Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bahar bayramı duyulmur???

Image


Hələ sovetlərin vaxtında, bahar bayramının keçirilməsinin qadağan olunduğu o illərdə "Novıy Qod" deyilən və bizə sırınan (baxmayaraq Yeni il bayramı heç də onların deyil) bayramdan fərqli olaraq^ Bahar bayramını səbrsizliklə gözləyərdik; yumurta döyüşdürməsi bir aləm idi. Bazara girən uşaqlar və cavanlar dəstələmə çöməlib yumurta döyüşünə başlardılar.
   "Qatar" deyilən bu oyuna yeddi-səkkiz nəfər qoşular, "tut vurum" deyərdilər. Nəticədə bir nəfər, kimin bayram yumurtası sağlam qalırdısa, yetmiş-səksən yumurta udardı. O da yerindəcə həmin yumurtaları satar, ya da çatlamış zəfər yumurtalarını evə aparardı. Bütün çərşənbə axşamları bayram idi; əski çit parçalardan yumaq düzəldər, onu aliminium məftilə sarıyar, sonra kerosinlə isladıb od vurardıq. Bizdə buna lopa deyərdilər. "Lopa atdı" oyununa girişərdik. Təsəvvür edin; otuz, qırx uşaq mərc gəlirdi ki, kimin lopası göydə, yaxud indiki dildə desək, havada daha çox qalacaq, hamının lopasından sonra yerə düşəcək. Lopanı hazırlamaq qaydaları vardı. Göydə uçub şütüyən, bizə xüsusi zövq verən lopalar göyə (bilə-bilə havaya yazmıram) atıldıqda uşaq ağlımızla hiss edirdik ki, göylə bizim aramızda hansısa əlaqələr var, amma bunu bizə unutdurublar, yaddaşımızı pozublar. Keçmişi bilmədən gələcəyə getmək çox çətindir, illah da unudulanlar üçün. Ancaq qan yaddaşı lopalar atılanda geri çevrilirdi. Bir anlığa göyə atılan lopalar ulduzlara dönürdü. Göydə sayrışan ulduzlar bizim üçün əlçatmaz olduğundan biz onların yerdə lopadan maketini yaradardıq. Nənələrimiz deyirdi axı, göydə hər kəsin öz ulduzu var. Biz göydəki ulduzları lopalara düzürdük; öz taleyimizi uca Allahın yazdığı yolla, özümüz gücümüz çatdığı qədər gedirdik. Hələ sonrası var! Qaş qaralanda tonqal qalayardıq. Qadağan olunmasına baxmayaraq, Azərbaycanda bir məhəllə belə tonqal qalamaqdan vaz keçməzdi.
   Allahın buyurduğu sonuncu kitabda-"Qurani Kərim"də və hədislərdə Azərbaycanda yaşayan bütün xalqların "tonqal qalama" adəti haqqında heç nə deyilməyib. Amma Salavatullah Məhəmməd peyğəmbərə qədər bizim də peyğəmbərlərimiz olub; (s) Nuhun oğlu Yafəs, Xızır(s), İlyas(s), Zərdüşt(s), Oğuz xan və başqaları. Axı hədislərdə deyirlər ki, Allah yer üzünə yüz iyirmi dörd min peyğəmbər göndərib. Bunlardan yalnız iyirmi səkkizinin adı "Qurani-Kərim"də birbaşa, altısının adı isə dolayı çəkilir.
   Min illərin təcrübəsini qan yaddaşımızda canlandırırdıq. Özümüzdən asılı olmayaraq keçmişimizi bu günümüzə qədər qaytarırdıq. Od yandırır, şamları işıqlandırırdıq. Şama gəlincə. Bəziləri deyirlər ki, şam yandırmaq adətini Azərbaycana Şah İsmayıl gətirib, çünki o, xristianlara bağlı idi. Düzdür, Şah İsmayıl bunu edib, şam yandırmaq, oda məhəbbət göstərməyi tövsiyə verib. Amma bunun xristanlara nə dəxli? İlk dəfə şam yandırmaq, evi işıqlandırmaq, evi-eşiyi yad nəzərlərdən qorumaq çöl mədəniyyətinin daşıycısı olan türklərdən gəlib. Heyvan piyindən sabun hazırladıqları kimi, şam da hazırlayırdılar. Bunu bilməmiz lazım. Bir yazıda "Qurani Kərim"də odla təmizlənən və sınan peyğəmbərimizin hadisələrindən yazmaq istəmirəm.
   Bahar bayramı min illərdən, bəlkə də on min illərdən öncə içimizə süzülən (su-od-yel-torpaq) bir bayramdır. Biz bunu içimizdə, qanımızda daşıdıq, bununla öyündük, bu fikri gələcəyə apardıq. Biz bunu yazmadıq, buna əməl etdik, ancaq yunan filosofu Fales dünyanın yaranmasını bu dörd ünsürdə gördü, yazdı, filosof oldu. Biz isə buna güldük. Guya o kəşf etdi. O kəşf isə bizim içimizdə millət kimi-Nuhun oğlu Yafəsin vaxtında yaşayırdı və bizim üçün adi bir şey idi.
   Deyəsən çox dərinə getdim, yoxsa Allahın yaratdığı Adəmdə Allahın yaratdığı bu dörd ünsürü göstərə bilərəm. Yenə kökümüzə qayıdıb lovğalanırdıq, öz-özümüzə deyirdik ki, bu onsuz da hamıya bəllidir də, ancaq belə deyil.
   Qayıdaq tonqal üstü tullanmağa. Bu adi bir ritual deyildi. Bu güvənc yeri idi,bu özünə qayıtmaq idi. İnsanlar, daha çox uşaqlar bunu edərdilər. Oddan qorxmayıb üstündən atılanlar gələcəkdə heç bir işdən çəkinməzdilər, kimisi gözəl sənətkar, şair, padişah, yazıçı, cəngavər olurdu, kimisi isə babalarımızın min illərlə qoyduğu adətləri gələcəyə daşıyırdı. Belə yaşayaraq on yeddi imperiya, altmış yeddi ölkə qurduq. Bu, oddan irəli gəlirdi. Ağıl, cəsurluq, qorxmazlıq və insani hissləri Bahar bayramı birləşdirirdi. Buna görə əzəmətli idik, ağıllı və boylu-buxunlu idik. Hələ sonrası var. İndi az qala unutduğumuz "qurşaq atdı" və subay qızlarımızın "qulaq pusdusu".
   "Qurşaq atdı"nın bir ayrı aləmi vardı. İndi ona "papaq atdı" deyirlər, amma düz deyil. Uşaq ta cocuqluqdan bilirdi ki, papaq başdan düşməz, düşdüsə adın getdi, adın getdisə canının getməsi daha yaxşıdır. Papaq bir namus işi idi. Hanı bizdə o zamanlar? Evlərə, çadırlara ya qurşaq, ya da xurcun atılardı. Qurşağın mənasını açım. Belə dolanan üç-dörd metrlik parçaya qurşaq deyilərdi. Onu belə dolayardılar. Parçanın qiymətindən asılı olaraq qurşaq taxanın hansı sosial təbəqəyə aid olduğu bəlli olurdu. Qurşaq həm də beli isti saxlamaq üçün idi, nəsil artırmağın ən ideal variantı idi. Qurşaq taxmaq, at çapmaq, demək olar ki, bizim babalarımızı radikulitdən və prostatdan xilas edirdi. İndi isə hər kəs ondan ziyan çəkir. Unutduğumuz çox şey var. Cılızlaşırıq, təkcə mənəvi cəhətdən deyil, həm də fiziki cəhətdən...
   Qapı döyülərdi, qurşağımızı, yaxud torbamızı onun qarşısına qoyub özümüz gizlənərdik. Ev sahibi bilməli deyildi ki, qurşaq atdıya onun düşməninin, yaxud dostunun uşaqları gəlib. Bu ərəfədə onun üçün hər kəs eyni idi, hər kəsə eyni gözlə baxmağa borclu idi, əks təqdirdə babaların qoyduğu qaydaları pozmalı olardı.
   Kitabımız "Dədə Qorqud"da "Qazan xanın evinin yağmalanması" deyilən bir boy var. Deməli, Qazan xan ildə bir dəfə elin, obanın bəylərinə qoyulmuş qayda əsasında özündən asılı olmayaraq razılıq verərdi ki, gəlib onun var-dövlətini götürüb aparsınlar. Kasıb kasıbçılıqdan çıxsın. Bəylər də o cür edərdilər, onlar da öz bəyliklərində bütün ətrafına tapşırardılar ki, evində nə varsa gəlib yığmalasınlar. Nəticə nə idi, üsyan yox, etiraz yox, ulusuna sədaqət, hakiminə, sultanına, padişahına ehtiram və hörmət var idi.
   Bahar bayramını, elə bil Dədəm Qorqud yalnız bizə ərməğan qoyub getmişdi.
   İmkanlı ailənin uşaqları "qurşaq atdı" ya getməzdilər, gedənlər bizlər idik. Torbaya yığılan Allahın o gözəl nemətlərini düz bir ay yeyərdik. Hər kəs payını bizimlə bölüşdüyündən kiçik çiləni, boz ayı belə yola verərdik. Sonrası nə qalırdı ki? Sonra tərəvəz yetişdirərdik, onunla dolanardıq. Beləcə böyüyərdik, beləcə kiçik daxmamızdan meyvə-tərəvəz yeyə-yeyə böyük dünyaya çıxardıq. Balaca dünyamızı böyük dünyaya çevirəndə dünyanı idarə etmək haqqında fikirləşərdik, amma adətlərimizi unutmazdıq.
   İndi isə hər şey dəyişib. Şəhərlərdə köhnə məhəllə sakinləri tonqal qalayar, üstündən çox vaxt tullanıb "ağırlığım burada qalsın" deməzlər. Köhnə məhəllədə uşaqlar hər çərşənbə axşamı qapını döyüb zonda geyinilən papaq atarlar, heç gizlənməzlər. Üzünə şax-şax durarlar ki, əmi, dayı, papağın içinə meyvə-zad qoyma. Pulun varsa pul qoy, çünki papaq çirklənər.
   Elə bil kimsə bizə Bahar bayramını unutdurmağa çalışır. Bu, yaxşı ki, rəsmi törənlərdə edilmir. Bahar bayramını duymaq, hiss etmək lazımdır. O bizi keçmişdən gələcəyə aparır, qəlbimizdə mərhəmət, insani hissləri oyadır, qanımızı coşdurur.
   Bahar bayramında torpaq oyanır, onunla yanaşı insan da oyanır. Nəyə isə yararlı olmaq istəyir. Deyəsən, bunlar yaddan çıxıb. İndi yararlı olmaq xaricdən gələn müxtəlif iş adamlarına və təriqət sahiblərinə daha sərfəlidir.
   Bahar bayramınız mübarək!
   Kökünüzdən ayrılmayın!
   P.S. Mən həyat rəmzi olan səmənidən söhbət açmadım.
   
Yunus OĞUZ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ