Martın 8-də Kuala Lumpurdan Pekinə uçarkən 239 adamla itən sərnişin təyyarəsinin düşdüyü təxmin edilən bölgədə daha 122 cismin görüldüyü açıqlanıb. Keçdiyimiz günlərdə təyyarənin düşdüyü rəsmən açıqlanmış olsa da hələ təyyarənin dağıntısına rast gəlinməyib. Hətta peyk görünüşləri xaricində səlahiyyətlilərin əlində hələ də tutular bir iz yoxdur.
Kanadanın baş naziri yoxa çıxmış Malayziya təyyarəsinə məxsus olduğu güman edilən əşyaların axtarışı üzrə əməliyyatın fəallaşdırıldığını deyib. Tony Abbott Hind okeanında hava şəraitinin pisləşməsinə görə təxirə salınmış axtarışlara bütün qüvvələrin sərf edildiyini bildirib.
Axtarışların fəallaşması Malayziya təyyarəsinə məxsus ola biləcək 122 əşyanın peykdən aşkar edilməsinə təsadüf edir.
Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseyn deyib ki, martın 23-də çəkilmiş görüntülərdəki əşyalardan biri 23 mert uzunluğundadır: "Bu axtarış əməliyyatlarının yönləndirilməsinə kömək edəcək yeni dəlildir".
4-cü dəfədir ki, peykdən təyyarəyə məxsus olduğu güman edilən qırıntılar müşahidə edilir. Ancaq indiyədək «Boeing» hissələrinin axtarışı üzrə səylər nəticə verməyib.
Martın 8-də MN370 reysilə Kuala Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi göyə qalxdıqdan bir müddət keçmiş yoxa çıxmışdı. Təyyarənin göyərtəsindəki 239 adamdan 153-ü Çin vətəndaşı olub.
Əşyalar Avstraliyanın qərb sahilindən qərbə doğru 2,557 km aralıda tapılıb.
Dənizdə təhlükəsizlik üzrə Avstraliyanın dövlət qurumu axtrışda 12 təyyərinin iştirak etdiyini bildirib.