Bazar ertəsi günü, 09 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu
Tarix: 24.04.2014 / 11:24
Bölmə: Gündəm
SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə tam müstəqil bir aktor kimi inteqrasiya etməyə başlayan gənc dövlətlərdən biri də Azərbaycan Respublikası (AR) idi. Ölkəmizin olduqca əlverişli geosiyasi məkanda, həm də dünyanın super güclərinin barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiqini tələb edirdi.
Qeyd edək ki, o dövrdə ölkəmizin müasir beynəlxalq münasibətlərin önəmli iştirakçısına çevrilməsi prosesi olduqca gərgin olub. Məhz mərhum Prezident Heydər Əliyevin böyük səyi, müdrikliyi sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətlə uğurlu ünsiyyət quraraq, milli maraqlarının təmin edilməsində əhəmiyyətli addımlar ata bildi.
Müstəqil Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunun araşdırılması üçün ölkəmizin beynəlxalq aləmlə ilkin əlaqələr qurduğu şəraitə nəzər salmalıyıq. Çünki müasir AR-nin beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu iştirakçısına çevrilməsi prosesində rastlaşdığı problemlər Cumhuriyyət dövründəki (1918-1920-ci illər), erməni şovinistlərinin "Böyük Ermənistan" yaratmaq xülyası da daxil olmaqla, analoji proseslərin davamı idi. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəaliyyətə başlamasının əsası İstanbul konfransında (1918-ci-il) qoyulub. Lakin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyini dünya ictimaiyyətinin qəbul etməsi prosesi həm də şimal, cənub, qərbdən ölkənin milli təhlükəsizliyinə qarşı ciddi təhdidlərlə müşayiət edilirdi. Gənc respublikanın dövlətlərarası münasibətlərə daxil olması olduqca çətin idi. Burada ən böyük problemlərdən biri də maddi resursların, demək olar ki, yoxluğu idi. Belə bir vəziyyətdə alternativ kimi Azərbaycanla Avropa dövlətləri arasında vasitəçiliyi Türkiyənin Avropa ölkələrindəki səfirlikləri yerinə yetirirdi. Bunu Azərbaycan Xalq Cumhuriyyətinin yaranması haqqında məlumatın Türkiyənin səfirlikləri tərəfindən dünya ictimaiyyətinə çatdırılması da sübut edir.
Göründüyü kimi, tariximizin təxminən son 100 ili sübut edir ki, tamam fərqli siyasi reallıqlardan söhbət getməsinə baxmayaraq, AXC dövrü ilə 1991-ci ildə ikinci dəfə qazanılan müstəqillik dövrünün ilk illərindəki oxşar məqamlar çox olub. Belə ki, yenə də AR-nin müstəqilliyinin ilk illərində regionda dünyanın böyük dövlətlərinin barışmaz maraqlarının toqquşması, milli təhlükəsizliyimiz üçün ciddi təhdid olan erməni təcavüzü, daxili siyasi vəziyyətin olduqca gərgin olması, 1991-1992-ci illərdə müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının qeyri-müəyyənliyi müşahidə olunurdu. Deməli, belə nəticəyə gəlmək olar ki, keçən əsrin həmin illərində Azərbaycan dövlətinin mövcudluğu yenə də sual altında idi.
Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin yalnız bir istiqaməti nəzərə çarpırdı. Belə yanaşma müstəqil dövlət quruculuğu və beynəlxalq münasibətlər sistemində hər hansı yer və rolu qeyri-mümkün edirdi. Çünki sırf Rusiyameyilli xarici siyasətin həyata keçirilməsi Azərbaycanın dövlət mənafelərini beynəlxalq münasibətlərin inkişaf tendensiyası ilə uzlaşdırmağa imkan vermirdi.
Təəssüflə qeyd edək ki, sonrakı xarici siyasət kursu da bir istiqamətli oldu. Yəni bu dəfə yalnız Türkiyə ilə diplomatik əlaqələrin qurulması prioritet kimi müəyyənləşdirildi. Həmin dövrdə "Türkün türkdən başqa dostu yoxdur" kimi açıq-aşkar şüarlar səsləndirməklə, əslində, Azərbaycan anlayışına, türkçülüyə, Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa böyük zərbələr vurulurdu. Bu isə ölkənin daxili siyasi həyatında ziddiyyətlərin baş qaldırması üçün zəmin yaradırdı. Təbii ki, belə yanaşma da Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yer və rolunu mümkünsüz edirdi.
Yalnız 1993-cü ildən başlayaraq, yəni Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli maraqların təmin olunmasına, beynəlxalq aləmlə sıx inteqrasiyaya istiqamətlənən xarici siyasi strategiya formalaşmağa başladı. Balanslaşdırılan siyasətə söykənən bu strategiya Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun təşəkkül tapmasına xidmət edirdi. Özünün ilk andiçmə mərasimində (1993-cü il, 10 oktyabr) həmin məqama da toxunan mərhum Heydər Əliyev deyib: "...Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməkdən ibarətdir".
Lakin həmin dövrün siyasi reallıqları fonunda buna birdən-birə nail olmaq qeyri-mümkün idi. İlk olaraq beynəlxalq ictimaiyyəti AR ilə qarşılıqlı əməkdaşlığa sövq etməli və onları bu əlaqələrin faydalı olacağına inandırmaq lazım idi. Yalnız bundan sonra milli maraqlarımızı regionda maraqları toqquşan dövlətlərin mənafeləri ilə uzlaşdırmaq, təhlükəsizliyimizə beynəlxalq təminat almaq üçün addımlar ataraq müsbət nəticələr əldə etmək olardı. Həmin səbəbdən Heydər Əliyev konkret dövlətlərin regionda hansı maraqlara malik olması və bu maraqların onlar üçün hansı səviyyədə əhəmiyyətli olmasını dərindən təhlil etdi. Məhz bu cür yanaşmadan çıxış edərək, ilk növbədə, Rusiya ilə sıx əlaqələr quruldu. Rusiya ilə səmərəli əməkdaşlığın yaradılması üçün MDB-yə üzv olmaq əhəmiyyətli idi. Bu yalnız Rusiya yox, həmçinin digər postsovet respublikaları ilə də pozulmuş münasibətlərin bərpası üçün yeni imkanlar yaratdı.
Həmin dövrdə AR Rusiya ilə bərabərhüquqlu qarşılıqlı əlaqələr yaratmaqla yanaşı, Rusiyanın ölkəmizə olan təzyiqlərini neytrallaşdırmaq üçün digər strategiyalardan da yararlandı. Bunun üçün əsasən ABŞ və Avropa dövlətlərinin regiondakı maraqlarının toqquşmasından məharətlə istifadə edildi. Sonrakı addım Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması üçün təsirli tədbirlərin həyata keçirilməsi oldu. Ölkəmizin regionda yeri və rolu haqqında danışarkən, Rusiya ilə soyuq münasibətdə olan Gürcüstanla əlaqələrimizi də nəzərdən qaçırmamalıyıq. Bu münasibətlər yalnız iki ölkə yox, bütün Qafqaz üçün əhəmiyyətli idi.
AR-nin beynəlxalq münasibətlər sistemində məxsusi rolu və yerinin gerçəkləşməsində ölkəmizə qərəzli münasibət bəsləyən, Ermənistanın təcavüzkar maraqlarını dəstəkləyən dövlətlərlə sıx diplomatik əlaqələrimiz də təsirsiz ötüşmədi. Belə ki, Fransanın Ermənistana təsir imkanlarını nəzərə alan Prezident Heydər Əliyev xarici dövlətlərə ilk rəsmi səfərini məhz Fransaya etdi. İndi olduğu kimi, o vaxt da İranla yaxın qonşuluq əlaqələrinin qurulmasına xüsusi önəm verildi.
Məlumdur ki, AR-nin xarici siyasi kursunda Türkiyənin xüsusi yeri var. Artıq bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirilərək tamam yeni mərhələyə qədəm qoyub. Göründüyü kimi, Heydər Əliyev ilk öncə region dövlətləri, sonra isə dünyanın digər nüfuzlu dövlətləri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələr qurmaqla respublikamızın beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutması üçün etibarlı zəmin hazırladı. Bu gün ölkəmiz strateji tərəfdaşı olan ABŞ ilə siyasi-iqtisadi, qlobal problem və təhlükələrə qarşı mübarizədə sıx əməkdaşlıq edir.
Beynəlxalq aləmlə sıx iqtisadi, siyasi, mədəni əlaqələr quran Azərbaycan istər regional, istərsə də beynəlxalq təhlükəsizliyin təmin edilməsində də mühüm rol və potensiala malikdir. Bu istiqamətdə ölkəmiz öz töhfəsini əsasən beynəlxalq təşkilatlarla əməkdaşlıq fonunda verir. Belə ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması, Avroatlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə tərəfdaşlıq mexanizmlərindən bəhrələnməsi ölkəmizin nüfuzunu daha da artırıb. Sülhməramlılarımızın Kosova və Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən əməliyyatlarda, İraqda beynəlxalq koalisiyanın tərkibində səmərəli iştirakı ölkəmizin beynəlxalq aləmdə qəbul edilən rolundan xəbər verir. Qeyd edək ki, bu əməkdaşlıq beynəlxalq təhlükəsizliyə mühüm töhfə verdiyi kimi, AR-nin özünün də təhlükəsizliyi üçün böyük önəm kəsb edir.
AR-nin beynəlxalq münasibətlər sistemində layiqli yerinin müəyyənləşməsində ATƏT, AŞ,Aİ, İKT, QİƏT, EKO, MDB və s. təşkilatlarla əməkdaşlığının da rolu böyükdür. Burada BMT və onun İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Qadınlar Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və digər qurumları xüsusilə qeyd etmək lazımdır.
AR-nin beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində rolu və yerini dəyərləndirən dünya ictimaiyyəti artıq onu həm də etibarlı tərəfdaş kimi tanıyır. Respublikamızın karbohidrogen strategiyasının mühüm tərkib elementlərindən olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır. Qeyd edək ki, AR beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında həm də çoxillik təcrübəyə malikdir. Bu fakta diqqət yönəldən Prezident İlham Əliyev deyib: "Ölkəmiz enerji təhlükəsizliyinə uzun illər öncədən diqqət yetirib. Azərbaycan öz enerji strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl başlayıb. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik".
Hazırda Prezident İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasəti AR-nin rolunun daha da artmasını mümkün edib. Bunu ölkəmizin BMT TŞ-də 2 dəfə sədrlik etməsi, beynəlxalq kosmik kluba üzv olması, BMT TŞ-də Rusiyanın Krımı zəbt etməsilə əlaqədar Azərbaycanın işğal əleyhinə səs verməsi və s. faktlar da sübut edir.
BMT BA-nın 49-cu sessiyasında (1994-cü il) çıxış edən Heydər Əliyev deyib: "Ən mötəbər beynəlxalq məclisin tribunasından sizin qarşınızda qurur hissi ilə çıxış edirəm.
İlk dəfədir ki, müstəqil Azərbaycanın Prezidenti dünya birliyi tərəfindən tanınmış və bərabər hüquqlarla onun tərkibinə daxil olmuş ölkəsini dünya birliyinə təqdim edir".
20 il bundan qabaq ölkəmizi dünya birliyinə təqdim edən mərhum Heydər Əliyevin balanslaşdırılmış çoxşaxəli siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində müasir Azərbaycan Respublikası beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilib. Sürətli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirməsi isə ölkəmizi regional lider dövlətinə çevirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb. Elə AR-nin beynəlxalq aləmdə xüsusi yer və rolunu şərtləndirən də məhz bu amillərdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
- VİDEO
09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
- FOTO
08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- FOTO
08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
- FOTO
08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır
- FOTO
08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb
- VİDEO
08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur"
- Ərdoğan
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO/YENİLƏNDİ
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü...
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
- FOTO
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ