Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Yada düşdü" jurnalı 2 yaşını qeyd etdi

Image


Yaddaş insanın keçmişlə, ötüb keçən zamanla bu gününü birləşdirən, həmahəng edən bir məfhumdur. Yaddaşı olmayan xalq, yaddaşı olmayan insan heç vədə özünü tanıya, təsdiqləyə bilməz. Biz yaddaşımız vasitəsilə keçmişə qayıdır, olub-keçənləri gözlərimiz önündə canlandıra, ürəyimizdə həmin hadisələri yaşaya bilirik. Hər birimizdə nostalji hisslər yaradan bu məqamlardan hətta kövrəlirik də, bəzən dodağımız da qaçır.
"Yada düşdü" dərgisi özündə bu hissləri, bu məqamları yaşatdığı üçün dəyərlidir. Bu jurnal həyatımızdan, mədəniyyətimizdən, jurnalistikamızdan, ədəbiyyatımızdan, səhnəmizdən keçən və bu aləmdə dərin izlər qoyan şəxsiyyətləri unudulmağa qoymur. Əlbəttə ki, unutsaq unudularıq, unutsaq gələcək nəsillər də bizi yaddaşlarına yaxın buraxmaz.
"Yada düşdü" jurnalı özünün iki yaşını qeyd etdi, özü də ruhən, mənən ona yaxın, simsar olan insanların əhatəsində. Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən tədbirdə hər kəs sözün yaratdığı nostalji hisslərin təsiri altında idi. "Yada düşdü" bura yığışanların yadına çox əzəmətli insanları gətirdi...
Əvvəlcə qeyd edək ki, "Yada düşdü" jurnalı iki ayda bir-ildə altı dəfə çıxır. Dərginin baş redaktoru tanınmış yazıçı, ustad jurnalist Nahid Hacızadə, təsisçisi isə Nəzakət Məmmədovadır.
Jurnalı ərsəyə gətirənlərin verdiyi məlumata görə, "Yada düşdü" nostalji-yaddaş jurnalıdır, jurnalın əsas istiqaməti nostalgiyadır, ötənləri-keçənləri yada salmaqdır. Onu da deyək ki, jurnalın ən çox sevilən "Ölməzlər", "Unutsaq unudularıq", "Olanlardan keçənlərdən", "Qəlbimizə yazılan şeirlər", "Yazıçı ömrünün rəngləri", "Yaddaşımızda yaşayanlar" rubrikalarında tanınmış şəxsiyyətlərlə bağlı çox maraqlı yazılar dərc edilib. Jurnalda indiyə qədər Səməd Vurğun, Rəsul Rza, Əli Vəliyev, Əli Kərim, Əliağa Kürçaylı və başqaları haqqında sənət adamlarının çoxsaylı xatirələri işıq üzü görüb.  Bu jurnal Azərbaycanın bütün bölgələrinə gedib çıxa bilib. Bundan başqa, dərgi respublika sərhədlərini adlayaraq Türkiyə, İran, Almaniya və keçmiş MDB ölkələrinə də yayılıb və bu məmləkətlərdə jurnalın abunəçiləri var.
"Yada düşdü" jurnalının Beynəlxalq Mətbuat Mərkəzində qeyd edilən iki yaşı münasibətilə keçirilən tədbiri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq jurnalın yubileyinə toplaşanları salamladı və bildirdi ki, Azərbaycanda çoxlu sayda qəzet-jurnal olub, var, olacaq da. Ə.Amaşovun sözlərinə görə, heç də o qəzet və jurnalların hamısı özünə oxucu diqqəti cəlb edə bilmir. O dedi ki, "Yada düşdü" müasir qəzet və jurnal ailəsinə iki ildir daxil olmasına baxmayaraq, oxucu rəğbəti qazanmağa müvəffəq olub. Onun sözlərinə görə, jurnalın özəl cəhəti burada retronun üstünlük təşkil etməsidir. O bildirdi ki, insan yaşa dolduqca daha çox keçmişlə yaşayır, nəyi düzgün, nəyi yanlış etməsini saf-çürük edir. "Bu jurnalda daha çox ədəbiyyat, mədəniyyət xadimlərilə bağlı xatirələr dərc edilir. Bu iki il ərzində jurnal kifayət qədər tanınıb. Yaradıcı heyətə arzu edərdim ki, jurnalın 20 illiyini, gələcək nəsillər isə yüz illiyini qeyd etsinlər" deyə bildirən Ə.Amaşov qeyd etdi ki, vaxt gəlsin, bu jurnal Azərbaycan tarixinin, mədəniyyətinin ensiklopediyası rolunu oynasın.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub da "Yada düşdü" jurnalının iki illik yubileyini təbrik etdi. O bildirdi ki, "Yada düşdü" deyəndə yada gözəl və şərəfli insanlar, ləyaqətli adamlar, böyük şəxsiyyətlər düşür: "Jurnalın adını "Yada düşdü"nün baş redaktoru yaxşı tapıb. Mən bu jurnalın ilk saylarından başşlayaraq son saylarına qədər hamısını oxumuşam və onları kitabxanamda saxlayıram. Burada Azərbaycanın görkəmli şairləri, yazıçıları, sənət adamları yad edilir, şirin xatirələri dilə gəlir. Bu jurnal çox qiymətlidir. Sevilmək, el-el, əl-əl dolaşmaq hər jurnalın işi deyil, amma bu jurnala nəsib olub. Arzu edərdim "Yada düşdü"nün tirajı çox olsun ki, hər kəs onu oxuya bilsin. XX əsrin böyük şəxsiyyətləri çox olub, amma daha çox Üzeyir bəy və Səməd Vurğunun yaxşılığından danışırlar. Bu jurnal da hər zaman yaxşılar cərgəsində olsun. "Yada düşdü"nün min illiyini qeyd etsinlər və iki yaşı mübarək olsun!".
Z.Yaqubdan sonra Ə.Amaşov sözü "Azərbaycan" jurnalının baş redaktoru, yazıçı İntiqam Qasımzadəyə verdi. İ.Qasımzadə bildirdi ki, "Yada düşdü" jurnalı hər ədəbiyyat adamının əziz jurnalıdır: "Bir müddət əvvəl "Azərbaycan" jurnalının 91 yaşı oldu, gün o gün olsun ki, siz də 91 yaşınızı da, 101 yaşınızı da qeyd edəsiniz. Bir vaxtlar Nahid müəllim Hacızadə incəsənət, mədəniyyət, ədəbiyyat adamları ilə bağlı öz xatirələrini yazıb "Azərbaycan" jurnalında çap etdirirdi. Görünür, Nahid müəllim hiss etdi ki, onun da öz jurnalı olmalıdır. Azərbaycanda memuar janrı həmişə zəif olub, demək olar ki, bizdə bu janr elə də inkişaf etməyib. Ancaq bu jurnal çox sağ olsun ki, memuar janrının inkişafına çalışır, burada memuarlar çap olunur. Bu jurnal memuar janrını ayağa qaldırıb sabaha doğru aparır".  
Əməkdar jurnalist Flora Xəlilzadə də jurnalla bağlı söz dedi. Tanınmış jurnalist bildirdi ki, qəzet və jurnal bolluğunda hansısa bir jurnalın, dərginin sifətini tanıtmaq, adını təsdiq etdirmək çox çətindir: "Mən "Yada düşdü"yə bir xatirə jurnalı kimi baxıram".
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin mədəniyyət və mətbuat müşaviri Seyid Əhməd bəy də jurnal haqda isti münasibətini bildirdi. Onun fikrincə, jurnal bolluğunda belə bir dərginin özünə tez zamanda oxucu qazanması böyük işdir. Seyid Əhməd bəy jurnalın yaradıcı heyətini təbrik edərək bildirdi ki, xatirə janrında, dahi, böyük şəxsiyyətlərin xatirəsinə işıq tutan jurnalın çap edilməsi təqdirəlayiqdir: "Bu gün çoxlu qəzet-jurnal var. Amma "Yada düşdü" öz ideyasına, yönünə görə çox fərqlidir. Həqiqətən də çox dəyərli insanları, şəxsiyyətləri xatırlamaq çox yaxşı hissdir".
Respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramova da söz verildi. O bildirdi ki, jurnalın yolu, izi, sifəti onu qane edir: "Bu jurnalda çap olunanlar haqqında hamımızın məlumatı var. Burada nələri görmək istərdim? Hər bir insanda xarakter deyilən bir şey var. Arzu edərdim ki, bu jurnalın özünün bitkin xarakteri olsun. O heç bir jurnala bənzəməsin. Çox istərdim ki, populyar olan, lakin yazdığı cızma-qaradan başqa bir şey olmayan insanlar bura ayaq açmasın, amma heç kəsin tanımadığı, adı dəftərdə olmayan,  sənətə xidmət edən insanların əsərləri bu jurnalda çap olunsun. Bu jurnalın daimi mövzuları istedadlı adamlarla bağlı olarsa, onu oxucular daha çox arzulayacaq".
"Yada düşdü" filmi də təqdim edildi. Burada jurnalın keçib gəldiyi yol, gördüyü işlər, görkəmli adamların onunla bağlı düşüncələri, arzuları yer alıb.
Jurnalın təsisçisi Nəzakət Məmmədova filmdə jurnalın adı haqda danışıb. O bildirib ki, bu jurnal vaxtilə onun üçün bir xəyal, arzu olub: "Belə bir jurnal arzulayırdım. Düşünürdüm ki, bu gün dünyada ən oxunaqlı, ən maraqlı jurnallar xatirə jurnallarıdır. Jurnalın çapı reallaşanda onun adını ilk olaraq "Xatirələr" qoymaq istədim. Sonra Nahid müəllimin "Yada düşdü" adlı kitabının adı üstə dayandım. Jurnalın adını belə adlandırdım və Nahid Hacızadəni baş redaktor seçdim".
"Yada düşdü" jurnalına uğurlar arzu edirik. O bizimlə keçmişimiz arasında qırılmaz bir bağ rolunu oynayır...
Zülfiyyə BABAYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ