çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi dövlətçilik tariximizdə əbədi yaşayan şəxsiyyət kimi...

Image


Ey adlı, şərafətli, fədakar böyük insan,
Aləmlərə sığmaz Vətənə etdiyin ehsan.

Böyük pedaqoq, maarifçi, görkəmli uşaq şairi Abdulla Şaiq əfəndi bu misraları Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr edirdi. Bu o vaxtlar idi ki, qüdrətli Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti əldən-ələ gəzir, xalqın maariflənməsi üçün böyük missiyanı yerinə yetirirdi. "Əkinçi" milli mətbuatımızın qaranquşu kimi qanadlarında uca bir amalı daşıyırdı.
Cəhalət içində qıvrılan millətini cahillik zəncirindən qoparıb aydın sabaha aparmaq idi Zərdabinin məqsədi. Tərəqqi edən xalqların sırasında öz həmvətənlərini də görmək istəyirdi "Əkinçi"ni bu millətə bəxş edən kişi. Zərdabi təlatümlü, ağrılı, qarışıq bir dövrdə yaşayıb fəaliyyət göstərirdi. "Əkinçi" qəzeti ilə Azərbaycan mətbuatının bünövrəsini qoyan Həsən bəy Zərdabi xam torpaqlara-yaddaşlara əkdiyi xalis toxumların cücərib, göyərib, şaxələnəcəyinə, gül açıb bəhrə verəcəyinə inanırdı. İnamı olmasaydı, min bir əziyyətə, çətinliyə, məhrumiyyətə sinə gərib "Əkinçi"ni ərsəyə gətirə bilməzdi.
Bu il Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin 140 yaşı olacaq, onun özünün isə 173 yaşı tamam oldu.
Məzarı Fəxri Xiyabanda olan qüdrətli Həsən bəyin irsi davamlı olaraq öyrənilir, xatirəsi əziz tutulur.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Həsən bəy Zərdabi irsinə yeni baxış, yeni münasibət sistemi formalaşdı. Müstəqil dövlətin rəhbəri Zərdabiyə layiq olduğu qiyməti verdi.
Qeyd edək ki, 2012-ci ildə Həsən bəy Zərdabinin 170 yaşı tamam oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il iyunun 4-də Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı.
Sərəncamda bildirilirdi ki, 2012-ci ildə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyi tamam olur: "Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri var. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır".
Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyi layiqincə keçirildi.
Onu da bildirək ki, 2012-ci ildə xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr verən, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi respublikanın bütün elm, təhsil və mədəniyyət müəssisələrində, xüsusən də kitabxanalarda keçirildi. Həsən bəy Zərdabinin tədqiqatçıları yazır ki, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan, həyat və yaradıcılığı ilə öz xalqının mədəni və elmi fikir intibahı tarixində silinməz izlər qoyan görkəmli mütəfəkkir və ictimai xadimlərdən biri də Həsən bəy Zərdabidir.
Həsən bəy Səlim bəy oğlu Zərdabi 1842-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1837-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olub. Qeyd edək ki, ibtidai təhsilini mollaxanada alan Həsən bəy 1854-cü ildə 4 sinifli Şamaxı məktəbi nəzdində yenicə təşkil olunan pansionun ikinci sinfinə qəbul olunub və oranı əla qiymətlərlə bitirib. 1858-ci ildə isə Tiflis Qəza Gimnaziyası yanında Blaqarodnıy Pansionunun V sinfinə daxil olub və oranı müvəffəqiyyətlə başa vuraraq 1861-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin "Təbiyyat" şöbəsinə daxil olub. Moskva Universiteti Zərdabinin gələcək inkişafı üçün çox böyük perspektivlər açıb və onun dünyagörüşünün formalaşmasına əsaslı dərəcədə təsir edib. Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra 1869-cu il noyabr ayının 18-də Bakı Realnıy Gimnaziyasına "Təbiyyat tarixi" müəllimi vəzifəsinə təyin edilir. O burada işlədiyi müddətdə xalqı maarifləndirmək işində, gənc nəslin - gələcəyin ümidi olan məktəb şagirdlərinin tərbiyəsinin düzgün istiqamətə yönəldilməsi sahəsində əlindən gələni əsirgəməyib, onları gələcəkdə xalqın azadlığı və maariflənməsi uğrunda mətin və mübariz yetişdirməyə çalışıb. Bununla kifayətlənməyən Zərdabi həmin məktəbdə oxuyan kasıb və yetim uşaqların acınacaqlı vəziyyətini nəzərə alaraq onlara kömək etmək, küçələrdə səfil dolaşan yetim uşaqları məktəbə düzəltmək məqsədilə xeyriyyə cəmiyyəti təşkil edir. Zərdabi xalqın, gənc nəslin tərbiyə edilib maariflənməsi işində teatrın da önəmli rolu olduğunu düşünürdü. Belə ki, 1873-cü ildə onun rəhbərliyi altında, Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlovun yaxından iştirakı ilə Bakı Realnıy Gimnaziyasının otaqlarından birində böyük dramaturq M.F.Axundovun "Hacı Qara" komediyasının tamaşası göstərilir. Bununla da Azərbaycan milli teatrının əsası qoyulub. Sonralar təkcə xeyriyyə cəmiyyətləri və teatr vasitəsilə həqiqi mənada xalqın maariflənməsinə nail olmağın mümkün olmadığını dərk edən Zərdabi maarif işi üçün geniş imkanlar aça bilən ideya vasitələri axtarırdı. Bu axtarışın nəticəsi kimi 1875-ci ilin 22 iyulunda uzun əziyyətlərdən sonra "Əkinçi" adlı qəzet nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu. Dərc olunan bu qəzet XIX əsrin ikinci yarısında Azərbaycanda cəhalətə, avamlığa, nadanlığa qarşı mübarizədə, xalqın maarifə, mədəniyyətə çatmasında, maarifçilik ideyalarının yayılması və mütərəqqi ziyalıların yetişməsində mühüm rol oynayırdı. Tədqiqatçılar yazır ki, "Əkinçi" qəzeti uzun müddət fəaliyyətini davam etdirə bilməyib, 1877-ci ilin sentyabrında çar senzurası tərəfindən bağlanıb. Tədqiqatçılar bildirir ki, "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb. "Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. Zərdabinin fəaliyyətindən qorxuya düşən polis idarəsi onu Bakıdan uzaqlaşdırmaq məqsədilə ona dəfələrlə təzyiqlər göstərir və 1878-ci ildə Zərdabi öz razılığı ilə məktəbdən azad olunur. O, 1879-cu ilin sonlarında ailəsi ilə birlikdə doğma kəndləri olan Zərdaba köçür, 1896-cı ilə qədər orada yaşamalı olur. Tədqiqatçılar yazır ki, onun buradakı çoxcəhətli fəaliyyətinin bir nümunəsi də kənddə məktəb açmaq üçün göstərdiyi səylər idi. Həsən bəyin 1883-cü ildə "Kaspi" qəzetində dərc etdirdiyi "Zərdabda məktəb olacaqdırmı?" məqaləsi həmin arzusunun açıq ifadəsi idi. Zərdabi Bakıya gəldikdən sonra görkəmli ictimai xadim kimi fəaliyyətini davam etdirir. 1898-ci ildən etibarən Bakıda rus-tatar məktəblərinin açılması Zərdabinin maarifçilik fəaliyyətinin ən parlaq nümunələrindən idi.
1905-1907-ci illər inqilabı dövründə Həsən bəy Azərbaycanda maarifin tərəqqisi işində böyük fəaliyyət göstərir və xalqın oyanışının belə mühüm dövründə ziyalıları bu iş uğrunda birləşməyə çağırır. 1906-cı ildə Zərdabinin Azərbaycan müəllimlərinə müraciətlə yazdığı "Açıq məktub" adlı məqaləsi dərc olunur. Məqalədə xalq maarifinə aid o dövr üçün olduqca maraqlı məsələlər irəli sürülmüşdü.
Həsən bəy Zərdabini narahat edən mühüm məsələlərdən biri də bəzi yazıçı və müxbirlərin öz ana dilində deyil, başqa dillərdə yazması idi. Bu yazılarda ərəb və fars tərkiblərinə həddindən artıq geniş yer verildiyinə görə sadə xalq bunu anlamaq iqtidarında deyildi. Bu problemlə əlaqədar olaraq Zərdabi "Dil dəvası" adlı məqaləsində yazıçıları sadə xalq dilində yazmağa dəvət edirdi. Görkəmli maarifçi folklor nümunələrinə də biganə qalmayıb, yaradıcılığında şeir və nəğmələrə xüsusi yer verib. O, şeir və nəğmələrin xalq içərisində geniş yayılması məqsədilə 1905-ci ildə bu folklor nümunələrini "Türk nəğmələrinin məcmuəsi" adı altında nəşr etdirərək Bakı məktəblərinin şagirdlərinə təmənnasız paylayıb və müəllimlərin bu nəğmələri şagirdlərə öyrətməsi üçün digər şəhərlərə də göndərir.
Həsən bəy Zərdabi ömrünün axırına qədər jurnalistlik, maarifçilik fəaliyyətini dayandırmayıb. Təkcə 1907-ci ildə "Dəbistan" jurnalında yeddiyə qədər məqalə dərc etdirib. O bu məqalələrilə gənclərə vətən qarşısında namusluluq, əməyə sevgi, dostluq və s. sifətlər aşılamağa çalışıb.
Həsən bəy Zərdabi həmişə əzilən və istismar olunan kütlələrin tərəfində olub. "Əkinçi" qəzetində kəndlilərin ağır həyat şəraiti, onların yarıac-yarıtox dolanması qabarıq şəkildə oxucuların nəzərinə çatdırılıb. Zərdabi "Kənd mirzələrindən xilas olmalıyız" adlı məqaləsində möhtəkirlərin törətdikləri cinayətləri, onların tüfeyli həyatını kəskin tənqid atəşinə tuturdu. Həsən bəy Zərdabi öz yaradıcılığında təbiət elmlərinə, təbiət sirlərinin öyrənilməsinə də geniş yer verib. Belə ki, Bakıda dərc olunan "Həyat" və "Kaspi" qəzetlərində Zərdabinin məktəb və tərbiyə, eyni zamanda, anatomiya, fiziologiya, zoologiya məsələlərinə aid və ilk uşaq jurnalı olan "Dəbistan"da "Qarınca", "Bal arısı", "Pişiyə dair", "Kəsəyənə dair", "Qara mala dair", "Su itinə dair" sərlövhəli təbii-elmi və kütləvi məqalələri dərc edilib. Bunlardan başqa, "Şərqi-Rus", "Məktəb", "Füyuzat", "İrşad" və s. kimi qəzet və jurnallarda müxtəlif ictimai, iqtisadi və elmi məqalələri dərc olunub. Həsən bəy Zərdabi "Yeni ulduzlar", "Marsda insan yaşayırmı?", "Ayın fəzalarının Yer üzərində üzvi həyata təsiri", "Torpaq, su və hava" və bir çox digər əsərlərində mühüm kainat hadisələrinin elmi izahını verib. İctimai-siyasi problemlərlə yanaşı, əxlaq məsələləri də Zərdabinin fikrindən yayınmayıb. Əxlaq və etika məsələləri Zərdabinin dünyagörüşündə mühüm yerlərdən birini tutub. Onun əsərlərində cəmiyyətdə mövcud olan iki bir-biri ilə təzad təşkil edən sifətlər müqayisəli şəkildə qarşı-qarşıya qoyulub: bir tərəfdə zəhmətkeş təbəqə üçün xarakterik olan ən üstün əxlaqi cəhətlər, digər tərəfdə isə istismarçı siniflərə xas olan rüşvətxorluq, riyakarlıq, sərxoşluq, lazım gəldikdə pul-mal xatirinə öz millətini satmaq kimi qeyri-insani keyfiyyətlər dururdu. Ömrünün sonunadək gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan H.Zərdabi Azərbaycan xalqının tarixinə milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk qız məktəbinin təsisçisi, Birinci Müəllimlər Qurultayının təşkilatçısı və sədri, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi daxil olub.
Tədqiqatçılar yazır ki, öz xalqına sədaqətlə xidmət etmək, xalqı maarifləndirmək, azadlıq hərəkatını canlandırmaq naminə yaşadığı dövrün bütün eybəcərliklərini, haqsızlıqlarını, xalqın zəhmətkeş təbəqələrini əzən, onları zülm altında inlədən feodal qəddarlıqlarını çəkinmədən yazılarında ifşa edən Həsən bəy zəngin ədəbi irsi və fəaliyyəti ilə Azərbaycan mədəniyyəti tarixinə yaddaşlardan silinməyən izlər qoyub getmiş böyük tarixi və ədəbi şəxsiyyətdir.
Tədqiqatçılar yazır ki, Həsən bəy Zərdabi-Məlikov 1907-ci il noyabr ayının 28-də iflic xəstəliyindən vəfat edib, köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Onun ölümü o dövr Azərbaycan ziyalılarını hədsiz dərəcədə kədərləndirib. "Tazə həyat" qəzetinin Zərdabinin ölümünə həsr edilmiş bir nömrəsində onun dəfn mərasiminin hələ Bakının tarixində görünməmiş bir hüznlə, kədərlə keçirildiyi qeyd edilib. 1937-ci ildə Bibiheybət yaxınlığındakı ərazi dağıdılır və 1957-ci ildə H.Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun nəşi Fəxri Xiyabanda dəfn olunur.
Əlbəttə, görkəmli ziyalının adını xalqımız hər zaman uca tutur. Onun xatirəsi əbədiləşdirilib. 1930-cu ildə Bakıda Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi yaradılıb, Zərdab rayonunda H.Zərdabi adına park salınıb, ev muzeyi açılıb. Bakıda və regionlarımızda adını daşıyan küçələr var. 1943-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu fəaliyyət göstərib, XX əsrin 90-cı illərində "Əkinçi" Mətbuat Cəmiyyətinin təşəbbüsü ilə adına fəxri diplom və medal təsis edilib. 2003-cü ildə Nizami Xudiyevin ssenarisi əsasında Vasif Məmmədzadənin rejissorluğu ilə qısametrajlı bədii-sənədli televiziya filmi çəkilib. 2010-cu ildə milli mətbuatın 135 illiyinə həsr olunmuş gümüşdən xatirə sikkəsi hazırlanıb, onun üz tərəfində görkəmli publisistin portreti təsvir edilib. 2012-ci ildə Bakı Slavyan Universitetinin filologiya və jurnalistika fakültələrinin yerləşdiyi tədris binasında təmirdən sonra H.Zərdabi adına auditoriya yaradılıb. Xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş H.Zərdabinin 170 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 iyun 2012-ci il tarixli sərəncamı ilə yüksək səviyyədə qeyd edilib.
Həsən bəy Zərdabi elə böyük bir şəxsiyyətdir ki, onu ancaq uca zirvələrlə müqayisə etmək olar. Ömrünü xalq yolunda çırağa çevirən dahi Həsən bəy müstəqil Azərbaycanın qürur duyduğu şəxsiyyətlərdəndir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ