Bazar ertəsi günü, 09 noyabr 2026
     

Prezident İlham Əliyev “The Business Year” nəşrinə müsahibə verib

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "The Business Year” nəşrinə müsahibə verib. APA "AzərTAc” a istinadən müsahibəni təqdim edir

- Zati-aliləri, Siz ötən ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində inamlı qələbə qazandınız. Qələbənizi şərtləndirən başlıca amillər barədə nə deyə bilərsiniz və növbəti prezidentlik dövrünün prioritetləri nədən ibarət olacaq?

- 2013-cü il prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuş və son 10 ildə həyata keçirilən siyasi kursa cəmiyyətimizin münasibətini nümayiş etdirib. Keçən illər ərzində biz ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm məsələlərin həllinə nail olduq. Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və daha da gücləndi. Düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötüb.

Sürətli inkişaf həm də vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olub. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, şəhər, qəsəbə və kəndlərimiz müasirləşib, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunub. Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutub. Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənib, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir.

Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini həll edən başlıca amillər olub. Seçkiləri müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq yüksək qiymətləndirib, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan ediblər. Bu da onu göstərir ki, seçki və onun nəticəsi ilə bağlı Azərbaycan xalqının və beynəlxalq birliyin rəyləri üst-üstə düşüb. Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini ifadə edib.

Gələcək planlarımız böyükdür, qarşıda həlli vacib olan mühüm məsələlər var. Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

- 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib və ölkəniz İKT sektorunun inkişafında böyük nailiyyətlərə imza atıb. İrəliyə baxarkən Azərbaycanın inkişafında müasir texnologiyalar hansı rol oynayacaq?

- Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur.

İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə "Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan verib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılıb. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olub. Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına əsasən bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi başlanıb.

Bir faktı da qeyd etməliyəm ki, biz təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın "brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan "ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. "ASAN xidmət”in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olub. Ona görə də biz qarşıdakı dövrdə "ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq.

Azərbaycanın gələcək inkişafında yüksək texnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim ki, hazırda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatların aparılması, bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Qarşıda duran vəzifələri səmərəli şəkildə həll etmək məqsədilə Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik.

- 2014-cü il Azərbaycanda "Sənaye ili” elan edilib. Qarşıdan gələn dövrdə bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Əvvəllər əsasən aqrar respublika hesab olunan Azərbaycanda ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atılıb, ümumittifaq səviyyəli yüzlərlə yeni sənaye müəssisəsi işə salınıb və müttəfiq respublikalar üçün müxtəlif çeşidli məhsullar istehsal edilib. Lakin SSRİ-nin süqutu ilə keçmiş respublikalar arasındakı iqtisadi əlaqələr pozulub və ümumilikdə planlı iqtisadiyyat tənəzzülə uğrayıb. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə hökm sürən hərc-mərclik şəraiti, mövcud müəssisələrin fiziki və mənəvi cəhətdən köhnəlməsi və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı düşüb, istehsal prosesi pozulub. Odur ki, yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci ilin əvvəllərində istehsalın həcmini 1990-cı ilin səviyyəsinə çatdırmaq mümkün olub.

Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunub. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırıb.

Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülüb. Biz mövcud təbii və iqtisadi resursları istehsalat dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il "Sənaye ili” elan olunub, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanıb və təsdiq edilib. Eyni zamanda, "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması və təsdiq olunması nəzərdə tutulur.

Hesab edirik ki, toplanmış təcrübə və ölkəmizin ümumi iqtisadi potensialı qarşıda duran vəzifələrin uğurla həll edilməsinə imkan verəcək.

- Keçən ay regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı təsdiq olundu. Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail olunub və üçüncü proqramın icrasından nə gözlənilir?

- 2004-cü ildə birinci Dövlət Proqramını qəbul edərkən əsas məqsədimiz regionların hərtərəfli inkişafını təmin etmək, bölgələrlə paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin fərqi aradan qaldırmaq olub. Mən hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, bu məqsədlə xüsusi proqram qəbul ediləcək. Belə də oldu.

2003-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsi, həmin proqramlara əlavə olaraq 250-yə yaxın sərəncamın imzalanması və icrası bölgələrdə böyük dönüş yaratmış, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Nəticədə bölgələrdə kommunal xidmətlərin və sosial infrastrukturların keyfiyyəti yüksəlib, sahibkarlıq mühiti yaxşılaşıb, investisiya qoyuluşu artıb, minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, 900 mini daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılıb. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artıb. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşib. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olub.

Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək. Hesab edirəm ki, yeni təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası qeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və sosial xidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edəcək.

- Son illər Azərbaycan xarici siyasət sahəsində də mühüm uğurlar əldə edib. Ölkənizin BMT Təhlükəsizlik Şurasında fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi və s. məsələləri bu sıraya daxil etmək olar. Qarşıdan gələn dövrdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq?

- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazandığını göstərib. Göründüyü kimi, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilib.

Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış edib. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə "Şahdəniz-2” beynəlxalq yekun investisiya layihəsi imzalanıb. Hesab edirəm ki, "Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə "XXI əsrin kontraktı” kimi düşəcək.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər. Bizim aparıcı beynəlxalq təşkilatlarla və başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişaf edib. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini davam etdirib. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanıb. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq.

Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıq münasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuz Qoşulmama Hərəkatı ölkələri, Latın Amerikası və Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsini xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik. Təsadüfi deyil ki, son dövrlərdə Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanıyıb, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul ediblər.

Qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaq.

Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bu günə kimi ciddi bir irəliləyiş olmayıb. Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə edilib. Buna görə də, güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcək. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcək. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcək.

- Səbirsizliklə gözlənilən l Avropa Oyunlarına hazırlıq işləri necə gedir?

- Bu il l Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay Oyunları kimi möhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütün məsələlərin həllinə vaxtında nail olunacaq. Artıq Təşkilat Komitəsi formalaşıb və olduqca məhsuldar fəaliyyət göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionunun, su idman sarayının, stend atıcılığı mərkəzinin tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman Sarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu Oyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi ilə məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ