Bazar ertəsi günü, 09 noyabr 2026
     

Hafiz Məmmədov özünü daha da çətinə saldı

Image


Bakı Futbol klubunun, "Bank of Azerbayjan"ın "Baqlan qrup"un sahibi Hafiz Məmmədovun adı və fəaliyyəti barədə çox şübhəli söz-söhbətlər son vaxtlar daha da güclənib. Bu gün Azərbaycanda ən dumanlı təsəvvürlər yaradan üç fəaliyyət sahəsi var ki, onun üçündə də "Hafka" adlandırılan Hafiz Məmmədovun adı keçir: bank işi, futbol və tikinti işləri. Hafiz Məmmədovun adı niyə bu qədər "əlləm-qəlləm" söhbətlərin mövzusu olur?
Təbii ki, bunun səbəbini ilk növbədə onun hər üç sahədə - bank işi, futbol və birbaşa biznesdəki fəaliyyətinin dərin təhlili ilə ortaya çıxarmaq olar. Ancaq bu yazıda hələlik Hafiz Məmmədovun fəaliyyətini dərin təhlil etmək fikrimiz olmadığı üçün başqa bir məsələyə diqqət yönəltmək istəyirik. Bu da ondan ibarətdir ki, kim olursa olsun, adamlar haqqında "əlləm-qəlləm" söhbətlərin başqa bir səbəbi həmin şəxsin hərəkətləri və danışıqları ilə bağlıdır. Yəni peşəkar fəaliyyət bir yana qalsın, insan bəzən çıxış və adi danışığında elə səhvlər buraxır ki, onun bir çox hallarda effekti sadəcə ifşaedici olur və ya öz sahibinə qarşı kəskin suallar yaradır. Məsələn, Hafiz Məmmədovun üç gün əvvəl mediaya böyük həcmli müsahibəsi kimi. Başa düşülür ki, Hafiz Məmmədov bu müsahibə ilə özünü son günlərin ən qarmaqarışıq söhbətlərindən xilas etməyə və təmizə çıxmağa çalışıb. Söz yox ki, müsahibənin verilməsində təşəbbüskar şəxsən özü olub və hansısa mülahizələrlə müsahibə verdiyi media orqanını seçərək hərəkətə keçib. Hamı bilir ki, hələ aylar öncə bir beynəlxalq jurnalist təşkilatı tərəfindən rüşvət verməkdə ifşa olunan və hətta bu məsələ ilə dünyanın nüfuzlu televiziya kanalının hədəfinə düşən Hafiz Məmmədov barədə son həftələr yeni söhbətlər başlayıb. Bir vaxt Azərbaycanın adını guya qaldırmaq üçün Fransada futbol klubunun alış-verişinə baş vurdu, sonra jurnalistlərə pul paylayan yerdə lentə alınaraq telefiziyada göstərildi və həmin televiziya onun timsalında Azərbaycanda guya korrupsiyanın tüğyan etdiyi barədə dövlətimiz üçün ləkələyici eyhamlar vurdu. Sual olunur: Azərbaycanın adını qaldırmaq üçün "futbol klubu alıram" demək hara, öz hərəkətləri ilə dövləti beynəlxalq arenada korrupsiya ittihamlarına hədəf etmək hara? Bəlkə Azərbaycana "Hafizsayağı" xidmət belə olur? Və belə xidmətin xoş olmayan təəssüratı səngiməmiş "Bank of Azerbayjan"ın iflas etdiyi, futbolçularla Hafiz Məmmədov arasında problem yarandığı, Hafiz bəyin öz şərikləri, məşhur Məmmədovlarla yollarının pis formada ayrıldığı barədə xəbərlər yayıldı. Hafiz Məmmədovu son bir neçə gündə xüsusi məqsədlərlə mediaya üz tutmağa vadar edən əsas səbəbin məhz bu söz-söhbətlərlə bağlı olduğuna artıq heç bir şübhə yoxdur. Ancaq məşhur oliqarx son vaxtlar onu hədəfə almış qara-qura işlərin hamısına aydınlıq gətirə bildimi bir müsahibə ilə? Müsahibənin təkcə birinci hissəsinin doğurduğu təəssürat, Hafiz Məmmədov üçün nə qədər acı olsa da deməliyik ki, təəssüfləndiricidir. Əvvəla, Hafiz bəyin danışıq üslubundandı, ya söhbətin qələmə alınma ustalığındandı, dəqiq deyə bilmərik, müsahibənin bir çox yerləri o qədər rabitəsiz və qeyri-müəyyəndir ki, anlamaq çətindir, nə demək istədiyi bəzən başa düşülmür. Digər tərəfdən, müsahibənin bir sıra hissələri birbaşa Hafiz Məmmədovun özünə qarşı ittihamedici suallar doğurur, beləliklə, guya son günlərin mübahisəli məsələlərinə aydınlıq gətirmək istəyən şəxs özünü daha dərin bataqlığa salır. Ondan başlayaq ki, Hafiz bəy Xədicə Abbasovadan "sitat" gətirməklə uğursuz gediş edib. Xədicə Abbasovanın dili ilə "mən onların səviyyəsinə enmədim" sözləri, Hafiz Məmmədovun nə demək istədiyindən asılı olmayaraq, onun öz əleyhinə çevrilir. Adətən sitatı sözü, adı bir çox sferalarda önəmli olan şəxslərdən gətirirlər. Xədicə Abbasovanın isə məhdud bir sahə adamı olduğunu nəzərə alsaq, belədə Hafiz Məmmədovun məhz ondan sitat gətirməsi həqiqətən uğursuz taktikadır.
Digər tərəfdən, Hafiz bəy futbolçuların maaş məsələsini aydınlaşdırmaq istərkən də sual yaradıb. Deyir ki, futbolçular pula önəm vermədiklərini bildiriblər, qorxudan mənə heç nə demirlər. Maraqlıdır, Hafiz Məmmədov hansı qorxudan danışır, əgər söhbət futbolçuların qanuni maaşlarından gedirsə, futbolçular öz qanuni maaşlarını istəyəndə nə üçün sahibkardan qorxmalıdır?
İndi də gələk lisenziya söhbətinə. Hafiz Məmmədov öz klubunun avrokuboklara düşməməsini lisenziya məsələsi ilə izah edənlərə cavab verir ki, bu, lisenziya ilə bağlı deyil, onunla bağlıdır ki, bizim klub lazımi balları toplaya bilməyib. O deyir: "Lisenziyadan asılı olsa, biz 4-5 manat tapıb lisenziya ala bilərik". Maraqlıdır, Hafiz Məmmədov lisenziyanın puldan asılı olub-olmadığına işarə vurmaqla nə demək istəyir? Burada işarə lisenziyanın qanuni haqqına, ya qanuni haqdan əlavə "şapka" ödənişinə vurulub? AFFA-nın Bakı klubu ilə münasibətlərində bəzi hamar olmayan detalların olduğuna dair söz-söhbətləri nəzərə alsaq, "4-5 manat pul" söhbətinin AFFA rəhbərliyinə xoş gəlməyəcəyi elə bu başdan bəllidir...
Xatırladaq ki, bütün bu suallar Hafiz Məmmədovun müsahibəsinin tək birinci hissəsindən sonra ortaya çıxıb. Müsahibənin növbəti hissəsində də Hafiz Məmmədov özünə sürprizlər yaradıb. Əgər ilk hissədə öz şəxsi maraqları çərçivəsində taktiki səhvlərə yol verirsə, ikinci hissədə şəçsiyyət cizgiləri zərbə altına qoyulur. Ziya Məmmədov barədə dediklərindən bundan başqa nəticə çıxarmaq olmur. "Ziya Məmmədov mənim... atamdır" kimi qeyri-ciddi və baş ucalığı gətirməyən sözlərdən çıxan digər nəticə və ehtimal isə daha maraqlıdır. Yada salaq ki, bir neçə həftə əvvəl Ziya Məmmədov və oğlu Anar Məmmədovun Hafiz Məmmədovu ofisdən qovduqları və bankrota saldıqları barədə xəbər yayılmışdıı. Bunun yalan olduğunu inandırıcı şəkildə sübut etməmiş Hafiz Məmmədovun Ziya Məmmədovu "ata" adlandırması əvvəlcə deyilənlərin həqiqət olduğunu (?) sübut etməklə yanaşı, həm də nazirə acizanə yalvarış tonu ilə diqqət çəkir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ