Bazar ertəsi günü, 09 noyabr 2026
     

Umud Rəhimoğlu qlobal istiləşmənin yarada biləcəyi təhlükələri önləməyin yollarına dair Bakıda müzakirələr təşkil etdi

Image


20 may 2014-cü il tarixdə BMT-nin İqtisadi Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) konfrans zalında "İqlim Dəyişikliyi və İnkişaf" Alyansı İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) 5-ci Qiymətləndirmə Hesabatının 2-ci və 3-cü İşçi Qrupunun məlumatlarına dair mətbuat üçün brifinq keçirilib.
Tədbirə ev sahibliyi edən BAMF-ın sədri Umud Rəhimoğlu giriş sözü ilə qonaqları, eləcə də media nümayəndələrini salamlayaraq tədbirin mahiyyəti və bu istiqamətdə görülən işlər haqqında qısa məlumat verib.
"İqlim Dəyişikliyi və İnkişaf " QHT Alyansı bildirir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) sonuncu hesabatları göstərir ki, iqlim dəyişikliyinin törədə biləcəyi fəlakətlərin qarşısını almaq mümkündür. Bunun üçün karbonla çirklənmənin təcili və uzunmüddətli dövr üçün azaldılması ən əsas şərt kimi göstərilib.
İPCC hesabatı tərəfindən təsdiqlənən məlumata görə, iqlim dəyişikliyinin gələcəkdə törədəcəyi fəlakətlərin qarşısını almaq üçün dünya liderləri fəal olmalıdır.
Dünyanın aparıcı iqlim mütəxəssisləri dünya ictimaiyyətinin iqlim dəyişikliyi nəticəsində artan risq şəraitində yaşamaq üçün qətiyyən hazır olmadığı barədə dövlətləri xəbərdar ediblər.
Yokohamada açıqlanan İPCC-nin - Qiymətləndirmə Hesabatının 2-ci hissəsində iqlim dəyişikliyinin bütün materik və okeanlarda həyata mənfi təsir göstərəcəyi barədə məlumat əksini tapıb. İqlim dəyişikliyi güclənir və temperatur artımı, daşqın, quraqlıq, ərzaq qıtlığı yaradır. Bunun nəticəsi olaraq yoxsul əhali sayının artması və xəstəliklərin yayılması kimi halların baş verməsi qaçılmazdır.
İPCC hesablamasına əsasən, inkişaf etməkdə olan ölkələrdə il ərzində adaptasiya tədbirləri 100 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti təşkil edəcək. Amma bu rəqəmə pul ilə hesablana bilməyən mədəni irs, insanların həyatı və biomüxtəliflik aid edilməyib.
Ekspertlər istixana effekti yaradan qazların azaldıması istiqamətində təcili tədbirlər görülmədiyi halda adaptasiya edilməyəcək qədər ciddi fəsadların baş verəcəyi barədə xəbərdarlıq edir.
Alyansın koordinatoru Aytəkin Əsgərovanın sözlərinə görə, "Hesabata əsasən deyə bilərik ki, Azərbaycanda temperaturun təxminən 5C qədər artacağı gözlənir. Bu isə ölkəmizdə buzlaqların əriməsi, sel və daşqınların, Xəzər dənizinin səviyyəsinin artmasına gətirib çıxaracaq. Digər tərəfdən isə, yarımsəhra zonada yerləşən ölkəmizdə quraqlıq nəticəsində torpaqların deqradasiyası, meşə landşaftının məhv olması, su resurslarının azalması kimi təhlükələr qaçılmazdır. Bunun nəticəsində isə əhalinin kənd təsərrüfatı imkanları aşağı enəcək, sahilyanı ərazilərdə yaşayan əhali arasında isə infeksion xəstəliklərin yayılması halları və s. baş verəcək. Bu kimi ağır nəticələrə isə cavab tədbirlərinin ləngiməsi gətirib çıxara bilər. Ən pis nəticələrin qarşısını almaq üçün aktiv fəaliyyət göstərmək lazımdır. Bunun üçün isə mövcud dövlət komissiyasının fəaliyyətini aktivləşdirmək və ya bütün müvafiq qurumların da cəlb olunması ilə yeni çoxtərəfli Milli Komitə yaradılmalıdır".
İPCC-nin - Qiymətləndirmə Hesabatının 3-cü hissəsi Berlində açıqlandı. Hesabatda uzunmüddətli perspektiv üçün mədən yanacaqlarının bərpa olunan enerji ilə əvəz olunmasının faydalarına xüsusi diqqət yetirilir. Ümumdünya enerji hasilatı sisteminin yaradılması ilə bərabər, İPCC iqlim dəyişikliyinə cavab tədbirləri olaraq başqa variantları da təklif edir. Bunlara enerjinin səmərəli istifadəsi, təmiz nəqliyyat və tikinti texnologiyalarına investisiyaların qoyulmasını misal göstərmək olar.
Hesabata görə, iqlim dəyişikliyinin törədə biləcəyi ən pis təsirlərin qarşısını almaq üçün bütün dünya üzrə aşağı karbon və karbon olmayan enerji mənbələrindən istifadəni ən azı 2050-ci ilə qədər 3 dəfə artırmaq lazımdır. İPCC-yə görə, bu dəyişikliklərin maliyyələşdirilməsi üsulları belə olmalıdır: növbəti onilliklərdə çirkləndirici enerji mənbələrinə investisiya qlobal olaraq hər il 30 milyard ABŞ dolları azaldılmalıdır, əvəzində isə bərpa olunan enerji mənbələrinə investisiyalar ən azı 2 dəfə artırılmalıdır.
800 ekspertin üzərində işlədiyi İPCC 5-ci Qiymətləndirmə Hesabatının 3-cü hissəsi özündə son elmi tədqiqatların məlumatlarını birləşdirməklə dünya liderlərinə təzyiqi artırdı. Çünki bu hesabatdan aydın oldu ki, tullantıların azaldılması çox ucuz başa gələ bilər və heç bir tədbirlər görməməklə müqayisədə daha effektiv ola bilər.
"Hesabat göstərir ki, iqlim məsələlərində çıxış yolları mümkündür" - deyə Alyansın koordinatoru Aytəkin Əsgərova qeyd etdi. "Amma nəzərə alsaq ki, iqlim dəyişikliyinə səbəb olan çirklənmə səviyyəsi daim artır, risqlər çoxalır, belə halda təcili fəaliyyətə başlamaq lazımdır və bərpa olunan enerji mənbələrindən istifadəni tezləşdirmək və əhatə dairəsini genişləndirmək lazımdır. Bundan əlavə, qeyd etməliyik ki, bərpa olunan enerjidən istifadənin enerji təhlükəsizliyi, yeni iş yerləri, davamlı biznes və sağlamlığın yaxşılaşması kimi faydaları var".
Cari ilin sentyabrında BMT-nin baş katibinin təşəbbüsü ilə iqlim dəyişikliyi ilə bağlı sammit keçiriləcək. Həmin sammitdə ölkə rəhbərləri 2015-ci ildə Parisdə imzalanacaq yeni müqavilənin əsası olacaq birgə qərar qəbul etməlidir.
Tədbirdə İPCC üzrə milli koordinator - ARDNŞ-in Ekologiya İdarəsinin Elm və texnika şöbəsinin rəisi Məhərrəm Mehdiyev İPCC işçi qrupları haqqında ətraflı məlumat verərək qeyd etdi ki, bundan əlavə olaraq tullantıların inventarlaşmasını aparan xüsusi qrup da mövcuddur. O, istixana effekti yaradan qazların atmosferdə konsentrasiyası son dövrlər kəskin artdığından, onların inventarlaşmasını aparmağın əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov istixana effekti yaradan qazların son 30-40 ildə 287 ppm-dən 400 ppm-ə qalxmasını nəzərə çatdırdı. Daha sonra "İPCC son hesabatına görə, XXI əsrin sonuna kimi bu rəqəm 475 ppm çatacaq. Əhali temperatur artımının yaxşı hadisə olduğunu düşünür, bu əsla belə deyil. Temperatur artan zaman Yerin enerjisi qeyri-bərabər paylanır. Bunun nəticəsi olaraq isti ölkələrdə qarlı, soyuq ölkələrdə isə, əksinə, isti hava şəraiti müşahidə olunur. Buzlaqlar əridikicə metan qazı daha çox atmosferə qalxır. Bakıya nəzər yetirsək, aylıq yağıntı norması 1-2 günə düşür. Külək siklonlarının yaranma yeri və istiqamətləri dəyişir "deyə G.Süleymanov bildirdi.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli koordinatoru İsa Əliyev "tarixən 1C temperatur artımı 1000-1200 il ərzində baş verirdi. Hazırda isə 3-5C arası temperatur artımı 30-40 il ərzində baş verir" söyləməklə iqlimin dəyişməsi prosesinin getməsinin normal sayılması fikirlərinə aydınlıq gətirdi. "Dünya tullantılarının böyük əksəriyyəti ABŞ, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və s. kimi ölkələrin payına düşür. Çin 7 milyard ton tullantısı olmaqla ABŞ-ı geridə qoyub. Azərbaycanın dünya tullantılarında payı 0.1% təşkil edir, bu da onu göstərir ki, bizim tullantılar qlobal istiləşməyə bir o qədər də təsir etmir, amma bizə olan təsirlərə adaptasiya olmalıyıq. Hazırda ölkədə bir sıra dövlət proqramları həyata keçirilir. Məsələn, bərpa olunan enerjidən istifadəyə başlamaqla tullantıları 1% endirməyə nail olmuşuq". fikirləri ilə İ.Əliyev çıxışını davam etdi.
Tədbir mətbuat nümayəndələrinin suallarını cavablandırmaqla başa çatdı.
Qeyd edək ki, BAMF Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə 2010-cu ildə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində Bakıda, regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçiləri, tələbə-jurnalistlər üçün keçirilən 3 günlük konfrans-seminarın təşkilatçılarından olub.
Bununla yanaşı, BAMF Azərbaycan Mətbuat Şurasının, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün "İqlim dəyişmələri və ekoloji stabillik" adlı təlim kitabı və "www.mediaclimate.org" saytını hazırlayıb. Hər iki iş YUNESKO-nun "Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram"ı çərçivəsində reallaşmış "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsinin tərkib hissələri kimi ərsəyə gəlib.
Nəşr edilən kitab çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutulub. "www.mediaclimate.org" saytı da eyni məqsədlə hazırlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ