Bazar ertəsi günü, 09 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti
Tarix: 22.04.2014 / 11:02
Bölmə: Gündəm
Tarixin səhifələrini vərəqləyərkən görürsən ki, dünyada mövcud olan bütün xalqlar və millətlər müəyyən mərhələlərdə "nə etməli" sualı qarşısında qalırlar. Bu yerdə yalnız ağıl, zəka, iradə, uzaqgörənlik rol oynayır. Elə o zaman ortaya tarixi şəxsiyyət çıxır və mənsub olduğu xalqın problemlərini həll etmək üçün meydana atılır.
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırsan ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırıb. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev, özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Respublikaya rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycanın inkişafı üçün nə lazım idisə onu da etdi.
Qeyd edək ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın ərazi toxunulmazlığını təsdiqləyib, işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb edib.
Azərbaycan xarici siyasətdə bir sıra uğurlara imza atıb. BMT Nizamnaməsinin 2-ci maddəsində yazılıb ki, təşkilata üzv dövlətlərin bir-birinin suverenliyinə, sərhəd toxunulmazlığına qəsd etməsi yolverilməzdir. 6-cı maddədə isə yazılıb ki, BMT Nizamnaməsinin prinsiplərini sistematik olaraq pozan ölkə Təhlükəsizlik Şurasının təqdimatı və Baş Assambleyanın qərarı ilə təşkilatdan xaric edilə bilər. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycan məruz qaldığı işğala son qoymaq üçün hərbi gücə əl atmaq hüququna malikdir. Ancaq ötən dövrün təcrübəsi göstərir ki, BMT Təhlükəsizlik Şurasında hər hansı bir məsələ ilə bağlı böyük güclərin geosiyasi maraqları üst-üstə düşdükdə, yaxud bu güclərin əksəriyyətinin maraqlarının üst-üstə düşüb, digərlərinin neytral mövqe tutması halında BMT-nin qətnamələri dərhal yerinə yetirilir. BMT Təhlükəsizlik Şurasında qərarların qəbulu veto hüququna malik ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransanın iradəsindən asılıdır. Liviya ilə bağlı yaxın keçmişdə baş verənlər də bunu bir daha təsdiqlədi. Bu baxımdan Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzv seçilməsi və rotasiya prinsipi əsasında Təhlükəsizlik Şurasına sədrlik etməsi böyük diplomatik uğur idi. BMT baş katibi Ban Ki Mun da 2013-cü ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edib və Azərbaycanın BMT ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrini yüksək qiymətləndirib. Azərbaycan 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə artıq İslam aləmi və Türk Dünyasında, o cümlədən Qərbdə böyük hörmət və nüfuz qazandığını ortaya qoyub. Bu həm də sabiq Prezident Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasət kursunun rasional əsaslara malik olduğunu təsdiqləyib. Başqa sözlə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında ortaya qoyduğu fəaliyyətlə özünə inam, islam dövlətləri arasında nüfuz qazanmasaydı, Türk Dünyasının inteqrasiyası, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi qurumların yaradılması, türk diaspor təşkilatlarının birgə fəaliyyəti ilə bağlı təşəbbüslərə öncüllük etməklə Türk Dünyasında diqqət mərkəzində olmasaydı, Avropa Şurası, ATƏT və digər Avropa strukturları ilə münasibətləri rasional əsasda qurmasaydı, müstəqilliyinin 20-ci ildönümündə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkisində Macarıstan və Sloveniyanı üstələyə bilməzdi.
Xarici siyasətdəki uğurların əsası isə daxili siyasi və iqtisadi amillərə əsaslanır. Sabiq prezident Heydər Əliyev tərəfindən 1994-cü ildə geosiyasi güclərin maraqlarının və Azərbaycanın mənafeyinin tarazlaşdırılmasına nail olunaraq "Əsrin Müqaviləsi"nə imza atılması, çökmüş iqtisadiyyatın inkişafı üçün bazis yaradılması, bunun davamı olaraq 1995-ci ildən ölkədə hərbi çevrilişlərə birdəfəlik son qoyularaq daxili siyasi sabitliyə nail olunması, bu siyasi və iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi qeyd edilməlidir. Məhz iqtisadi və siyasi amillər Azərbaycanın güclü ordu qurmasını şərtləndirib. Görülən işlər həm də Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə hazırlıq istiqamətində atılan addımlardır. Çünki işğal altındakı torpaqları azad etmək üçün güclü iqtisadiyyata və orduya malik olmaq vacibdir.
Bu gün dünyada heç bir iqtisadi, analitik mərkəz Azərbaycan və Ermənistan iqtisadiyyatlarını müqayisə etmir. Çünki bu ölkələrin iqtisadiyyatları arasında fərq on dəfələrlə çoxdur. Digər tərəfdən, hazırda Azərbaycan neft-qaz sektorunda qazanılan uğurlar əsasında formalaşmış bazis əsasında qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atmaqdadır. Sənaye parklarının yaradılması, daxili və xarici investorların qeyri-neft sektoruna sərmayə qoymağa təşviq edilməsi istiqamətində işlər görülür. Qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı da xüsusi diqqət mərkəzindədir. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə böyük həcmdə güzəştli kreditlər ayrılır. Qarşıya qoyulan əsas məqsəd Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Dövlət başçısı da çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan əsas ərzaq məhsulları ilə özünü tam təmin etməyə nail olmalıdır. Görülən işlər yaxın illərdə Azərbaycanın güclü qeyri-neft sektoruna, inkişaf etmiş kənd təsərrüfatına malik bir ölkəyə çevriləcəyini proqnozlaşdırmağa əsas verir.
Xatırladaq ki, 2-3 dekabr 1996-cı ildə ATƏT-in Lissabon sammitində Heydər Əliyev yüksək siyasi iradə nümayiş etdirərək Azərbaycanın maraqlarını beynəlxalq aləmin gözü önündə qətiyyətlə müdafiə edib. Həmin sammitdə 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı bəyannamə qəbul edilib. Bəyannaməyə qoşulan dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilib və belə halları aradan qaldırmaq üçün qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
Lissabon zirvə toplantısında Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi və bölgənin bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəyanat ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir. Əsası ümummilli lider tərəfindən qoyulan bu uğurlu siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilib. Ümumiyyətlə, Azərbaycanın son on ildə inkişafına nəzər yetirsək, deyilənlərin şahidi olarıq. Beynəlxalq Enerji Sammiti, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avroviziya mahnı müsabiqəsi, "Tour Azerbaidjan" beynəlxalq velosiped yarışı, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və eyni zamanda, TŞ-yə iki dəfə sədrlik etməsi Azərbaycanın dünya arenasındakı nüfuzundan və mühüm rolundan xəbər verir. Dünyanın aparıcı ölkələri Azərbaycana etibar edir.
Dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı əməkdaşlığa can atması, beynəlxalq müqavilələr bağlaması, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəməsi də təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştiraketmə hüquqlarının var olması idi. Məhz həmin layihələrin nəticəsində ən ucqar dağ kəndlərindən tutmuş, rayon və şəhər mərkəzlərinə, paytaxta qədər ölkənin hər yerində sosial xidmət obyektlərinin - məktəblərin, universitetlərin, xəstəxanaların, bərpa mərkəzlərinin, diaqnostik-müalicə mərkəzlərinin, idman və olimpiya komplekslərinin, kurort və istirahət obyektlərinin açılması, istifadəyə verilməsi birbaşa Konstitusiyada ölkə vətəndaşları üçün nəzərdə tutulmuş hüquqların təmin edilməsi və yerinə yetirilməsi istiqamətində dövlətin gördüyü mühüm işlər idi. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin arzusunda olduğu və həyata keçirməyə çalışdığı vətəndaş azadlığı və hüquqlarının yerinə yetirilməsinin göstəricisi idi. Müstəqil Azərbaycanın dövlət başçısı kimi 10 il ərzində bu sahədə görülən işlər, son on ildə isə ulu öndərin siyasi kursunu, siyasi xəttini inamla və daha mükəmməl şəkildə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin də ayrıca diqqət ayırdığı mühüm sahədir.
24 avqust 2002-ci il tarixdə və 18 mart 2009-cu il tarixdə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər zamanı yenə də əsas məsələ ölkə vətəndaşlarına dəyişən dünyada daha mütərəqqi hüquqlar vermək idi. Bu mənada ali qanunun 12-ci maddəsinə edilmiş əlavələrdə hər bir Azərbaycan vətəndaşının sosial vəziyyətinin yüksəldilməsi, yaşayış səviyyəsinin ən yüksək şəkildə təminatı nəzərdə tutulur. Həmin maddəyə edilmiş dəyişiklikdə göstərilir ki, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir".
Yuxarıda qeyd olunan maddəyə bu məzmunda əlavənin edilməsi ölkənin artan maliyyə resursları, imkanları hesabına bu gün həyata keçirilən daha böyük sosialyönümlü fəaliyyətlərdə öz əksini tapır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarını ən yüksək şəkildə təmin etməklə kifayətlənmir, hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təşkilini də bir məsuliyyət kimi öz üzərinə götürür.
"Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən ümummilli liderin siyasi varisi İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər də hər bir azərbaycanlının qloballaşan dünyada suveren bir ölkənin vətəndaşı kimi bütün hüquq və azadlıqlara sahib olduğunu deməyə əsas verir: "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin".
Hər iki sitatın mahiyyətində bir ölkə başçısı və Azərbaycan vətəndaşı kimi hər bir azərbaycanlının taleyini öz taleyi kimi qəbul edən lider iradəsi dayanır. Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun əsas vəzifəsi, məqsədi Azərbaycan Respublikası Konstitusiyasının ölkə vətəndaşına verdiyi hüquq və azadlıqların təmin edilməsi olub. Bu gün də o siyasi iradə, siyasi xətt uğurla yerinə yetirilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
- VİDEO
09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
- FOTO
08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- FOTO
08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
- FOTO
08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır
- FOTO
08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb
- VİDEO
08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur"
- Ərdoğan
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO/YENİLƏNDİ
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü...
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
- FOTO
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ