcəyik. Bu şəkildə çəkəcəyimiz yollar min illər korlanmadan istifadə olunaraq gələcək nəsillərə ötürüləcək" deyə bildirdi.

100 il tıxac problemi olmayacaq

"Xəzər adaları" layihəsində tıxac probleminin yaşanmayacağını deyən Nehrəmli "Burada maşınlar əyləcsiz istifadə olunacaq, tıxac və stres olmayacaq. Genişliyi 110 metr olan açıq yollar olacaq. Burada 100 il sonra da tıxac problemi yaşanmayacaq. Bu şəhərdə tıxac problemini aradan qaldıracam" deyir.

100 ilin layihəsi

"Xəzər adaları" layihəsi tamamlandıqda bura 1 milyon insanın yaşadığı nəhəng bir şəhər halına gələcək. "Avesta" Konserninin bu günə qədər bir çox modern və yenilikçi işlərə imza atdığını deyən Nehrəmli "çalışmalarımızda hər hansı problemin olması mümkün deyil" deyə bildirib. O, bu baxımdan bu layihənin çox önəmli olduğunu və gələcək nəsillərə bir töhfə olduğunu bildirib. Nehrəmlinin sözlərinə görə, burada yaşayacaq insanların hər cür ehtiyacları - məktəb, xəstəxana, universitet, sosial təsisatlar, idman və sağlamlıq mərkəzləri, üzgüçülük hovuzları kimi ağıla gələn hər cür ehtiyaclar burada qarşılanacaq. Üstəlik, hər adanın özünün məktəbi, bağçası və xəstəxanası olacaq. Eyni zamanda, 5 universitet, ippodrom, avtomobil yarışları üçün park, tennis kortları da bu layihədə mövcud olacaq. Yəni bir adada yaşayan insan hansısa ehtiyacı üçün digər adaya getməli olmayacaq. Buraya sosial ehtiyaclar da daxildir. Burada xidmət sektoruna böyük önəm veririk.
18 otelin olacağı bu şəhərdə bir milyon insanın ehtiyaclarını qarşılayacaq alış-veriş mərkəzləri də fəaliyyət göstərəcək. Dünyanın ən hündür qülləsi də burada inşa ediləcək. Bunun isə turizmin inkişafına önəmli təsiri olacağını düşünürəm".
Çox gəlirli bir layihə
"Xəzər adaları" layihəsində 1050 metr hündürlüyündə qüllə olduğunu və bunun türk dünyasının ən yüksək tikilisi olacağını bildirən Nehrəmli sözlərinə belə davam etdi: "Qüllənin ən üst qatında mən oturacağam və ora buludların arasında olacaq. Bununla həm də qüllənin təhlükəsizliyini isbat etmiş olacağam.
Layihənin tam bitməsi üçün maksimum 4 milyardlıq, minimum 2 milyardlıq bir yatırıma ehtiyacımız var. Bu günə qədər 1 milyard yarım dollar xərclədik. Türk investorlarının buraya maraq göstərəcəyini bilirəm. Bura eyni zamanda onların da ölkəsidir. Bir-birimizə güvənimizin sonsuz olduğunu düşünürəm. Bu layihədə çalışanların bir çoxu türkdür və onların türk və ya azəri olmasının heç bir fərqi yoxdur. Önəmli olan nəticənin uğurlu olmasıdır. Layihəmiz çox gözəl və gəlir gətirən layihədir. Onun qazancının yüzdə əlli olacağını düşünürəm".

Gələcək 10 ildə Azərbaycanın ulduzu daha da parlayacaq

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcək 10 ildə önəmli inkişafa imza atacaq. Qeyri-neft sektoru inkişaf edəcək.
İnşaat sektorunda 1993-cü ildən fəaliyyət göstərdiklərini deyən Nehrəmli sözügedən sektorun 2000-ci illərdə inkişaf etməyə başladığını, bu inkişafda mərhum prezident Heydər Əliyevin önəmli rolunun olduğunu qeyd edib: "2000-ci ildən sonra inşaat sektorunda sürətli bir inkişaf başladı. O dönəmdə hər kəs inşaat işinə qoşuldu. Lakin bunun nə qədər doğru olduğu müzakirə mövzusu idi. İşin bilicisi olaraq ad çıxarmış firmalar da bu dönəmdə ortaya çıxdı. İnşaat işlərində keyfiyyət və təhlükəsizlik ön planda olmalıdır. Hazırda Azərbaycanda həyata keçirilən inşaat işlərini görürük. Ölkədə gördüyümüz işlər buraya üz tutan investorlara güvən verir. Azərbaycan son dərəcə güvənli bir ölkədir. Geridə buraxdığımız 2013-cü ildə hər həftə 50 mənzil satışı həyata keçirmişik. Bütün bunlar Azərbaycanda iqtisadi inkişafın səviyyəsindən xəbər verir. Azərbaycanın inkişafında milli liderimiz Heydər Əliyevin və ondan sonra dövlət başçısı olmuş İlham Əliyevin çox böyük rolu var. Cənab Əliyevin başçılığı ilə növbəti 10 ildə Azərbaycanın ulduzunun daha da parlayacağını demək istəyirəm.
Azərbaycan növbəti 10 ildə çox önəmli inkişafa imza atacaq. Biz yatırımçılar öz ölkəmizdə sərmayə işinə dəstək verməliyik. Örnək olaraq Türkiyəni göstərmək istəyirəm. Niyə xarici sərmayəçilər Türkiyəyə üstünlük verir? Çünki buradakı şərtlər çox münasibdir. Türkiyə xarici investorları cəlb edəcək bir şəraitin yaradıldığı ölkədir. Türkiyədəki xidmətin başqa bir ölkədə olmadığını deyə bilərik. Bizim bugünkü yatırımlarımız qarşıdakı illərdə Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək. Azərbaycandakı inkişaf təkcə neft sektoru ilə bağlı deyil. Digər sahələrdə də yatırımlar edirik və bu, ölkənin inkişafına önəmli təsirini göstərir. Deyək ki, qarşıdakı illərdə ölkədə neft qalmadı, bu zaman qeyri-neft sektoruna verdiyimiz önəmin dəyərini daha yaxşı anlayacağıq. Neft olmadan da Azərbaycan güclü bir dövlət olaraq yoluna davam edəcək".

Yardımsevər iş adamı

Hacı İbrahim Nehrəmli 1958-ci ildə Naxçıvanın Nehrəm kəndində dünyaya gəlib. Gənc yaşda atasını itirən Nehrəmli iş həyatına çox erkən atılıb. Bir yandan təhsilini davam etdirərkən digər yandan inşaat işlərində çalışıb. Naxçıvan Universitetinin iqtisadiyyat fakültəsini bitirən Hacı İbrahim 1991-ci ildə "İlkan" MMC şirkətini qurur. Bu günə qədər bir çox önəmli layihələrə imza atan Nehrəmli Azərbaycanda çox sayda tarixi binaların restavrasiya olunması ilə yanaşı, xəstəxana, məktəb və universitetlər inşa edib. Naxçıvanda 4 məscid tikdirib. Ən önəmli layihələrindən biri isə "İmamzadə" məscidini restavrasiya etməsidir.
Su sıxıntısı yaşayan Nehrəm kəndinə 45 kilometrlik içməli su xətti çəkən iş adamı bir çox kənd və qəsəbələrdə su boruları, körpülər və yollar inşa edib. Nehrəmli eyni zamanda xeyirsevərliyi ilə də tanınır. Şəhid ailələrinə yardımlar edən Nehrəmli 200 mömin müsəlmanı Kərbəla ziyarətinə göndərib. Nehrəmlinin dünyanın ən hündür qülləsinin inşa ediləcəyi "Xəzər adaları" layihəsi bu gün bütün dünyanın maraqla izlədiyi layihələrdən biridir.

Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ