Bazar ertəsi günü, 09 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda hərbi xidmətdən yayınan dini təriqətlərin ziyanlı mövqeyi...
Tarix: 04.04.2014 / 09:31
Bölmə: Gündəm
Azərbaycanda dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslər var. Bunlar "Yehova şahidləri" dini icmasının üzvü olduqlarını deyən gənclərdir. Hüquq-mühafizə orqanlarındakı adının çəkilməsini istəməyən mənbənin "Trend"ə verdiyi məlumata görə, əvvəlki illərdə də "Yehova şahidləri" dini icmasının nümayəndələrinin Azərbaycanda hərbi xidmətdən yayınması hallarına ara-sıra rast gəlinirdi.
Lakin həqiqi hərbi xidmətə 2014-cü ilin yanvar çağırışı dövründə bu, özünün kulminasiya həddinə çatıb. Belə ki, bu dəfə Bakı ilə yanaşı, regionlar da daxil olmaqla, "Yehova şahidləri" icmasının üzvü olan 5 gənc dini əqidəsini əsas gətirərək hərbi xidmətə getməkdən imtina edib.
Belə faktların mövcudluğunu "Trend"ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də təsdiqləyiblər.
Məsələ ilə bağlı "Trend"in sorğusuna cavab verən Bakıdakı "Yehova şahidləri" dini icmasının nümayəndəsi Kirill Aleksandroviç Stepanov bildirib ki, onlar irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar: "Biz inanırıq ki, Bibliya (İncil) Allahın ilhamlandırılmış sözüdür. İsa öz davamçıları ilə bağlı İohanın İncildə 17-ci fəsil, 14-cü şeirdə yazılmış sözlərini deyib: "... onlar mənim kimi dünyadan deyillər". Bu göstərişə tabe olaraq, "Yehova şahidləri" irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar. Həmçinin biz hökumətin yürütdüyü siyasətə qarşı etiraz etmək üçün keçirilən vətəndaş itaətsizliyi aktlarında iştirak etmirik. Bizim üçün qan tökülməsi və ya zorakılığın başqa növlərində iştirak etmək yolverilməzdir. "Yehova şahidləri" bütün dünyada baş verən münaqişə və müharibələrdə tamamilə neytral qalırlar".
K.Stepanov bildirib ki, "Din və müharibə haqqında ensiklopediya"da ("Encyclopedia of Religion and War") deyilir: "İsanın ilk davamçıları müharibədə və hərbi xidmətdə iştirakdan imtina edirdilər. Qətl İsanın öz düşmənlərinə sevgi haqqında təliminə zidd idi".
Onun sözlərinə görə, Bibliyanın vicdanla bağlı təliminə əsasən, hər bir Yehova şahidi hərbi xidmət keçib-keçməməsi ilə bağlı özü qərar qəbul edir. Heç kim başqası üçün qərar qəbul edə bilməz: "Yehova şahidləri" dini icmasının Nizamnaməsində hərbi xidmət keçməklə bağlı məsələ barədə xatırladılmır. "Yehova şahidləri" hərbi əməliyyatlara etiraz etmirlər və hərbi xidmət keçmək istəyənlərə öz baxışlarını zorla qəbul etdirmirlər. Biz Bibliyada, İsa peyğəmbərin kitabında 2-ci fəsildə, 4-cü şeirdə yazılmış yaxşı tanınan peyğəmbərliyə inanırıq və onun "Onlar öz qılınclarını bağ bıçaqlarına və nizələri gavahınlara dəyişəcəklər. Xalq xalqa qılınc qaldırmayacaq və daha vuruşmağı öyrənməyəcəklər" sözlərinin yerinə yetirilməsində iştirak etmək istəyirik".
Dini icmanın nümayəndəsi qeyd edib ki, "Yehovanın şahidləri" adətən hərbçilərin nəzarəti altında olmayan alternativ xidmət keçməyə razılaşırlar: "Azərbaycan Respublikasında dini etiqadları onlara hərbi xidmət keçməyə icazə verməyən vətəndaşların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 76.2-ci maddəsi ilə zəmanət verilir: "Əgər həqiqi hərbi xidmətin icra edilməsi vətəndaşların inamlarına zidd olarsa, onda qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsinə yol verilir". 2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasının üzvü olub və bu beynəlxalq qurumun üzvü olmaqla dövlət beynəlxalq ictimaiyyət qarşısında öz üzərinə müxtəlif öhdəliklər götürüb".
Onun sözlərinə görə, məsələn, Avropa Şurası Parlamentinin 2000-ci il 28 iyun tarixli 222 saylı Hesabatının 14-cü abzasında Azərbaycan dövləti tərəfindən daxil olan məktubdan sitat gətirilir. Azərbaycan tərəfindən təqdim edilmiş bu məktubda Azərbaycan Respublikası 2 il ərzində Avropa standartlarına uyğun gələn alternativ mülki xidmət haqqında qanun qəbul etmək öhdəliyi qəbul edib: "Bu iki illik müddət 2003-cü ildə başa çatıb. Lakin təəssüf ki, alternativ xidmət haqqında qanun indiyədək qəbul edilməyib. Son iki il yarım ərzində Avropa İnsan Haqları Məhkəməsi əsas vətəndaş hüquqlarını, o cümlədən "Yehova şahidləri"nin dini etiqadlarına görə orduda xidmətdən imtina etmək hüquqlarını dəfələrlə təsdiqləyib".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Orxan Əli "Trend"ə bildirib ki, "Yehovanın şahidləri" dini icması vaxtilə Ədliyyə Nazirliyi tərəfindən ilkin qeydiyyatdan keçdiyi üçün onun Bakı şəhəri ərazisində fəaliyyəti qanuni hesab edilir: "Lakin onlar Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməyiblər. "Dini etiqad azadlığı haqqında" Qanunun 12-ci maddəsinə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində fəaliyyət göstərə bilərlər".
O.Əli deyib ki, "Yehova şahidləri"nin hərbi xidmətdən yayınmasına gəlincə, bu yəqin ki, onların öz aralarında olan əqidə məsələsindən qaynaqlanır və DQİDK sözçüsünün fikrincə, bu yolverilməzdir: "Hamımız bilirik ki, hazırda Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Müharibə şəraitində olan ölkədə belə fikirlərin formalaşması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin (Vətəni müdafiə) II bəndindən əvvəl, I bənd var. Orada isə qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçməlidirlər".
O, həmçinin qeyd edib ki, bu vaxta kimi DQİDK ilə "Yehova şahidləri" dini icması arasında bir neçə məhkəmə çəkişməsi olub ki, bunlar da dini ədəbiyyatların Azərbaycana idxalı ilə bağlıdır: "Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq, ölkəyə idxal olunan və ölkədə çap olunan dini məzmunlu kitabların ekspertizasını həyata keçirir. Əgər həmin kitablarda dini, milli, irqi ayrı-seçkilik və nifrət yaradacaq hallar aşkar olunarsa, o kitablar ölkəyə buraxılmır. "Yehova şahidləri"nə aid müəyyən kitablarda da bu cür hallar aşkarlandığı üçün onlar ölkəyə buraxılmayıb. Bununla bağlı bir neçə məhkəmə prosesi olub və bütün proseslərdə Dövlət Komitəsinin haqlı olduğu barədə qərar qəbul edilib".
Qeyd edək ki, indiyə qədər "Yehova şahidləri" dini icmasından başqa heç bir qurum DQİDK-nı məhkəməyə verməyib.
Məsələyə İslam dini baxımından yanaşmanı izah edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev "Trend"ə bildirib ki, İslam dini Vətəni, torpağı, milləti, dövləti, namusu, ailəni qorumağı önə çəkir və yeri gələrsə, hamı bunlar üçün canını da fəda etməlidir: "İslam dini xalqlar və millətlər arasında müharibənin olmasını istəmir, amma belə bir yanaşma var ki, sənə qarşı hücum varsa, müdafiə olunmalısan. Müdafiə olunanda isə təcavüzkarla vuruşmalısan. Hərbi xidmətə gəlincə, Vətənə hərbi xidmətin edilməsi çox bəyənilir. İslamda Vətənin keşiyində durmaq, ona xidmət etmək, onu düşməndən, təcavüzkardan qorumaq ən böyük şərəfdir, mütləq, vacib amildir və hər bir insanın boynunda haqdır. Vətəni qorumaq xalqı qorumaq, xalqı qorumaq torpağı qorumaq, torpağı qorumaq dövləti qorumaq deməkdir. İslamda zaman-zaman Vətəni qorumaq üçün din, dövlət rəhbərləri əmrlər verib. Cihad əmri veriləndə hamı bu hökmə tabe olaraq Vətəni qorumaq üçün ayağa qalxıb. Kim gizlənsəydi, kim qaçsaydı, onlar məsuliyyət daşıyardılar. Onlar həm Allah, həm də Vətən və xalq qarşısında günahkar hesab olunurdular. Muhəmməd peyğəmbərdən (s.ə.s) hədis var ki, "Vətəni sevmək imandandır". Sevmək üçün onu qorumalısan, onu möhkəmləndirməlisən, ona qarşı diqqətli olmalısan".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər zamanı ora alternativ xidmətlə bağlı müddəa salınıb: "Xidmətin bir neçə növü var: həqiqi hərbi xidmət, alternativ hərbi xidmət və alternativ xidmət. Alternativ xidmət nədir? Dünyada müəyyən ölkələrdə bu xidmət növü tətbiq olunur. Bu zaman xidmətin müddəti həqiqi hərbi xidmətə nisbətən daha çox olur. İslam dininə aid olmayan bəzi dini cərəyanlar var ki, dini baxışlarına görə həmin şəxslər əlinə silah götürmürlər. Bundan başqa, cinsi azlıqlar və s. kateqoriyadan olan adamlar da həqiqi hərbi xidmətə yox, alternativ xidmətə cəlb olunurlar. Alternativ xidmət edən şəxslər adətən hospitallarda otaqları təmizləyir, hərbi hissədə müxtəlif təsərrüfat işlərinə cəlb olunurlar. Bu, o demək deyil ki, onlar xidmətdən uzaqlaşa bilərlər. Məsələn, Rusiyada alternativ xidmətdə olanlardan bazarların süpürülməsində, yaxud ayaqyoluların təmizlənməsində, qocalar evində qocalara qulluq edilməsində və s. işlərdə istifadə olunur. Lakin bunun üçün qanun olmalıdır".
Millət vəkilinin sözlərinə görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən "Alternativ xidmət haqqında" Qanun layihəsi çoxdan hazırlanıb. Lakin nə qədər ki, Azərbaycanda belə qanun qəbul edilməyib hamı hərbi xidmət keçməlidir: "Hamı bilir ki, Azərbaycan müharibə şəraitindədir. Qəbul edilməmiş həmin qanun layihəsinin 7-ci maddəsində də qeyd edilir ki, nə qədər Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb, alternativ xidmət məsələsinin icrası dayandırılır. O yalnız Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra qəbul edilə bilər. Əgər kimsə bu gün bunu əlində rəhbər tutub belə bir məsələ qaldırırsa, çox səhv edir. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər kəsin təhsil almaq hüququ var. Lakin bu o demək deyil ki, kimsə gedib Bakı Dövlət Universitetində oturmalıdır ki, təhsil almaq mənim hüququmdur. Bu "Təhsil haqqında" Qanunla tənzimlənir. Və yaxud da yazılır ki, hər kəsin ailə qurmaq hüququ var. Bu Nikah Məcəlləsi ilə tənzimlənir. Konstitusiyada göstərilən maddə normadır, lakin qanun deyil. Qanun isə sonradan onun əsasında yaranır və formalaşır. Azərbaycanda "Alternativ xidmət haqqında" Qanun qəbul edilməyib, deməli alternativ xidmət də yoxdur".
Qeyd edək ki, aprelin 1-dən etibarən Azərbaycan vətəndaşlarının Silahlı Qüvvələrə və qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb. Aprelin 30-dək davam edəcək proses çərçivəsində 1996-cı ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
- VİDEO
09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
- FOTO
08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- FOTO
08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
- FOTO
08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır
- FOTO
08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb
- VİDEO
08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur"
- Ərdoğan
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO/YENİLƏNDİ
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü...
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
- FOTO
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ