Bazar ertəsi günü, 09 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əli Həsənov Azərbaycanın daxili və xarici siyasətinə yönləndirici müdaxilə cəhdlərinə sərt cavab verdi
Tarix: 20.05.2014 / 08:12
Bölmə: Gündəm
"Trend" Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini təqdim edir
- Əli müəllim, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən neqativ fikirlər səsləndirib. Bu fikirlərə münasibətinizi bilmək istərdik.
- İlk öncə onu qeyd etmək istərdim ki, ABŞ-la Azərbaycan arasında keçən iyirmi ildə daim yaxşı münasibətlər olub. Bu gün də iki ölkə arasındakı əlaqələr kifayət qədər sabitdir, bir sıra sahələr üzrə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyi, transmilli nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli tərəfdaşlıq əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir. Biz beynəlxalq hüquq normaları əsasında, ABŞ da daxil olmaqla, bütün transmilli dünya ilə, dost və tərəfdaş ölkələrlə qarşılıqlı etimad, faydalı və səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində geniş əməkdaşlıq edirik. Bir tərəfdaş kimi Azərbaycan daim öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir, beynəlxalq öhdəliklərini axıra qədər icra edir.
Bununla yanaşı, Azərbaycan həm də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu xalqa neçə yaşamağı öyrətməsi" heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi də olmayacaq.
Konkret olaraq cənab Riçard Morninqstarın məlum müsahibəsinə gəldikdə, deyə bilərəm ki, onun fikirləri nə Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğundur nə də ki, "Diplomatik əlaqələr haqqında" 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasının tələblərinə cavab verir. Konvensiyaya əsasən, xarici dövlətlərin diplomatları fəaliyyət göstərdikləri ölkələrin qanunlarına və ictimai həyat normalarına hörmətlə yanaşmalı, bu ölkənin daxili və xarici işlərinə qarışmamalıdır. Diplomatik nümayəndəliyin əsas funksiyaları öz ölkəsi ilə fəaliyyət göstərdiyi dövlət arasında dostluq münasibətlərini dəstəkləmək, xalqlar arasında ictimai, iqtisadi, mədəni və s. əlaqələrin inkişafına yardım göstərməkdir. Təəssüf ki, cənab R.Morninqstarın açıqlamalarında bu tələblər bir qədər pozulub.
- Səfirin qeyri-diplomatik və təəccüb doğuran ritorikası ölkə mediasının da diqqətindən yayınmayıb. Onun bir sıra iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi xarakterizə olunur. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz. R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və düşündürür.
Bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən "Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə yoxdur.
O ki qaldı Azərbaycanda hakimiyyətin qeyri-monolit olması fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil. Azərbaycanda hakimiyyət xalqın iradəsi əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı olmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə, vahid komanda halında ölkənin dinamik inkişafı, milli maraqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və s. istiqamətdə prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan öz coğrafi və geosiyasi mövqeyinə, xalqın milli maraqlarına və xüsusiyyətlərinə əsaslanaraq, dünyanın müasir reallıqlarına cavab verən siyasəti, məxsusi inkişaf yolu ilə seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və məqsədyönlü siyasəti bundan sonra da davam etdiriləcəkdir.
- Müsahibədə o da qeyd edilir ki, əgər hökumət Ukraynada baş verən hadisələrin Azərbaycanda baş verməsini istəmirsə, insan haqları və demokratiya məsələlərinə diqqəti daha da artırmalıdır...
- Düşünürəm ki, yanlış postulatla heç vaxt düzgün məntiqi nəticə hasil oluna bilməz. Birincisi, bəzi "hüquq müdafiəçilərinin" iddiasının əksinə olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına, mətbuata və azad informasiya fəaliyyətinə heç bir təzyiq yoxdur. Ölkədə yüzlərlə QHT, müstəqil media orqanı nəinki sərbəst fəaliyyət göstərir, həm də dövlətin bu iş üçün ayırdığı əsaslı yardımlardan bəhrələnir. Azərbaycanda dünyanın çox ölkəsinin həsəd apara biləcəyi tam azad internet mövcuddur. O ki qaldı müvafiq dövlət orqanlarının bu istiqamətdəki bəzi təşəbbüslərinə, qanunvericiliyin müddəalarının yerinə yetirilməsi istiqamətindəki addımlarına, bu fəaliyyət, ilk növbədə elə demokratiyanın tələbi hesab olunan ölkədaxili nizam-intizamın yaradılmasına, şəffaflığın təmin edilməsinə xidmət göstərir. Hazırda hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da peşə mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Əgər hər hansı vətəndaş qanunu pozubsa, cinayət törədibsə, onun məsuliyyətini də daşımağa hazır olmalıdır.
İkincisi, bu gün bir çox Qərb ölkələrində insanların sərbəst toplaşmaq azadlığına həm qanunvericilik, həm də praktiki baxımdan məhdudiyyətlər tətbiq olunur, mitinq və etirazların qarşısı zorakılıqla alınır. KİV əməkdaşlarına maneələr yaradılması, fəaliyyəti hakimiyyətin maraqlarına cavab verməyən nəşrlərin çökdürülməsi, jurnalistlərin diffamasiya hallarına görə həbs olunması, izlənməsi, müxtəlif texniki vasitələrlə telefon danışıqlarının və internet yazışmalarının dinlənməsi, internetin məhdudlaşdırılması və s. ilə bağlı yüzlərlə faktlar mövcuddur. Ancaq biz bunu həmin ölkələrdə antidemokratik tendensiya kimi səciyyələndirmirik və hesab edirik ki, ayrı-ayrı azsaylı halların ümumiləşdirilərək hər hansı dövlətin siyasi xətti kimi qələmə verilməsi yanlış metodologiyadır. Əfsus ki, biz bəzi Qərb dairələrindən Azərbaycana qarşı adekvat münasibət görmürük.
Üçüncüsü, hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına təmənnasız, heç bir başqa niyyət olmadan yardım göstərmək istəyi və bununla daban-dabana zidd olan məqsədyönlü fəaliyyət arasında fərqi açıq göstərmək lazımdır. Azərbaycan demokratik standartların geniş tətbiqi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi məqsədilə Avropa Şurası, ATƏT, Avropa İttifaqı və s. bu kimi nüfuzlu beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir, birgə layihələr reallaşdırır. Təəssüf ki, bəzi xarici dairələr Azərbaycanda siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını və medianı ələ alır, qeyri-qanuni maliyyələşdirir, onları öz iradəsinə uyğun və milli maraqlarımıza zidd istiqamətə yönəltməyə cəhd göstərirlər. Konkret təlimatlar əsasında işləyən bu qurumların əsas missiyası dövlətimizin beynəlxalq imicini ləkələnmək, onun haqqında mənfi rəy formalaşdırmaq, qulluğunda durduqları xarici dairələrin anti-Azərbaycan kampaniyasına əsas yaratmaq və dəstək verməkdir. Azərbaycan cəmiyyəti onların kimliyi və fəaliyyəti haqqında kifayət qədər məlumatlıdır. Buna görə də ictimaiyyətimiz bəzi xarici dairələrin bu qurumların donoslarına əsasən hazırladıqları "hesabatları" və irəli sürdükləri subyektiv iddiaları heç vaxt ciddi qəbul etməyib, etmir və gələcəkdə də etməyəcək.
Bu günlərdə "Sülh və Demokratiya İnstitutu" adlanan qurumun fəaliyyəti haqqında mediada çoxsaylı materiallar verildi. Aydın oldu ki, Qərbdəki bir sıra fondlar vasitəsilə qeydiyyatı olmayan bu tipli təşkilatlara qeyri-qanuni yollarla milyonlarla vəsait ötürülür. Bu vəsaitlər hansı məqsədlərə yönəldilir, necə xərclənir? Bizdə heç bir məlumat yoxdur. Azərbaycan qanunları bu sahədə şəffaflığın təmin olunmasını tələb edir və müvafiq orqanlar bu istiqamətdə addımlar atmağa başlayanda beynəlxalq havadarlar işə qoşulur, Azərbaycanda guya vətəndaş cəmiyyəti institutlarına təzyiqlər göstərildiyini iddia etməyə başlayırlar. Daha bir misal kimi 2013-cü ilin martında ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqorevsin fəaliyyətini göstərmək olar. Bu qurum Azərbaycanda gənclərdən ibarət radikal etirazçı qrupun formalaşdırılmasına, onun qeyri-qanuni fəaliyyətinin təşkil edilməsinə külli miqdarda pul xərcləmişdi. Həmin vəsait haqqında Azərbaycanın müvafiq dövlət orqanlarına heç bir məlumat verilməmiş və bu günə kimi də bu məsələ qaranlıq olaraq qalır. Təbii ki, həmin gənclərin bir qisminin evlərindən "Molotov kokteylləri" çıxanda hökumət ciddi tədbirlərə əl atmaq məcburiyyəti qarşısında qaldı. Bunun ardınca bəzi Qərb dairələrinin, onların təsiri altında olan siyasiləşmiş hüquq müdafiə təşkilatlarının isterik bəyanatları özünü çox gözlətmədi. Süni və məqsədli şəkildə radikallaşdırılmış başıpozuq kütlədən, xüsusilə də gənclərdən istifadə etməklə, vətəndaş cəmiyyəti institutlarının bayrağı altında müxtəlif ölkələrdə dəfələrlə sınaqdan keçirilmiş belə fəaliyyət taktikası bizə məlumdur. Ukraynadakı "Maydan" hərəkatı da bəzi beynəlxalq güclərin layihəsidir və onlar hazırda bu ölkədə baş verənlərə - vətəndaş qarşıdurması, xaos və anarxiyaya, dövlətin parçalanmasına görə birbaşa məsuliyyət daşıyırlar. Əgər həmin dairələr Azərbaycanda da analoji proseslərin baş verməsini istəyirlərsə, bunun qarşısını almaq da bizim vəzifəmiz və borcumuzdur. Azərbaycan iqtidarı dövlətin təhlükəsizliyini təhdid edən istənilən addıma layiqli cavab verməyə hazırdır və heç bir isterik bəyanat, çərçivəni aşan ritorika dövlətin iradəsini sarsıda bilməz.
- Səfir R.Morninqstar Azərbaycana qarşı bəzi region ölkələrindən gələn təhlükələr barədə də danışıb. Həqiqətənmi belə təhlükə mövcuddur? Yoxsa səfirin bu fikirləri başqa məqsədə hesablanıb?
- Ermənistan istisna olmaqla, Azərbaycanın bütün region ölkələri ilə çox yaxşı dost və tərəfdaşlıq münasibətləri mövcuddur. Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq işğalçılıq siyasəti yürüdən yeganə ölkə Ermənistandır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfiri bu real təhlükə barədə danışmır, əvəzində isə Azərbaycanın qonşuları ilə bağlı müxtəlif şayiələr üçün əsas verir. Bu tendensiya yeni deyil, Qərb rəsmiləri və mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız mülahizələr, məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük ölkələri ilə münasibətlərini pozmağa çalışıblar.
Bu gün də insanlar fikirləşir ki, görəsən Azərbaycanın müstəqilliyinə qarşı hansı ciddi təhlükə mövcuddur ki, ABŞ səfiri onun "müstəqilliyi və suverenliyi üçün səsini ucaltmaq" haqqında danışır. Açıq etiraf etməliyik ki, İran-Azərbaycan münasibətlərində yaxın vaxtlara kimi mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi qəsdən mediaya sızdırılmış müxtəlif səpkili dezinformasiyalar olmuşdur. Lakin bu ilin aprelində Prezident İlham Əliyevin İrana səfəri zamanı bütün anlaşılmazlıqlar aradan qaldırıldı və ikitərəfli əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanın bütün region ölkələri ilə münasibətləri yüksək səviyyədədir və bu tipli iddialar mövcud əməkdaşlığın ruhuna xələl gətirə bilməz.
- Həm ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədr Ceyms Uorlik, həm də səfir Morninqstarın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri də narahatlıq doğurur. Ən azından ona görə ki, başqa analoji problemlərlə əlaqədar ABŞ bir mövqe, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə fərqli münasibət ortaya qoyur. Sizcə, bunun səbəbi nədir?
- Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə dəfələrlə münasibət bildirib və mövcud ikili standartları şiddətlə qınayıb. Həqiqətən də, postsovet məkanında digər oxşar münaqişələrlə əlaqədar ABŞ birmənalı şəkildə işğal faktını qınayır, beynəlxalq hüquqdan, ərazi bütövlüyü prinsipindən danışır. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü ilə yanaşı, dərhal həm də "xalqların öz müqəddəratını təyin etməsi" prinsipi yada düşür. Nə cənab C.Uorlik, nə də səfir R.Morninqstar Azərbaycanın 1992-ci ildə BMT və ATƏT tərəfindən təsdiq edilmiş ərazi bütövlüyündən birbaşa danışmır, yalnız işğal olunmuş 7 rayonun geri qaytarılmasından bəhs edirlər. Dağlıq Qarabağın gələcək statusunun beynəlxalq hüquqa uyğun deyil, yalnız danışıqlar vasitəsilə müəyyənləşdirilməsi təlqin olunur. Sual doğur, niyə? Məgər ABŞ Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmirmi? Bəs onda 20 ildir bu ölkənin ən yüksək səviyyəli rəsmilərinin "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir" tipli bəyanatlarını necə anlamaq olar? Bu ziddiyyətin səbəbi nədir? Necə olur ki, digər hallarda beynəlxalq birlik təcavüz və işğal faktlarını pisləyir, tələb irəli sürür, iqtisadi sanksiyalar tətbiq edir, lazım gələndə güc faktorunu işə salır, amma Dağlıq Qarabağ və Ermənistan məsələsində deyirlər ki, tərəflər razılığa gəlsin, beynəlxalq birlik isə bunu dəstəkləyəcək. İşğalçı ilə işğalın qurbanı beynəlxalq hüquq əsasında hansı razılığa və necə gələ bilər?! Yaxşı olardı ki, həm cənab Uorlik, həm də səfir Morninqstar başqa məsələlərdən də danışardılar. Məsələn, nəyə görə ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz milyonlarla dollar yardım ayırır? ABŞ-ın indiyə qədər bu işğalçı dövlətə və separatçı rejimə ayırdığı təxminən iki milyard dollar vəsait hara xərclənib? Nəyə görə bu qondarma rejimin ABŞ-da nümayəndəliyi var? Nəyə görə terrorçu rejimin başçılarının ildə bir neçə dəfə Amerikada marafon keçirməsinə və milyonlarla dollar pul yığılmasına şərait yaradılır? Bu günə qədər ATƏT MQ-nin həmsədri kimi ABŞ münaqişənin həlli istiqamətində hansı real addımlar atıb?
İndiyə kimi bu sualların heç birinə aydın və qənaətbəxş cavab verilməyib. Azərbaycan cəmiyyəti eyni sözlərdən, ikili standartlardan bezib və artıq bu bəyanat müəlliflərinin səmimiyyətinə inanmır. Azərbaycan ictimaiyyətində artıq belə bir rəy formalaşıb ki, ABŞ-da dövləti idarə edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar daha çox növbəti seçkilər haqqında düşünürlər və buna görə də öz ölkələrinin strateji maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər.
- Əli müəllim, səfirin açıqlaması ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərə bilərmi?
- ABŞ-la Azərbaycanın strateji maraqları, ölkələrimiz və xalqlarımız arasında formalaşmış dostluq münasibətləri tərəfdaşlığın qorunub saxlanmasını və daha da inkişaf etdirilməsini tələb edir. Bu isə qarşılıqlı etimad, səmimi davranış mühiti olduqda, bir-birinin daxili işlərinə müdaxilə kimi lazımsız addımlardan imtina edildikdə, ikitərəfli əlaqələrin inkişafına real töhfələr verildiyi təqdirdə mümkündür.
Azərbaycan özünün xarici siyasətində, bütün dost ölkələrlə münasibətlərində bu prinsipləri başlıca meyar hesab edir və tərəfdaşlarından da adekvat münasibət gözləyir. Hesab edirik ki, cənab R.Morninqstar da daxil olmaqla, bütün ABŞ rəsmiləri bu reallıqları nəzərə almalı və qeyri-obyektiv, əsassız iddialardan, ikitərəfli münasibətlərin ruhuna zidd ritorikadan çəkinməlidirlər.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
- VİDEO
09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
- FOTO
08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- FOTO
08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
- FOTO
08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır
- FOTO
08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb
- VİDEO
08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur"
- Ərdoğan
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO/YENİLƏNDİ
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü...
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
- FOTO
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ