Bazar ertəsi günü, 09 noyabr 2026
     

Daxili Qoşunlar və ictimai təhlükəsizlik faktoru

Image


Hər il martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının günü qeyd olunur. Bu günün təsis edilməsi Azərbaycanın sabiq prezidenti mərhum Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 9 mart 1995-ci il tarixdə imzaladığı fərman bunun əsasını qoyub.
1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyəti Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı döyüşə başlayıb.Həmin tarixin Daxili Qoşunların günü kimi seçilməsi şəxsi heyətin döyüş ənənələrinə,ağır sınaqlarda göstərdiyi fədakarlığa dövlət səviyyəsində yüksək qiymət verilməsinin təzahürüdür.
Daxili Qoşunların tarixinin Azərbaycan Demokratik Respublikası dövrü (1918-1920) ilə bağlılığı çoxlarına məlum deyil. Arxiv mənbələri araşdırılarkən ADR dövründə Daxili İşlər Nazirliyinin tərkibində ictimai asayişin təmin olunması funksiyasını yerinə yetirən yardım alayının mövcud olmasını təsdiq edən maraqlı faktlar ortaya çıxıb. Könüllü dəstələrin birləşməsindən yaranan həmin alayın rəisi vəzifəsinə ilk olaraq xalqımızın ziyalı oğlu,ictimai xadim, peşəkar hərbçi Yusif Ziya Talıbzadə təyin olunub. Xatırladım ki, görkəmli ədib Abdulla Şaiqin qardaşı olan Y.Z.Talıbzadənin 1923-cü ildə Orta Asiyada şəhid olduğu bildirilir. ADR dövrünə dair bu vacib tarixi fakt barədə ictimaiyyətin məlumatlandırılmasında Daxili Qoşunların Mətbuat xidmətinin sabiq rəisi, "Əməkdar jurnalist" Təranə Məmmədovanın əvəzsiz əməyi var.
SSRİ dövründə nəhəng imperiyanın təhlükəsizlik sütunlarından biri olan Daxili Qoşunların sıralarında xeyli azərbaycanlı zabit, gizir, çavuş və əsgər rütbələrində xidmət ediblər. Həmin soydaşlarımızın o zaman qazandığı xidmət təcrübəsi hədər olmayıb və sonradan respublikamızın mənafeyi üçün istifadə edilib.
Müstəqil Azərbaycanın Daxili Qoşunlarının formalaşması 1991-ci ildə ölkəmizin suverenlik əldə etməsindən sonra mümkün olub. SSRİ DİN DQ-nin o vaxt Bakı və Sumqayıtda dislokasiya olunmuş hərbi hissələrinin bazasında müstəqil dövlətimizə məxsus yeni hərbi hissələrin yaradılması hərbi quruculuq baxımından mühüm hadisə idi.
Daxili Qoşunlar ön cəbhədə, silahlı cinayətkarlarla mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında çox çətin və şərəfli bir yol keçib. 1992-1994-cü illərdə Ağdam, Ağdərə, Füzuli, Zəngilan və Cəbrayılın barıt qoxulu səngərlərində şücaət nümunələri göstərən DQ-nin şəxsi heyətindən 496 nəfər şəhidlik zirvəsinə ucalıb, 268 nəfər itkin düşüb, 1166 nəfər isə yaralanıb. DQ-nin 9 nəfər hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həmçinin, DQ-nin yüzlərlə hərbi qulluqçusu müxtəlif orden,medal və döş nişanları ilə təltif edilib.
Burada bir faktı qeyd etməyi vacib bilirəm.Bir sıra qəhrəmanlar, dövlətin ali mükafatlarına layiq görülmüş hərbçilər var ki, onları da DQ-nin yetirməsi saymaq olar. Baxmayaraq ki, onlar hərbi xidmətini və ya xidməti fəaliyyətini digər hərbi qurumlarda, habelə hüquq-mühafizə orqanlarında davam etdirib. Belə ki, adı geniş ictimaiyyətə bəlli olan Milli Qəhrəman mərhum Mübariz İbrahimov əsgəri xidmətini DQ-nin hərbi hissəsində keçib.
1994-cü ilin mayında ön cəbhədə atəşkəs elan olunduqdan sonra da DQ-nin şəxsi heyəti döyüş mövqelərini tərk etməyib. 1999-cu ilin əvvəlinədək DQ-nin hərbi hissəsi Füzuli rayonu ərazisində təmas xəttinin keşiyində dayanıb.
1994-cü il fevralın 8-də "Daxili Qoşunların statusu haqqında" Qanun qüvvəyə minib. Ötən illərdə DQ-nin şəxsi heyəti ölkə paytaxtı və bölgələrdə terrorçu qrupların zərərsizləşdirilməsi,kütləvi iğtişaşların qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, mühüm dövlət obyektlərinin və xüsusi yüklərin qorunması kimi dövlət əhəmiyyətli tapşırıqların uğurla yerinə yetirilməsinə müvəffəq olub.
Diqqətəlayiq bir faktdır ki,hərbi şərəf və hünər rəmzi olan döyüş bayrağının ölkənin ilk təqdim olunduğu hərbi qurumlarından biri də Daxili Qoşunlardır.
Bu gün Daxili Qoşunlar yüksək maddi-texniki təchizata malik və peşəkar bir qoşun növü kimi fərqlənir. Müasir standartlara uyğun yenidən qurulan hərbi hissələr, yeni texnika və silahlar,xüsusi vasitələr,habelə helikopterlər, geniş imkanlara malik təlim bazası DQ-nin potensialı barədə kifayət qədər aydın təsəvvür yaradır.
Keçdiyi inkişaf yolunda DQ-nin funksiyaları bir sıra dəyişikliklərə məruz qalıb. Məsələn, 1993-cü ildə cəzaçəkmə müəssisələrinin mühafizəsi funksiyası DQ-dən alınaraq müvafiq ədliyyə strukturlarına verilib.Bununla belə,ötən dövrdə bəzi funksiyalardan tam həcmdə istifadə olunmayıb.
Ümumiyyətlə, ötən dövrlərdə DQ-də həyata keçirilən çoxşaxəli islahatlar bəzi struktur dəyişikliklərinə, təlim proqramlarının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına gətirib çıxarıb. Ancaq bununla yanaşı, DQ-nin statusunun yeni məzmunu,yəni indiki vəziyyətindən qismən hərbi, qismən də hüquq-mühafizə qurumu vəziyyətinə keçid prinsipləri və mexanizmləri müzakirələrin mövzusudur. Bu məsələnin yaxın perspektivdə gündəmə gəlməsi istisna deyil. Ancaq belə fikirlər də mövcuddur ki, indiki nə hərb, nə sülh reallığında bu məsələ elə də aktuallıq kəsb etmir.
Dünyanın bir çox ölkələrində DQ-nin funksiyalarına bənzər vəzifələri yerinə yetirən strukturlar var. Məsələn, jandarm, karabinerlər kimi qurumları buna misal göstərmək olar. Bu baxımdan jandarm təşkilatlarının modeli təcrübə mübadiləsi üçün daha cəlbedicidir. Hazırda Daxili Qoşunlar Türkiyə Jandarm Təşkilatı ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Xüsusi vurğulamağa dəyər ki, Türkiyə Jandarm Təşkilatı Azərbaycanın Daxili Qoşunlarının inkişafına ötən müddətdə davamlı dəstək göstərib.
Bu gün Daxili Qoşunlar ictimaiyyətlə əlaqələr məsələsində stabil mövqe nümayiş etdirən qurumdur. Son illər bir sıra gənclər təşkilatı, universitetlər, orta məktəblərlə birgə ictimai layihələr həyata keçirilib. Daxili Qoşunlarda əsgər valideynləri ilə müntəzəm görüşlər də təşkil olunur. Veteran təşkilatının da yaradıldığı DQ-də veteranlara diqqət və qayğı göstərilir.
Bu gün cəmiyyətdə bəzi destruktiv mövqeli mətbuat orqanları və informasiya saytları DQ barədə ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa cəhd edirlər. Həmin çevrələr əvvəllər də bu yöndə iş aparsa da, ictimai rəydə dəstək qazana bilməyib. Çünki cəmiyyətin əksər hissəsi sabitlik və ictimai təhlükəsizlik faktoruna böyük dəyər verir. Daxili Qoşunlar da ictimai təhlükəsizliyin qorunmasını təmin edən mühüm güc qurumlarından biridir.
Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ