1954-cü ildə Krımı Ukraynaya tabe etmiş sovet lideri Nikita Xruşşovun oğlu Sergey Xruşşov atasının bu addımı barədə danışıb. Anspress xəbər verir ki, 1991-ci ildən ABŞ-da yaşayan və soyuq müharibə üzrə tarixçi-ekspert işləyən Sergey Xruşşov Almaniyanın "Die Welt” jurnalına müsahibəsində deyib ki, atasının qərarı iqtisadi səbəblərlə bağlı olub.
Krımın əhalisinin yarıdan çoxu ruslar, 25 faizi etnik ukraynalılar, 12 faizi isə Krım tatarlarıdır. Sergey Xruşşovun sözlərinə görə, 1953-cü ildə Dnepr və Krım arasında, yəni Ukrayna və Rusiya arasında kanal çəkmək nəzərdə tutulub. Həmin tikintiyə yalnız bir respublikanın məsuliyyət daşıması üçün Krımın Ukraynaya verilməsi qərara alınıb.