Bazar ertəsi günü, 09 noyabr 2026
     

Əli Həsənov: “Azərbaycan milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir”

Image


"Bu gün dünyanın müxtəlif nöqtələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə Azərbaycanın inkişaf modeli, Azərbaycan nümunəsi, "Azərbaycan fenomeni” haqqında çox danışılır. Bu fenomen nədən ibarətdir və Azərbaycan belə yüksək göstəriciyə necə nail oldu? Hesab edirəm ki, bunun əsasında ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən zənginləşdirilərək, müasir dövrün reallıqları, inkişaf meylləri nəzərə alınmaqla, konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur. Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu”.

APA-nın məlumatına görə, bunu Bakıda "The Buisness Year: Azerbaijan - 2014” nəşrinin təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O, 2013-cü ildə "The Buisnes Year” şirkətinin Azərbaycan prezidenti İlham Əliyevi dünyada "İlin Prezidenti” elan etdiyini xatırladıb: "Bunun başlıca səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk "Azərspace” telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur. Göründüyü kimi, göstərilən səbəblərin hər biri Azərbaycanın müasir tarixində ölkəmizin identikliyini şərtləndirən vacib amillərdir”.

Ə. Həsənov deyib ki, bu gün milli nümunə, milli identiklik barədə danışarkən biz 6 istiqaməti əsas götürülür. O birinci nümunə olaraq göstərib ki, Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir: "Bunun bariz nümunəsi kimi 2012-ci ildə Azərbaycanın güclü rəqabət şəraitində, ciddi maneçilik cəhdlərini dəf edərək, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar. Azərbaycan bu qurumda iki illik fəaliyyəti ilə təsdiq etdi ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq tam müstəqil siyasət yürüdən hər bir dövlət öz nümunəsini ortaya qoya və dünyada humanist dəyərlərin, ədalət prinsipinin, sülh və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verə bilər”.

İkinci nümunə olaraq Ə. Həsənov 2003-cü ildən başlayaraq sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın həm də dünyaya özünün yeni inkişaf modelini təqdim etdiyini bildirib: "Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artdı, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi, yeni sosial-iqtisadi infrastruktur formalaşdırıldı, cəmiyyətimiz, ölkəmiz müasirləşdi. Azərbaycan regionun nəqliyyat -logistika mərkəzinə çevrildi, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başladı, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü oldu. Azərbaycan öz təcrübəsi ilə bütün dünyaya göstərdi ki, ərazisinin 20 faizi işğal edilib. Bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşı olan kiçik bir dövlət belə, ağıllı, düşünülmüş iqtisadi siyasət nəticəsində, dünya nəhənglərinin iqtisadi tənəzzüldən əziyyət çəkdiyi bir dövrdə, qibtə olunacaq inkişaf və tərəqqiyə imza ata bilər. Azərbaycan həm də dünyaya səs salan şirkətləri, brendləri ilə tanındı. Bu gün Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq yatırım edən, Avropanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemində, ciddi rəqabət şəraitində özünə mövqe qazanmış SOCAR dünyanın BP, Statoil, Shevron və digər transmilli enerji nəhəngləri ilə bir sırada dayanır. Yaxud, "ASAN Xidmət” məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilib. Eləcə də "The Buisness Year” tərəfindən fəaliyyəti qiymətləndirilən və rəhbərləri bugünkü tədbirə qatılmış çoxsaylı şirkətlərimiz dünyanın nüfuzlu biznes dairələrində öz adları ilə, eyni zamanda Azərbaycanın brendi kimi tanınır, ölkəmizi layiqincə təmsil edirlər. Deməli, Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilib. Məhz bu fenomenal inkişafın nəticəsi idi ki, ölkəmizin daimi iştirakçısı olduğu Davos İqtisadi Forumu 2013-cü ildə Azərbaycanda keçirildi və bu mötəbər qurum Azərbaycanın inkişaf nümunəsini öyrənməyə başladı”.

Ə. Həsənov üçüncü nümunə olaraq bildirib ki, son 10 ildə Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim edir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhəri bu gün Avrasiya məkanında beynəlxalq humanitar mərkəz statusu qazanmışdır. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi ən nadir tolerantlıq məkanı kimi bütün dünyada tanınır və qəbul edilir. Təbii ki, Azərbaycanın bu identikliyini şərtləndirən ən başlıca amil ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının bütün Azərbaycan vətəndaşlarının düşüncəsinə hakim kəsilməsi və milli vətəndaş birliyini möhkəmləndirməsidir. Bu sahədə Heydər Əliyev Fondunun və onun rəhbəri, Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub-saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə, həm Azərbaycan cəmiyyətində, həm də dünyada böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondu öz humanitar missiyası ilə milli və qlobal müstəvidə olduqca vacib məsələlərin həllinə özünəməxsus yenilik gətirdi ki, bu da əlbəttə növbəti Azərbaycan nümunəsi kimi səciyyələndirilməlidir. Buna görə də "The Buisness Year” şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı” mükafatına layiq görüb”.

PA rəsmisi dördüncü nümunə olaraq deyib: "Ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət aldı, nəhəng, müasir idman infrastrukturları yaradıldı, idmançılarımız dünyanın müxtəlif nöqtələrində keçirilən mühüm beynəlxalq yarışlarda böyük uğurlara imza atdılar. 2012-ci il London Olimpiadasında Azərbaycan 2-si qızıl olmaqla 10 medal qazanaraq bütün iştirakçı ölkələr arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutdu. Eyni zamanda bu illər ərzində ölkəmiz bir çox beynəlxalq turnirlərə ev sahibliyi edərək böyük təcrübə qazandı. Azərbaycan qısa zaman kəsiyində bu sahədə də yeni nümunə ortaya qoydu və sübut etdi ki, ən nəhəng tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarındadır. Hesab edirəm ki, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə tarixdə ilk dəfə l Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı bu inkişaf nümunəsinin Avropa ictimaiyyəti tərəfindən qəbul edilməsinin məntiqi nəticəsidir. Onu da etiraf etməliyik ki, 2000-ci illərin əvvəlində Azərbaycanda ilk Olimpiya kompleksinin təməli qoyulanda 10 il sonra ölkəmizin belə böyük nailiyyətə imza atacağını ehtimal etmək çətin idi”.

Ə. Həsənov beşinci nümunə olaraq Azərbaycanın hazırda regional və qlobal səviyyəli mərkəzə çevrilməsini göstərib: "Məlumdur ki, Şərqin və Qərbin kəsişməsində yerləşən Azərbaycan olduqca əlverişli coğrafi və geostrateji əhəmiyyətə malik ölkədir. Ancaq tarixən biz bu üstünlüyümüzdən milli mənafelərimiz, xalqımızın maraqları naminə lazımi səviyyədə istifadə edə bilməmişdik. Məhz ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra enerji amili ilə yanaşı, bu faktor da Azərbaycanın reallaşdırdığı siyasi kursun əsas rıçaqlarından birinə çevrildi. Son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional və qlobal mərkəz statusunu qazandı. Bu gün Azərbaycanın rəyi və mövqeyi nəzərə alınmadan Cənubi Qafqaz regionunda hər hansı layihənin reallaşdırılması mümkün deyildir. Bütün böyük regional layihələrinin təşəbbüskarı və əsas icraçısı da məhz Azərbaycandır. Ölkəmiz siyasi, iqtisadi, mədəni, idman və digər sahələr üzrə mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Göründüyü kimi, müstəqillik dövründə həm enerji, həm də coğrafi və geostrateji amillər Azərbaycanın milli maraqlarına xidmət etməyə başlayıb və xalqımıza, milli dövlətçiliyimizə olduqca böyük dividentlər gətirib”.

Ə. Həsənov bildirib ki, sadaladıqları arasında altıncı nümunə olaraq müstəqillik illərində Azərbaycanda enerji resurslarının ixracından əldə olunan gəlirlərin istifadə taktikası müəyyənləşdirildi, əldə olunan gəlirlər milli inkişafa, Azərbaycan xalqının rifahının yüksəlməsinə yönəldildi. Neft kapitalının insan kapitalına çevrilməsi, gələcək nəsillərin yetişdirilməsi, onlarda ölkənin gələcəyinə sahiblik hissinin tərbiyə edilməsi siyasəti uğurla reallaşdırılmağa başladı: "Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, həyata keçirdiyi gənclər və təhsil siyasəti hazırda bir milli nümunə kimi bütün xarici aləmin diqqətini cəlb edir. Belliklə, 20 illik müstəqillik dövründə, xüsusən də cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açıldı. Bu gün nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, araşdırma mərkəzlərinin, medianın diqqətini ölkəmizə çəkən də məhz bu amildir. "The Buisness Year” şirkətinin 4 ildir ardıcıl olaraq Azərbaycanla əməkdaşlığının əsasında da məhz bu nümunəni dünyaya daha yaxından tanıtmaq məqsədi dayanır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ