Bazar ertəsi günü, 09 noyabr 2026
     

"KİV DF-nin yaradılması həqiqətən tarixi zərurət idi"

Image


Vüqar Səfərli: "İnternet medianın da fəaliyyətinə gələcəkdə fond tərəfindən dəstək verilməsi gerçəkləşə bilər"
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli Fondun yaradılmasının 5 illiyi ilə əlaqədar "Trend" İnformasiya Agentliyinə müsahibə verib.
- Vüqar müəllim, bildiyimiz kimi bu gün KİV DF-nin yaradılmasının 5 ili tamam oldu. KİV DF hansı zərurətdən yarandı?
- KİV DF-nin yaradılması həqiqətən tarixi zərurət idi. Məlumdur ki, dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda söz, fikir, məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Həmin dövrdə KİV üzərində senzuranın olması, redaksiyaların maddi-texniki bazasının zəifliyi, jurnalist peşəkarlığının hələ yüksək səviyyədə olmaması, söz və fikir azadlığının inkişafına öz mənfi təsirini göstərirdi. Bu vəziyyətin aradan qaldırılması üçün Ulu Öndər Heydər Əliyev bir sıra ciddi qərarlar qəbul etdi. 1998-ci ildə onun fərmanı ilə senzura ləğv edildi, 1999-cu ildə "KİV haqında" qanun qəbul edildi, 2000-ci ildə mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanun qəbul edildi, 2005-ci ildə KİV-in qeydiyyatı qaydaları sadələşdirildi, qeydiyyatdan keçmiş KİV-in sayı sürətlə artmağa başladı. Sözsüz ki, KİV-in sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrup KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlayaraq ölkə prezidentinə təqdim etdi. Konsepsiyaya Prezident Adminstrasiyasında baxıldı və cənab Prezidentin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 03 aprel 2009-cu ildə möhtərəm Prezident cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun əsas məqsəd və vəzifələri, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.
- KİV-ə dövlətin maliyyə dəstəyini hansı formada həyata keçirirsiniz?
- Maliyyə dəstəyi Fondun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş qaydalar və əsasnaməyə uyğun həyata keçirilir. Maliyyə yardımları əsasən müsabiqə üsulu ilə reallaşdırılır. Konsepsiyada nəzərdə tutulan istiqamətlər layihə kimi həyata keçirilməsi üçün redaksiyalara təklif olunur, redaksiyalar isə fondla bağlanmış müqavilənin şərtləri əsasında layihləri həyata keçirirlər. Bunun müqabilində qəzetlərin dövriyyəsi, tirajı və yayımı nəzərə alınmaqla maliyyə dəstəyi göstərilir. Beş il ərzində yüzlərlə gündəlik və həftəlik çap olunan qəzetlər maliyyə dəstəyi alıblar. Onu da qeyd edim ki, dəstək prosesi daim möhtərəm dövlət başçısının diqqət mərkəzində olub və hər il artan templə gedir.
- Jurnalistlərin sosial və məişət problemlərinin həllində hansı işlər görülüb?
- Bildiyiniz kimi, 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisi barədə sərəncam imzalamışdı. 2013-cü ilin iyul ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə həmin binanın açılışı keçirildi və jurnalistlərin istifadəsinə verildi. Beləliklə, 156 jurnalist ailəsi öz arzularına çatdı. Elə bu binanın açılış mərasimində cənab Prezident jurnalistlər üçün ikinci binanın tikintisi barədə sərəncam imzaladı. Hazırda həmin binanın tikintisi üçün hazırlıq işləri gedir.
Bundan əlavə jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi ilə fərdi yazı müsabiqələri də keçirilib ki, bu müsabiqələrdən 5 il ərzində 1000-dən çox jurnalist faydalanıb, onlara ümumilikdə 500.000 manatdan artıq mükafat verilib.
- Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə medianın əlaqələrinin genişləndirilməsi sahəsində hansı işlər görülüb?
- Bu məsələ Fondumuzun əsas məqsəd və vəzifələrindən biridir. Ötən illər ərzində Fond mərkəzi və yerli icra orqanları ilə geniş konfranslar və dəyirmi masalar keçirib, media və məmur münasibətlərinin genişlənməsində müsbət rol oynayıb. Mərkəzi və yerli icra orqanları ilə Fondun birgə yazı müsabiqələri keçirilib, qalib jurnalistlər mükafatlandırılıb.
- Media sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində hansı işlər görülüb?
- Beynəlxalq təcrübənin öyrənilməsi üçün Müşahidə Şurasının üzvlərindən və Fondun rəhbərliyindən ibarət nümayəndə heyəti inkişaf etmiş dövlətlərdə analoji fondlarda olub və onların iş təcrübəsi ilə yaxından tanış olub.
Bundan əlavə, bir qrup qəzet rəhbərlərinin Türkiyə Cümhuriyyətinə, Şimali Kipr Türk Cümhuriyyətinə səfərləri təşkil edilib.
Türkdilli ölkələrin media formunun Azərbaycanda keçirilməsini Mətbuat Şurası ilə Fond birgə təşkil edib. Bundan başqa, Fond bir sıra beynəlxalq tədbirlərin təşkilində də fəal iştirak edib.
- Redaksiyalara maliyyə dəstəyindən əlavə daha hansı formalarda dəstək olursunuz?
- Maliyyə yardımından əlavə redaksiyalara metodiki, konsultativ və təşkilati-texniki dəstəklər də veririk. Belə ki, redaksiya və jurnalistlərin layihə sənədlərinin və hesabatlarının hazırlanmasına kömək məqsədi ilə geniş təlimlər keçirmişik. KİV-in və jurnalistlərin fəaliyyətinin mövcud qaydalara uyğunlaşdırılması, mətbuatda etik dəyərlərin, insan hüquqlarının qorunmasının təşkili üçün bir sıra tədbirlər təşkil etmişik. Bundan başqa peşəkarlığın artırılması sahəsində də geniş layihələr, mütəmadi olaraq treninqlər həyata keçirilib, jurnalistlərə öz peşəkarlıqlarını artırmaq üçün geniş şərait yaradılıb.
- Fond "Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyini Artırmaq Sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasında necə iştirak edir?
- Həmin proqramın media ilə bağlı müvafiq bəndlərinin icrasını təmin etmək üçün geniş tədbirlər planı hazırlanıb, jurnalistlər, dövlət orqanlarının informasiya verilməsində məsul əməkdaşları, QHT və bələdiyyə nümayəndələri arasında maarifləndirmə işi aparılıb. KİV-in informasiya təminatını yaxşılaşdırmaq və informasiya əldə etmək hüququ ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin və İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərlərinin iştirakı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda geniş konfrans təşkil edilib. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.
- Sonrakı illər üçün Fondun fəaliyyətində hansı yeniliklər gözlənilir?
- Bildiyiniz kimi, internet media müasir həyatımızın ən mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycanda İKT sektoru surətlə inkişaf etməkdədir və onun inkişafına dövlət hər cür dəstək verir. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2013-cü il "İKT ili" elan edilib. İnternet medianın da fəaliyyətinə gələcəkdə fond tərəfindən dəstək verilməsi gerçəkləşə bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ