Bazar ertəsi günü, 09 noyabr 2026
     

İlham Əliyev üç dövlətin birgə geosiyasətində yeni mərhələ başlatdı

Image


Mayın 6-da Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli sammiti keçirilib. "2014 Tiflis sammiti" adlı tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilib. Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdulla Gül və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili qatılıb.
Sammiti açan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili qeyd edib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı son illər ərzində son dərəcə təsirli olub.
Gürcüstan Prezidenti vurğulayıb ki, İlham Əliyev və Abdullah Gül ilə gözəl münasibətləri var: "Məni Türkiyədə çox səmimi qarşıladılar, eləcə də iki dəfə İlham Əliyevlə görüşmək şərəfinə nail olmuşam və biz bir-birimizdən çox razı qalmışıq".
Marqvelaşvili qeyd edib ki, sammit regionda həyata keçirilən iqtisadi xarakterli layihələrin dəstəklənməsini hədəfləyir.
Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə Gürcüstan Prezidentinə bu təşəbbüsə görə minnətdarlığını bildirib. "Trend" xəbər verir ki, dövlət başçısı qardaş Gürcüstan toprağında yenidən olmasından məmnunluğunu ifadə edib.
İlham Əliyev bildirib ki, prezidentlər rəsmi qaydada sammitə toplaşıblar: "Əminəm ki, sammitin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, üçtərəfli formatda biz bir çox hallarda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Və bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz üçün, eyni zamanda, bölgə üçün və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb, qlobal məna daşımaqdadır. Ona görə sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir".
Azərbaycan Prezidentinin sözlərinə görə, əlbəttə ki, sammitdə müzakirə olunacaq məsələlər mahiyyət etibarilə də çox böyük məna daşıyır: "Əminəm ki, bu gün beynəlxalq məsələlər, regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədəki əməkdaşlıqla əlaqədar biz fikir mübadiləsi aparacağıq və növbəti dövr üçün birgə fəaliyyət planı haqqında da danışacağıq. Bir daha sizə bu təşəbbüsə görə və göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram".
Türkiyə, Gürcüstan, Azərbaycan arasında çoxsahəli əməkdaşlıq mövcuddur. "Trend"in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə bildirib. A.Gül xatırladıb ki, prezidentlər 2007-ci ildə Bakı-Tiflis-Qars dəmiryol layihəsinin Gürcüstan ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində görüşüblər: "Prezidentlər səviyyəsində keçirilən görüşlərlə yanaşı, XİN rəhbərlərimiz və digər nazirlərimiz də mütəmadi olaraq görüşlər keçirirlər".
Türkiyə Prezidenti əlavə edib ki, bugünkü sammitdə regionun bir çox önəmli layihələri - Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və TANAP layihələri də müzakirə ediləcək: "Azərbaycan, Gürcüstan və Türkiyə bir çox regional və beynəlxalq layihələr həyata keçirir. Hər üç ölkənin Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfə hər kəs tərəfindən təqdir edilir. Biz Qafqazın yüksək dağlarını divar olmaqdan çıxartdıq, bir qapı, bir işbirliyi məkanı etdik".
A.Gül üç dövlət arasında bir çox sahələrdə əməkdaşlıq və qardaşlığın nümunəsi olan prezidentlər səviyyəsində görüşlərin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
"2014 Tiflis sammiti"nin yekununa həsr olunan mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev hazırkı sammitin çox məhsuldar olduğunu bildirərək növbəti sammitin Azərbaycanda keçirilməsini təklif edib: "Biz bu gün apardığımız fikir mübadiləsi ətrafında qərara gəldik ki, belə görüşlər müntəzəm keçirilsin. Etiraz etmirsinizsə, təklif edirik ki, növbəti sammitimiz Azərbaycanda keçirilsin və bu xoşniyyətli əməkdaşlığımız davam etsin".
İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri arasında gələcək əməkdaşlıqla bağlı çox geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin fikrincə, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda dostluq, qardaşlıq əlaqələrini təsdiqlədilər: "Bu çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, həm də qonşularımız və qitə üçün əhəmiyyətlidir. Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat, investisiya layihələri bizim ölkələrimizi daha sıx birləşdirir. Onu da deyə bilərəm ki, bu üçtərəfli format artıq dünya miqyasında böyük maraq doğurur. Bu, əslində unikal formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və hörmət əsasında xalqlarımızın maraqlarına cavab verən müasir, mədəni, bərabərhüquqlu münasibətlər qurub. Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Bu əməkdaşlıqdan hər bir ölkə böyük fayda götürür".
Azərbaycan Prezidenti qeyd edib ki, bu gün dünyada enerji məsələsi ən vacib məsələdir: "Bu üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu da bizim əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bu üç ölkə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək. Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr Avropa üçün böyük əhəmiyyət daşıyır. "Şahdəniz 2" layihəsinə start verilib. "Şahdəniz 2", Trans Anadolu və Trans Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar olacaq. Bu vəsaiti də biz qoyacağıq ki, maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək. Bu layihələrin icrası nəticəsində 10 minlərlə yeni iş yerləri açılacaq, biznes imkanları yaranacaq. Bu gün fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız bu layihələrdə fəal iştirak etsinlər və buna hazır olsunlar. İnvestisiya imkanlarımızı daha da genişləndirəcəyik. Yəni bizim ölkələr xarici sərmayədarlar üçün daha da böyük məna daşıyacaq. Bu da hər bir ölkənin marağındadır. Azərbaycan ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi, güclü siyasi iradə dayanır. Əsas şərt budur. Bu təməl üzərində də biz münasibətlərimizi qururuq".
Türkiyə Prezidenti Abdulla Gül isə bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir. O bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: "Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq".
"Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı bu üç ölkənin inkişafı ilə yanaşı, Avropa və Asiyanın rifahına da xidmət edir". Bunu isə Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, sammit çərçivəsində üç ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb: "Bu gün bizim həyata keçirdiyimiz birgə layihələr Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirir. Ən əsası da odur ki, Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bölgədə sabitliyin qorunub saxlanmasına zəmanət verir. Bu, bizim iradəmizin və istəyimizin nəticəsidir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ