Daxili İşlər Nazirliyi tanınmış aparıcı İlham Mirzəyevin saxlanıldığını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, İlham Mirzəyev bu gün polis orqanları tərəfindən tutulub.
Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.